Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:29

Müxalifət lideri Erdoğan-ı 'demokratiya əleyhinə çevriliş'də suçlayır


Kemal Kılıçdaroğlu
Kemal Kılıçdaroğlu

Sentyabrın 30-da Türkiyənin ana müxalifət lideri hökuməti 15 iyul dövlət çevrilişinə cəhddən yararlanaraq, müxalif düşüncəli insanları aradan götürməkdə suçlayıb. O bu cəhdlərin qarşısını almaqdan ötrü iyulda elan edilmiş fövqəladə vəziyyətin daha 3 ay uzadılması əleyhinə iş aparacağına da söz verib.

Çevriliş cəhdindən sonra hakimiyyətin apardığı amansız tədbirlər nəticəsində hökumət illərdir ABŞ-a sığınan müsəlman din xadimi Fethullah Gülen-lə bağlılıqda ittiham etdiyi on minlərlə insanı ya həbsə atıb,ya da işdən çıxarıb.

«DEMOKRATİYA ƏLEYHİNƏ ÇEVRİLİŞƏ CƏHD»

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu indiki hökuməti bu ilin iyulundakı dövlət çevrilişi cəhdindən sonra başqa bir çevrilişdə - «demokratiya əleyhinə çevriliş»də suçlayır.

Uğursuz dövlət çevrilişi cəhdindən sonra hökumət ölkədə üç aylıq fövqəladə vəziyyət elan etmişdi. İndi isə prezident Recep Tayyip Erdoğan bu vəziyyətin hətta bir ilədək uzadılmasını təklif edir. AmmaKılıçdaroğlu deyir: «Biz indi elə bir vəziyyətdəyik ki, hökumət öz iqtidarını genişləndirmək və müxalifəti susdurmaq üçün bu çevriliş cəhdindən yararlanır».

Buna da bax-Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Hökumətin verdiyi məlumatlara görə, çevrilişə cəhd ittihamı ilə 32 minədək insan həbs olunub.

Onların arasında generallarla yanaşı, şirniyyat maqnatlarından tutmuş, keçmiş futbolçularadək,cəmiyyətin müxtəlif kəsimlərindən insanlarvar.

Jurnalist Ahmet Altan və qardaşı akademik Mehmet Altan daxil, bir neçə tanınmış jurnalist və yazıçı da həbsxanadadır.

Buna da bax-Erdogan: 'ABŞ Gülen və Türkiyə arasında seçim etməlidir'

Erdogan:"ABŞ Gülen və Türkiyə arasında seçim etməlidir"
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

«İSTƏDİYİ QƏZETİ BAĞLAYIR, İSTƏDİYİ İŞADAMINI MÜFLİSLƏŞDİRİR»

«Niyə jurnalistlərə qandal taxırsınız? Niyə ziyalıları həbs edirsiniz?», - deyə Kılıçdaroğlu soruşur.

Kılıçdaroğlu öz partiyasının fövqəladə vəziyyətin uzadılmasına səs verməyəcəyini deyir. 550 yerlik parlamentdə yerlərin çoxunu Ədalət və İnkişaf Partiyası (AKP) qazanıb. CHP-nin 134 səsi var. Ancaq güman edilir ki, parlamentdəki ikinci səs çoxluğuna malik Milliyyətçi Hərəkat Partiyasının(MHP-nin) dəstəyi ilə prezidentin təklifi keçəcək.

Buna da bax-Çevriliş cəhdinin azərbaycanlı işadamlarına təsiri

CHP lideri İstanbulda jurnalistlərə bildirib: «Bu gün iqtidar partiyası olağanüstü (fövqəladə) rejim şəraitində, istədiyi qəzeti bağlayır, istədiyi iş adamını müflisləşdirir və ya aktivlərini əlindən alır».

Ana müxalifət lideri bunu demokratiyaya ciddi təhlükə sayır: «Bizim ilk vəzifəmiz fövqəladə vəziyyətin mümkün qədər qısa sürməsinə çalışmaqdır».

ARTIQ HƏMFİKİR DEYİLLƏR

15 iyuldan sonra aparıcı müxalifət partiyaları olan CHP və MHP iqtidar partiyasına dəstək veriblər. O zaman bu müxalifət partiyaları Erdoğan-a dəstək aksiyasına da qatılmışdılar.

Di gəl, CHP liderinin son bəyanatı dövlət çevrilişinə cəhddən sonra ilk dəfə həmfikirliliyin pozulduğunun göstəricisidir.

Kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) isə heç vaxt belə görüşlərə çağrılmayıb.

Kılıçdaroğlu çevrilişə cəhdin 100-dən çox jurnalist də daxil, günahsız qurbanlarının tərəfində olacağına söz verib.

XS
SM
MD
LG