Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

Mal-qara saxlayana bəd xəbər: Qış otlaqlarında pambıq əkiləcək


Otlaqlar
Otlaqlar

Sabirabad, Salyan və Biləsuvar rayonlarındakı 28 min 539 hektar qış otlaq sahələri pambıq və taxıl əkininə hazırlanır. Bu məqsədlə yaxın vaxtlarda meliorativ tədbirlər başlanacaq. İlk mərhələdə Sabirabaddakı 5 min hektar sahə yeni təyinatına hazırlanacaq.

Meliorasiya və Su Təsərrüfatı ASC (MST) tələb olunan işlərin icrasını «Akkord Hydrotechnical Construction Company» ММC-yə tapşırıb. Sentyabrın 14-də tərəflər arasında müqavilə bağlanıb.

Buna da bax:​ Prezident pambıqçılarla görüşüb

Sabirabad, Salyan və Biləsuvar rayonlarındakı 28 min 539 hektar qış otlaq sahələri pambıq bə taxıl əkininə hazırlanır.

Seçim mərhələsinə «Akkord»dan başqa «Körpü Bina Tikinti» MMC, «Real İnşaat» MMC və «Muğansutikinti» ASC də qatılıb. «Real İnşaat» MMC bank təminatı təqdim edə bilmədiyindən, iddiaçı kimi tanınmayıb.

AzadlıqRadiosuna deyilənə görə...

MCT ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti direktorunun müavini Rəfail Məmmədov AzadlıqRadiosu-na deyib ki, müqavilə öhdəliyi 990 günə icra olunmalıdır. Buraya suvarma və drenaj nasos stansiyalarının, 20 kilometrə yaxın suvarma kanallarının, başqa meliorasiya və hidrotexniki qurğuların tikintisi daxildir:

İlk mərhələdə Sabirabaddakı 5 min hektar sahə yeni təyinatına hazırlanacaq.

«Birinci mərhələdə tikiləcək obyektlərin bir çoxu Sabirabad və Salyan rayonlarındakı qalan 10 min hektar qış otlaqlarında nəzərdə tutulan işlərə də xidmət edəcək. Görüləcək işlərin vaxtında başa çatdırılması maliyyələşdirmədən asılı olacaq. Nazirlər Kabineti bu il ərzində görüləsi işlər üçün dövlət büdcəsindən 14 milyon manat ayırıb».

Buna da bax:​ Fermer: 'Eşidiblər pambıq əkmək lazımdır, ancaq necəsini bilmirlər'

Layihəni Türkiyə şirkəti hazırlayıb

MST ASC «Akkord Hydrotechnical Construction Company» ММC-yə bütövlükdə 72 milyon 498 min 883 manat ödəyəcək.

Qış otlaqlarının əkin sahələrinə çevrilməsi layihəsini Türkiyənin «Temel Su» şirkəti hazırlayıb.

XS
SM
MD
LG