Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:50

"Kürü Diplomatiyası: Nə qədər almısız?"


Qara kürü
Qara kürü

Avropa Stabillik Təşəbbüsü (European Stability Initiative)“Kürü diplomatiyası: Avropa bataqlığı” adlı təhqiqatının bu günlərdə yayımlanan ikinci hissəsində Azərbaycan rəsmilərinin Avropa rəsmilərini necə ələ aldığı, korrupsiya mexanizmləri açıqlanır.

“Qafqazda balaca avtokratiya olan Azərbaycanın liderləri göstərdilər ki, insan haqlarının standartlarını sarsıtmaq, bir vaxtlar iftixar olunan AŞPA-nıöz iradəsinə uyğun əymək nə qədər də asanmış”.

Hesabatda deyilir ki, Avropa Şurasında İtlaliyadan olan deputat “Luca Volonte istintaq zamanı Azərbaycandan onun müxtəlif hesablarına üst-üstə 3 milyon avro köçürüldüyünü etiraf edib.

Onun ifadələrindən aydın olur ki, bu pulların bir hissəsi AŞPA səsvermələrində deputatların ələ alınmasına, Azərbaycanda siyasi məhbusların ziyanına və Azərbaycan rejiminin xeyrinə qətnamələrin qəbul olunmasına sərf olunub.”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvlərindən biri, siyasi şərhçi Gültəkin Hacıbəyli deyir ki, bu hadisə nüfuzlu beynəlxalq təşkilatlarda belə Azərbaycanın korrupsiya mexanizmi yaratdığını və mexanizm vasitəsilə insan haqqları sahəsində manipulyasiya etdiyini sübut edən faktlardır.

Gültəkin Hacıbəylinin sözlərinə görə, Azərbaycan hakimiyyəti belə ittihamları heç vaxt ciddiyə almasa da, bu dəfə məsələ ciddidir. Siyasi şərhçinin fikrincə indi məsələ ona görə fərqlidir ki, italiyalı deputat Luca Volonte konkret adlar açıqlayıb. Gültəkin Hacıbəyli bildirir ki, Azərbaycanın həmin təşkilatdakı əsas lobbiçisi AŞPA-nın indiki prezidenti Pedro Aqramunt olub.

Gültəkin Hacıbəyli: " bu dəfə məsələ ciddidir"
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00
Direct-ə keçid

Hüquq müdafiəçisi Rəsul Cəfərovun fikrincə Azərbaycan hakimiyyəti üçün bu ittihamlardan asan şəkildə yayınmaq mümkün olmayacaq. Rəsul Cəfərov deyir ki, AŞPA çox ciddi şəkildə bu məsələni araşdırmalıdır və bu məsələni araşdıran qrup yaratmalıdır. Hüquq müdafiəçisinin sözlərinə görə bundan başqa Azərbaycanın siyasi məhbus problemi AŞPA-nın yenidən gündəminə qayıtmalıdır.

Rəsul Cəfərov:"bu ittihamlardan asan şəkildə yayınmaq mümkün olmayacaq"
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Hüquq müdafiəçisi Leyla Yunus bu xəbəri yenilik kimi qəbul etmədiyini bildirir. Hüquq müdafiəçisi deyir ki, 2011-ci ildən AŞPA-da Azərbaycanın korrupsiya ilə məşğul olduğuna dair bəzi məlumatlara malik olub və hətta həmin vaxtlar Azərbaycana səfər etmiş AŞPA həmməruzəçilərinə “nə qədər almısız?” deyə sual da ünvanlayıb.

Leyla Yunus deyir ki, Milan prokurorluğunun bu işin üstünü açması yaxşı hal olsa da digər dövlətlər, Fransa, İspaniya kimi ölkələrdə belə bir araşdırma aparılmadığı onu məyus edir. Leyla Yunus əmindir ki, bu kimi araşdırmaların gec-tez nəticəsi olur.

Leyla Yunus:"Nə qədər almısız?"
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Araz Əlizadənin fikrincə məhkəmə qərarı olmadan hansısa iddia əsasında fikir söyləmək tezdir.

Araz Əlizadə deyir ki, Azərbaycana qarşı bu cür ittihamlar tez-tez AŞPA kimi qurumların gündəminə gətirilsə də , nədənsə indiyə qədər Ermənistana qarşı bir dənə də ittiham irəli sürülməyib. Deputat deyir ki, AŞPA kimi qurumlar Azərbaycanın üzüyumşaqlığından istifadə edirlər.

Araz Əlizadə: "AŞPA kimi qurumlar Azərbaycanın üzüyumşaqlığından istifadə edirlər"
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid

XS
SM
MD
LG