Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:57

Pulla AB vətəndaşlığı almağın da “zibili çıxır”


Belarusla Litvanın sərhədi, burası həm də Avropa Birliyi və Schengen zonasının sərhədi sayılır
Belarusla Litvanın sərhədi, burası həm də Avropa Birliyi və Schengen zonasının sərhədi sayılır

İnvestisiya sxemləri çərçivəsində vətəndaşlıq – yaşam hüquqları verən “Qızıl Viza” proqramlarından sui-istifadə olunur, bu proqramlar Avropa Birliyində və qonşu ölkələrdə korrupsiyayla mübarizəyə zərbə vurur. Bu haqda martın 5-də jurnalistlərin korrupsiyanı araşdırma layihəsi olan OCCRP silsilə araşdırmalar dərc edib.

Bu araşdırmalar üzə çıxarıb ki, Avropa ölkələri xarici investorlara azacıq nəzarət, şəffaflıq və gərəkən ayıq-sayıqlıq olmadan Schengen zonasına çıxış verirlər. “Transparency International” təşkilatı AB-ni bu sxemləri diqqətlə monitorinq etməyə, Avropa sərhədlərinin korrupsiyaya qarşı bütövlüyünün qorunması məqsədiylə tədbirlər görməyə çağırıb.

*** Buna da bax: Azərbaycanlı bankir Malta vətəndaşlığında qalarsa...

MƏMURLAR MÜHAKİMƏDƏN QAÇIRLAR

OCCRP reportyorları AB-nin yeddi ölkəsində “Qızıl Viza” proqramlarını araşdırıb. Bu ölkələr Avstriya, Kipr, Macarıstan, Latviya, Litva, Malta və Portuqaliyadır. Ermənistanla Monteneqronun təklif etdiyi proqramlar da öyrənilib.

Üzə çıxan odur ki, nəzərdən keçirilən AB ölkələrinin hamısında “Qızıl Viza” alanların kimliyi gizli saxlanır. Onların yığdığı sərvətin mənbəyi də yetərincə öyrənilmir və ictimaiyyət sərmayələrin detalları barədə bilgiləndirilmir. İctimai və media nəzarəti olmadığından, “Qızıl Viza” proqramları hazırkı və keçmiş məmurların mühakimədən qaçmasına, qanunsuz qazandıqları pulları sərhədlərdən keçirmələrinə imkan yaradır.

OCCRP bildirir ki, hazırda AB ilə üzvlük danışıqları aparan Monteneqro digər yurisdiksiyalarda mühakimə olunmuş fərdlərə vətəndaşlıq verib. Məsələn, belə şəxslər arasında Tailandın keçmiş prezidenti və Fələstinin keçmiş təhlükəsizlik naziri var. Onlar uyğun olaraq korrupsiya və mənimsəmədə təqsirli biliniblər.

MACARISTAN MİSALI

Macarıstan özəlliklə maraq doğurur, çünki Qızıl Viza proqramı ölkəyə fayda vermir, şirkətlər vasitəsiylə naməlum ciblərə axır, həmin şirkətlər də ofşor vergi cənnətlərində yerləşir”, – Transparency International-ın Macarıstan bölümündən Miklós Ligeti deyib.

*** Buna da bax: Kasıb ölkələr üçün yeni biznes: «Pasport satılması»

İnvestisiya sxemləriylə AB vətəndaşlığı almış şəxslər içində “Kreml siyahısı”na salınmışlar da var. ABŞ Xəzinədarlığının hazırladığı siyahıda olanların sərvətini Rusiya prezidenti Vladimir Putin-ə yaxınlığı hesabına qazandığı bildirilir, onlara sanksiya istənilir.

Avropa Parlamenti hələ 2014-cü ilin yanvarında “Qızıl Viza” proqramlarının riskləriylə bağlı xəbərdarlıq etmişdi, AB vətəndaşlığının satılmasına dair birgə qətnamə qəbul etmişdi. Avropa Komissiyası isə bu ilin sonunda “Qızıl Viza” sxemlərinin təsirini üzə çıxaran hesabat yayacaq.

XS
SM
MD
LG