Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Kamança da UNESCO-lu oldu


UNESCO-nun 12-ci sessiyası
UNESCO-nun 12-ci sessiyası

Kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan və İranın mədəniyyət nümunəsi kimi daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qərar 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında verilib.

Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınıb.

Buna da bax: Şəki UNESCO-nun 'Yaradıcı şəhər'i elan edilib

UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 7-də elan edilib.

Kamança hazırlanması və ifaçılıq sənətindən başqa, Dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Buna da bax: Nəsimi vəfatından 600 il sonra UNESCO-da...

XS
SM
MD
LG