Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:54

Ettelaat gənc azərbaycanlı fəaldan niyə əl çəkmir?


İran azərbaycanlı fəalı Murtaza Muradpur
İran azərbaycanlı fəalı Murtaza Muradpur

“Ümumiyyətlə, məhkəmə və Ettelaat Muradpurlar ailəsinə həddən çox əziyyət verib”

İran azərbaycanlısı Murtaza Muradpurun 29 yaşı var. O, həbsxanadan azadlığa buraxılması üçün 56-cı gündür aclıq edir. Aclığın 50-ci günündə halı pisləşsə də azərbaycanlı fəal aksiyanı dayandırmaqdan boyun qaçırır. Fərdin Muradpur qardaşının həbsdəkı aclıq aksiyası zamanı təxminən 20 kiloqram arıqladığını, amma bununla belə azadlığa buraxılmayanadək aclıq aksiyasını dayandırmayacağını bildirib. O bu tələbini İrandakı beynəlxalq hüquq müdafiə təşkilatına söyləyib. Fərdinin dediyinə görə, “Murtazanın böyrəkləri pis vəziyyətdədir və hər gün daha da pisləşir”.

Fərdin Muradpur bildirir ki, həbsxana rəhbərliyi qardaşının aksiyanı dayandırmasına çalışır, məqsəd də onun məhbəsdəki vəziyyətini daha dözülməz etməkdir.

Buna da bax:​ Əvvəl Azərbaycanda 128 ömürlük məhbus var idi...

O, qardaşının qanun çərçivəsində mübarizə apardığını, ancaq saxta ittihamlarla həbs edildiyini deyir.

Sosial şəbəkələr onun anasının – Məsumə Əmaninin videogörüntülərini yayıb. Gözüyaşlı ana oğlunun fotosuna baxaraq “Necə dözürsən, bala?” - deyə fəryad qoparır.

Daha öncə yayılan bir başqa videoda dəfələrlə məhkəmə və ədliyyə qurumlarına baş çəkdiyini söyləyən ana dəqiq cavab ala bilməməsindən gileylənir: “Balamın canı bunlardan ötrü mühüm deyil. Mən bu cür anlayıram. Balamın canı mühüm olsa, iş görərdilər. Balamın halı çox-çox ağırdır. Danışır, səsini zorla eşidirəm, səsi boğazından yaralı çıxır. Hər an komaya düşə bilər...”.

Buna da bax:​ Petrosyan seçkiyə sülh və mehriban qonşuluq şüarı ilə gedir

Ana dilində təhsil istəyib

Murtaza Muradpur ilk dəfə 2009-cu il mayın 22-də Təbrizdə Urmiyə gölünün qurumasına və ana dilində təhsilin yasaqlanmasına etiraz yürüşlərində həbs edilmişdi. Onunla bərabər qardaşı Fərdin Muradpuru da tutmuşdular. O vaxt Murtuzaya yarım ildən sonra 3 il həbs cəzası kəsilmişdi...

Ötən il mayın 18-də O, yenidən həbs edilib.

Vaşinqtonda təhsil alan, əslən İrandan olan azərbaycanlı Ramin Cabbarlı AzadlıqRadiosu-na Murtaza Muradpuru belə tanıdır:

- Murtaza İranda azərbaycanlılara qarşı ayriseçkilik və irqçilik siyasətinə qarşı çıxan fəallardan biridir. Qardaşı Fərdin Muradpur da onun kimi etirazçı fəallardandır.

- Qardaşının bu gün – dekabrın 19-da yenidən saxlanması haqda xəbərlər var...

Buna da bax:​ Azərbaycanda vergi amnistiyası elan oluna bilər

- Bu gün (dekabrın 19-da) Təbriz məhkəməsi qarşısında bir sıra milli fəal, Fərdin və anası Murtaza Muradpurun azadlığa buraxılmamasına etirazlarını bildiriblər. Təəssüf ki, orada Fərdin və daha 9 milli fəal həbs edilib.

- Murtaza Muradpurun həbsxanada aclıq etdiyi deyilir. Onun durumundan nə xəbər var?

- O, artıq 56-cı gündür aclıq edir. Qardaşının söylədiyinə görə, dəfələrlə halı pisləşib. İki-üç gün öncə yenidən vəziyyəti pisləşmişdi. Doktorlar müdaxilə edib serom bağlamaq (sistem qoşmaq) istəsələr də mane olub.

- Onun əsas tələbi nədir?

- Həbsxana məsulları və İran kəşfiyyat idarəsinin (Ettelaat) müdaxiləsi Murtaza Muradpurun məhkəməsinin normal gedişini əngəlləyir. İran cəza qanununun 134-cü maddəsinə görə, o, həbsdən azad edilməliydi. Ancaq İran məhkəmələri müstəqil olmadığından, bu, baş vermədi...

Buna da bax: Təhlükəli Türkiyə-İran qarşıdurması

- Məhkəmə işə yenidən baxa bilər?

- Aclıq aksiyasını dayandırsa da, məhkəmə bu işə yenidən baxmayacaq. Onların əldə etmək istədiyi, sadəcə, siyasi məhbusun iradəsini sındırmaqdır.

Ümumiyyətlə, məhkəmə və Ettelaat bu ailəyə həddən çox əziyyət verib. Murtaza Muradpurun qardaşı Fərdin Muradpuru 2009-cu ildəki etiraz aksiyasında silahla vurub, sonra da bir neçə il azadlıqdan məhrum etmişdilər. Bu, əslində, İrandakı irqçilik və ayrıseçkiliyə qarşı çıxan Azərbaycan milli hərəkatına hakimiyyətin bariz münasibətidir. Bu gün Murtaza Muradpur bir ictimai hərəkatın məhbəsdəki təmsilçisidir.

AzadlıqRadiosu hər iki oğlu məhbəsdə olan Məsumə Əmani ilə əlaqə yaratmaq istəsə də, onun telefonuna zəng çatmır. O, bir neçə gün öncə oğluna dəstək məqsədilə aclıq edəcəyini bildirmişdi.

XS
SM
MD
LG