Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:49

"Brexit"in Azərbaycana iqtisadi təsiri


Britaniya
Britaniya

Britaniya Avropa Birliyindən çıxmağa səs verdi. BununAzərbaycana iqtisadi, siyasi təsiri. Ən azı Azərbaycandan bir çox pullar, bəzən də şübhəli pullar məhz Britaniyaya yerləşdirilirdi. İndi onların axırı necə olacaq?

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirir ki, Böyük Britaniyanın Avropa Birliyinin üzvlüyündən çıxması isə Azərbaycanla bu ölkənin iqtisadi əlaqələrinə heç bir mənfi təsir göstərməyəcək.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

“Avropa Birliyi ilə Azərbaycanın xarici ticarət dövriyyəsində bu ölkələrin payı vardır. Bu ölkələrin payı xarici ticarət dövriyyəsindəki payı 60 faizdən çoxdur. Burda Böyük Britaniyanın da payı vardır. Amma bu daha çox Avropa Birliyinə daxil olan ölkələr üçün vəziyyəti ifadə edir. Burda Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin ciddi itkisinə gətirib çıxarmayacaq. Çünki Azərbaycan Böyük Britaniya ilə ümumiyyətlə Avropa Birliyi daxilində deyil, bir tərəfdaş ölkə olaraq əməkdaşlıq edir. Avropa Birliyi çərçivəsində isə Azərbaycana bunun hər hansı bir neqativ təsiri olacağını düşünmürəm. Amma Azərbaycanın xarici ticarət dövriyyəsində çox ciddi azalmalar müşahidə olunur. Bunda təbii ki, Avropa Birliyi ölkələrinin də xüsusi bir payı vardır. Amma Böyük Britaniyanı burada xüsusi bir fərq olaraq qeyd etmək doğru deyil. Yəni Böyük Britaniyanın Avropa Birliyinin üzvlüyündən çıxması isə Azərbaycanla bu ölkənin iqtisadi əlaqələrinə heç bir neqativ təsir göstərməyəcək”.

OLİQARXLARIN AKTİVLƏRİ

Gultəkin Hajıbəyli
Gultəkin Hajıbəyli

Siyasi şərhçi Gültəkin Hacıbəyli isə deyir ki, Böyük Britaniyanın bu addımı onun iqtisadiyyyatına və o cümlədən azərbaycanlı oliqarxların həmin ölkədəki aktivlərinə zərər vura bilər.

“Hələ Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını Britaniyanın özünə hansı müsbət və mənfi təsir göstərəcəyi ilə bağlı birmənalı olaraq fikir yoxdur. Bu sahədə ekspertlər iki hissəyə bölünür. Bəziləri Avropa Birliyindən çıxmasını Böyük Britaniyaya dividentlər gətirəcəyini bildirirlər. Bəziləri isə əksinə Böyük Britaniya iqtisadiyyatının kiçiləcəyini, investisiya mühitinin zəifləyəcəyini bildirirlər. Ümumiyyətlə Britaniyanın Avropa Birliyindən çıxması bu ölkənin iqtisadiyatına mənfi təsir edəcəyini düşünürəm.

Gültəkin Hacıbəyli : Oliqarxların Britaniyadakı aktivləri...
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Azərbaycana gəldikdə isə, Azərbaycan Avropa Birliyinin üzvü deyil. Azərbaycan Böyük Britaniya münasibətləri ikitərəfli münasibətlər səviyyəsində tənzimlənir. Bu baxımdan düşünmürəm ki, Azərbaycanla Böyük Britaniyanın ikitərəfli münasibətlərində hər hansı problem yaransın. Sadəcə bu addım Böyük Britaniyanın özünün iqtisadi imkanlarına zərbə vurması, ölkə iqtisadiyyatının zəifləməsi və bunun digər fəsadları qarşılığında azərbaycanlı oliqarxların bu ölkədə olan aktivlərinin dəyərsizləşməsi, əmlakının dəyərsizləşməsi kimi bəzi hallar ola bilər. Amma bunlar hamısı ehtimallardır”.

“Britaniya iqtisadi cəhətdən udub”

“Britaniya siyasi cəhətdən uduzsa da, iqtisadi cəhətdən udub”. Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev belə düşünür.

AVROSKEPTİKLƏR

Siyasi şərhçi Azər Qasımlı hesab edir ki, Böyük Britaniyanın Avropa Birliyinin üzvlüyündən çıxması Azərbaycandakı avroskeptiklərin mövqelərini möhkəmlədəcək:

“Azərbaycanın Avropa Birliyinə miqrasiya etmək üçün assosiativ saziş təklif edirlər. Təəssüflər olsun ki. Azərbaycan bunu imzalamadı. Düşünürəm ki, irəlidə belə bir assosiativ sazişin imzalanması yenidən gündəmə gələcək. Və bu ərəfədə də Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı nəticələnmiş referendumdan sonra müəyyən fikirlər yarana bilər ki, əgər Avropa Birliyi dağılmaqda olan bir birlikdirsə Azərbaycanın belə bir birlikdə nə yeri var. Azərbaycanın Avropaya inteqrasiyasının heç bir əhəmiyyəti və mənası yoxdur.

Sözsüz ki, belə bir fikirlər səslənə bilər. Amma mən düşünürəm ki, bunların sözsüz mənfi təsiri olacaq. Azərbaycan iqtidarının ümumiyyətlə avrospektiklərin bu prosesdə əli güclənir. Azərbaycan iqtidarı daxilində Avropaya qarşı olanların mövqeləri güclənir. Yəni mənfi təsir olaraq mən bunu göstərə bilərəm”.

XS
SM
MD
LG