Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:38

Paşayeva – 1-ci xanımın qızlıq familiyasıdır... [video]


Paşayevlərin biznesin hansı sahəsində payı var?
Gözlə

No media source currently available

0:00 0:14:34 0:00

Paşayevlərin Azərbaycandakı biznesi [video]

Mehriban Əliyeva vitse-prezident təyin olunandan sonra bir çox şərhçilərin səsləndirdiyi fikir budur ki, Paşayevlər qruplaşmasının hakimiyyət daxilində nüfuzu güclənir. Heydər Əliyevin dövründən hakimiyyətdə olan Naxçıvan qrupu isə getdikcə zəifləyir.

Bəs Paşayevlər kimdir? Bu ailənin üzvləri hansı nüfuza və iqtisadi gücə sahibdirlər?

...Paşayeva 1-ci xanımın qızlıq familiyasıdır

Buna da bax:​ 'Məmləkət atasının malıydı. Arvadının adına rəsmiləşdirdi'

Təhlilçilər bu ailənin həm siyasi, həm də iqtisadi baxımdan ən nüfuzlu üzvü kimi elə Mehriban Əliyevanı göstərirlər.

Mehriban Əliyevanın ata evindən ictimaiyyətə bəlli olan adlar bunlardır.

Arif Paşayev – Mehriban Əliyevanın atası
Hafiz Paşayev – Mehriban Əliyevanın əmisi
Nərgiz Paşayeva – Mehriban Əliyevanın bacısı
Mircəlal Paşayev – Mehriban Əliyevanın əmisi oğlu
Mircamal Paşayev – Mehriban Əliyevanın əmisi oğlu
Aida Mahmudova – Mehriban Əliyevanın bacısı qızı

Buna da bax:​ 'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

Xədicə İsmayıl
Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyir ki, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev daha çox Qərb diplomatları ilə əlaqələrin qurulmasında iştirak edir.

Onun sözlərinə görə, klanın siyasi yönümünü qərbyönümlü, yoxsa rusiyayönümlü olduğu müəyyən etmək çətindir.

"Arif Paşayev də siyasi və iqtisadi fiqur sayıla bilər. Çünki o, uzun müddət “Pashaholding”in rəhbərliyində olub. Daxili siyasət məsələlərində ən çox istinad olunan adamlardandır. Klanın rəhbəri olaraq məhz onun adı çəkilir. Əlbəttə ki, Nərgiz Paşayeva klanın parlaq fiqurlarından biridir. O da Rusiya istiqamətində daha fəaldır. Moskva Dövlət universitetinin rektorudur, rus diplomatlarla çox təmasdadır".

Buna da bax:​ Paşa Holdinq haqda bilmədikləriniz

2010-cu ildə Wikiliks-in yaydığı məxfi sənədlərdə deyilirdi ki, Paşayevlər ailəsi Azərbaycanın enerji sektorunu ölkədən kənardakı qüdrətli biznes qrupları ilə əlaqələndirir. Bu ailə sürətlə inkişaf edən tikinti və daşınmaz əmlak bazarında fəaliyyət göstərir, maliyyə və telekommunikasiya sektorunda böyük yatırımları var.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadi təhlilçi, müxalif ReAl hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, ölkədə turizm, tikinti, bank sektoruna və s. mühüm sahələrə nəzarət bu qrupun əlindədir. “Pashaholding”ə aid olan şirkətlər dövlətin həyata keçirdiyi layihələrdə önəmli paya sahibdir:

“Məsələn, "Kapitalbank" vasitəsilə bir çox ödənişlər həyata keçirilir ki, bu da bankların gəlirliliyini artıran əsas amillərdən biridir, banklarda nə qədər əməliyyat olursa, o qədər bank xidməti tutulur və bununla da həmin bankların maliyyə gəlirliliyi müəyyən olunur, əgər ölkədə ən böyük ödənişlər - təqaüdlərin verilməsindən tutmuş cərimələrin verilməsinə qədər əməliyyatlar bu banklar vasitəsilə həyata keçirilirsə, deməli dolayısı ilə bu, holdinqin gəlirlərinə müsbət təsir göstərir”.

Buna da bax:​ 'Dedi, Leyla Əliyevanın bankıdır, bilmirsən?'

Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə deyir ki, Mehriban Əliyevanın ata evinin üzvləri ilə onun İlham Əliyevlə birgə ailəsinin üzvləri elə sıx birləşib ki, bu iki ailənin iqtisadi və siyasi gücünü birləşdirib hesablamaq daha məntiqli olardı. Onun sözlərinə görə, hər iki ailənin qazanı birdir, pullar bir yerə yığılır.

“Uzun illər azərbaycanlılar düşünürdülər ki, “Azerfon” Nərgiz Paşayevaya məxsusdur – Brendin də adı “Narmobile” idi. Hətta kuluarlarda da belə söhbət gedirdi. Sonra məlum oldu ki, Panamadakı şirkətlər vasitəsilə məhz Arzu və Leyla Əliyevalar sahiblik edir bu şirkətin əsas hissəsinə. Eyni situasiya “Pashaholding”lə bağlı idi. Uzun illər “Pashaholding”in əsas payçısı Arif Paşayev olub. Daha sonra bu şirkətin sahibləri əl dəyişdi və prezidentin qızlarının adına rəsmiləşdi”.

Buna da bax:​ Azercell-də prezident qızlarının payı

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi - OCCRP-nin son araşdırmalarına görə, Mircəlal və Mircamal Paşayevlər təkcə Paşayevlərin öz biznesini yox, həm də Əliyev və Paşayev klanlarının ortaq bizneslərini idarə edirlər.

Xədicə İsmayıl misal gətirir - məsələn, Leyla Əliyevanın Londondakı mülkünü Mircəlal Paşayev idarə edir.

Bu araşdırmalarla bağlı hakimiyyətdən adətən təkzib gəlmir.

Buna da bax:​ Mehriban Əliyeva: 'Etimadı doğruldacağam'

Yeni Azərbaycan Partiyasının yetkililəri bildirirlər ki, qanunlar prezidentin ailə üzvlərinin bizneslə məşğul olmasına icazə verir, amma onlara xüsusi şərait yaradılması, hakimiyyətdə klanlar olması haqda deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG