Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Vəkil: ''Turan'ın işini oyun-oyuncağa döndəriblər'


Mehman Əliyev və Fuad Ağayev
Mehman Əliyev və Fuad Ağayev

Vergilər Nazirliyi «Turan» İnformasiya Agentliyinin bu quruma qarşı qaldırdığı məhkəmə iddialarına baxılmasını mümkün saymır. Nazirliyin əməkdaşları oktyabrın 11-də məhkəmədə bu haqda vəsatətlər qaldırıblar.

«Turan»ın Vergilər Nazirliyinin həm Lokal Gəlirlər Departamenti, həm də Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə qarşı iddialarına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib Bayramov baxır.

«BU HÜQUQ...»

Oktyabrın 11-də keçirilən məhkəmədə cavabdeh tərəf olan hər iki departamentin nümayəndələri vəsatət veriblər ki, «Turan»ın iddialarına baxılması mümkünsüz hesab olunsun. Arqumentləri də belə olub ki, «Turan»da növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması haqda 7 avqust 2017-ci il tarixli qərardan məhkəməyə şikayət oluna bilməz. Nazirlik təmsilçisi bildirib ki, növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar inzibati akt deyil.

***Buna da bax-'Turan'a 37 min manatlıq vergi sanksiyası ləğv edilib

«Turan»ın nümayəndəsi, vəkil Fuad Ağayev səyyar vergi yoxlamalarının keçirilməsi qaydaları və ona əlavəni məhkəməyə təqdim edib. Bildirib ki, bu sənəd normativ hüquqi akt kimi qeydiyyatdan keçib:

«Bu sənəddə Vergilər Nazirliyi təsdiqləyib ki, səyyar vergi yoxlamalarının keçirilməsinə dair qərarlar bir ay ərzində məhkəmə qaydasında mübahisələndirilə bilər. Bu, normativ hüquqi akt kimi təsdiqlənib».

"Turan" İA-da axtarış aparılır
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Vergilər Nazirliyi təmsilçisinin qanunların, Konstitusiyanın qaydalardan daha üstün qüvvəyə malik olması haqda xatırlatmasına isə F.Ağayevin cavabı belə olub:

«Belə çıxır ki, Vergilər Nazirliyinin qəbul elədiyi hüquqi akt qanunlara, Konstitusiyaya ziddir. Mən onunla razıyam ki, Vergilər Nazirliyinin qəbul elədiyi bir sıra aktlar Konstitusiyaya da, qanunvericiliyə də ziddir. Amma konkret, səyyar vergi yoxlamalarının təyin olunmasına dair qərarlardan şikayət vermək hüququnun tanınmasında heç bir ziddiyyət yoxdur. Əksinə, bu hüquq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin fəaliyyətinə əngəl yaradılmasına qarşıdır».

***Buna da bax-Baş prokuror ’Turan’ın fəaliyyəti və casus şəbəkəsi barədə

«AGENTLİK ASILI VƏZİYYƏTDƏDİR»

Nazirlik təmsilçiləri «Turan»a 2014-2016-cı illər üçün əlavə mənfəət vergisinin hesablanması haqda qərarın qanunsuz sayılmasına dair iddiaya baxılmasına da etiraz edib. Bu haqda vəsatətdə onların arqumenti belə olub ki, F.Ağayev 7 avqust 2017-ci il tarixli qərardan şikayət verib. Həmin qərar isə sonradan ləğv olunub. Ona görə də bu iddiaya baxıla bilməz.

F.Ağayev nazirlik nümayəndələri ilə razılaşmayıb:

«Doğrudur, həmin qərar sentyabrın 11-də ləğv olunub, amma sonradan – sentyabrın 15-də yenidən bərpa edilib. Bu iş oyun-oyuncağa döndərilib. Belə çıxır ki, biz qərardan şikayət verəcəyik, nazirlik həmin qərarı ləğv eləyəcək, bir neçə gün sonra yenidən eyni qərarı qəbul edəcək. Ona görə də mənə vaxt verilsin, iddiamızla əlaqədar dəqiqləşdirmə təqdim edəcəyəm».

***Buna da bax-‘Turan’ agentliyi: ''Qara sentyabr' geridə qaldı...'

Hakim «Turan»ın nümayəndəsinə sözügedən qərarla bağlı yenidən iddia qaldırıb məhkəməyə müraciət etməyi təklif edib, amma F.Ağayev razılaşmayıb:

«Yeni iddia ilə müraciət etmək çox vaxt aparacaq. Ona baxılması azı bir ay-ay yarım çəkəcək. Nəzərə almaq lazımdır ki, «Turan» İnformasiya Agentliyi hazırda asılı vəziyyətdədir, fəaliyyətinə əngəllər var. Birdəfəlik məhkəmə qərarı olana qədər «Turan»ı nə desəniz, gözləyir. Ona görə də mən dəqiqləşdirmə təqdim edəcəyəm».

«Turan»ın iddiaları üzrə məhkəmə oktyabrın 13-də davam edəcək.

XS
SM
MD
LG