Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:33

Qürur mənbəyinə hesablanmış stadionda korrupsiya mənbəyi


Zenit-Arena stadionu, 04 may 2016
Zenit-Arena stadionu, 04 may 2016

Tikinti müddətində layihənin ilkin dəyəri 7 dəfəyədək artıb

Ruslar istifadə tarixi hər il ertələnən "Zenit-Arena" stadionuna, axır ki, qovuşa bilərlər. Həmin stadionun tikintisi, nə az-nə çox, düz 10 il sürüb. Bu müddət ərzində smeta dəyəri də dəfələrlə şişib. "Rostexnadzor" Sankt-Peterburqda tikilən bu stadionun layihə sənədlərinin tələblərinə və texniki reqlamentlərə uyğunluğuna dair rəy verib.

Qurumun bildirdiyinə görə, ilkin mərhələdə tikinti konstruksiyaları, mühəndis-texniki təminat və təhlükəsizlik sistemləri yoxlanılıb. Növbəti ilsə ikinci mərhələdə görülən işlərə - arenanın Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası-nın tələblərinə uyğunlaşdırılmasına dövlət nəzarəti həyata keçiriləcək.

"Zenit" burda ilk oyununu gələn ilin aprelində keçirəcək

Layihənin indiki baş podratçısı "Metrostroy" şirkəti tikinti işlərinin başa çatdığını elan etsə də, stadionun istifadəyə verilmə tarxi gələn il martın 31-dək uzadılıb. "Zenit" futbol klubu burada ölkə çempionatı çərçivəsində ilk oyununu gələn ilin aprelində keçirməyi planlaşdırır. Yayda isə "Zenit-Arena" ənənəvi olaraq dünya çempionatından bir il əvvəl keçirilən Konfederasiyalar Kuboku oyunlarına ev sahibliyi etməlidir. Bu tədbir, özlüyündə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində stadionun əsas sınağı olacaq. Sözügedən çoxmilyardlıq stadion dünya çempionatında Rusiyanın qürur mənbəyi olmalıdır. Ancaq hələ ki, bu layihə ölkədə əsas korrupsiya mənbəyi-dir.

Marat Oganesyan
Marat Oganesyan

“Zenit-Arena”nın tikintisinə 2007-ci ildən başlanılıb. İndiyədək baş podratçısı müxtəlif səbəblərdən bir neçə dəfə dəyişdirilib. Tikintiyə qatılan bir çox tikinti şirkətinin rəhbərlərinə korrupsiya ittihamı irəli sürülüb. Bu ilin noyabrında stadion işi ilə bağlı Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Ohanesian həbs olunub.

Tikinti müddətində layihənin ilkin dəyəri 7 dəfəyədək artaraq, 6 milyard 700 milyon rubldan (təxminən 196 milyon 310 min manat) 41 milyard rubla (təxminən 1 milyard 201 milyon 300 min manat) yüksəlib. Ən maraqlısı da odur ki, bu qədər zaman və vəsait xərcindən sonra, bir neçə həftə əvvəl arenanı təftiş edən FİFA-nın aidiyyatı komissiyası onun beynəlxalq standartlara uyğun olmadığını müəyyənləşdirib. Ekspertlərin əsas iradı hərəkət edən konstruksiyalarda titrəyişin yol verilən həddən yüksək olması ilə bağlıdır.

Vitse-qubernator fəhlələrin ardına düşəndən sonra...

Vəziyyət bu yerə çatandan sonra şəhərin indiki vitse-qubernatoru Igor Albini məcbur ediblər ki, iş otağını qubernatorluğun inzibati binasından arenanın tikinti meydançasına daşısın. Bugünlərdə həmin yeni iş otağında vitse-qubernatoru ziyarət etmiş “Yabloko” Partiyasından deputat Boris Vishnevsky təəssüratlarını media ilə bölüşüb. Onun sözlərinə görə, bir ay əvvəlki durumla müqayisədə xeyli iş görülüb. Bunda Albinin şəxsən özünün fəhlələrin dalınca düşməsinin böyük rolu olub. Digər tərəfdən, Vishnevsky təəssüf edir ki, işlərin özaxarında getməsindən ötrü vitse-qubernatorun bilavasitə iş başında durması lazım gəlir. O, tikinti zamanı irimiqyaslı oğurluq hallarının araşdırlmasının zəruriliyini də diqqətə çatdırıb:

Boris Vishnevskiy
Boris Vishnevskiy

“Hesablama Palatasının rəqəmlərinə əsasən, 7 milyard oğurlanıb və indiyədək buna görə heç kim cəzalandırılmayıb. Anlayıram ki, artıq o vəsaiti geri qaytarmaq mümkün deyil, ancaq təqsirkarlar mütləq tapılıb cəzalandırılmalıdır. Əks halda, bunun təkrarlanmayacağına heç bir təminat yoxdur. Siyasi səbəblər üzündən, Oleg Deripaskiyə toxunmamaq düzgün deyil, axı tikintini məhz onun strukturları aparan vaxt nəticə az, oğurluq isə çox idi”.

FİFA-nın irad tutduğu texniki qüsurlara gəlincə, Vishnevsky bunun aradan qaldırıldığına və oyunlar zamanı biabırçılıqla üzləşməyəcəklərinə ümidini dilə gətirib.

XS
SM
MD
LG