Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:29

Dünyada miqrantlara heç də yük kimi baxmırlar


Qırğızıstandan olan miqrantlar Rusiyada
Qırğızıstandan olan miqrantlar Rusiyada

Dünyada miqrantların ən çox üz tutduğu ölkələrin ictimaiyyəti düşünür ki, mühacirlər onların ölkəsini gücləndirir. Bunu Pew Tədqiqatlar Mərkəzinin yeni sorğusu üzə çıxarıb.

Sorğu dünyadakı miqrantların yarısının yaşadığı 18 ölkədə keçirilib. 10 ölkədə rəyi soruşulanlar mühacirləri yük deyil, güc hesab edirlər.

Bu ölkələrin sırasında Birləşmiş Ştatlar, Almaniya, Britaniya, Fransa, Kanada və Avstraliya var. 2017-ci ildə onların hərəsində 7 milyondan çox mühacir yaşayıb.

Amma beş ölkə – Macarıstan, Yunanıstan, Cənubi Afrika, Rusiya və İsrail mühacirlərə ölkəyə yük kimi baxırlar. Rusiyanı çıxmaqla, qalan ölkələrin hərəsində 5 milyondan da az mühacir yaşayır.

Macarıstanın Serbiyayla sərhədi
Macarıstanın Serbiyayla sərhədi

Niderlandda mühacirlərin təsirilə bağlı ictimai fikir parçalanır. İtaliya və Polşada mühacirlərə daha çox yük kimi baxsalar da, böyük bir qisim (uyğun olaraq 31 və 20%) bu fikirlərin heç birini bölüşmür.

ÖLKƏLƏRDƏ NƏ DƏYİŞİB

Rəy sorğusu keçirilən 18 ölkədə dünyanın miqrant əhalisinin 51 faizi, yaxud 127 milyon miqrant yaşayır. Bu hesablamanı BMT və ABŞ-ın Siyahıyaalma Bürosu aparıb.

Sorğu keçirilmiş ölkələrdən Yaponiya əhalisi qocaldığı üçün daha çox miqrant cəlb etməyə çalışır. İsrail isə 1950-ci ildə dünyadakı Yəhudilərin Qayıdışı Qanununu qəbul edəndən miqrantları cəlb edib.

Rusiya ona görə sorğuya salınıb ki, dünyada ən çox əcnəbi doğulan ölkələrdən biridir.

Cənubi Afrika isə bir çox afrikalıların üz tutduğu ölkə sayılır.

Meksikaya çatan miqrantların fotoları çəkilir
Meksikaya çatan miqrantların fotoları çəkilir

Siyahıya bəzi yeni ölkələr də əlavə olunub. Məsələn, Əl Salvador, Qvatemala, Hondurasda zorakılıqdan qaçan miqrantlar üçün Meksika vacib tranzit və miqrasiya ölkəsinə çevrilir. Eləcə də Macarıstan 2015-ci ildə qaçqın axını pik dövrünü yaşayanda Avropaya gedən miqrantlar üçün mühüm tranzit ölkəsi idi.

Polşa uzun illər emiqrasiya ölkəsi olmağına baxmayaraq, son illər Şərqi Avropadan mühacirlərin üz tutduğu ölkəyə çevrilib.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri miqrantlar üçün əsas ölkələrdən sayılsalar da, sorğu onları əhatələmir. Pew adətən bu ölkələrdə sorğu keçirmir.

Dünyada ən çox immiqrantın yaşadığı Birləşmiş Ştatlarda rəyi soruşulan hər 10 yetkin şəxsdən altısı (59%) deyib ki, mühacirlər işləri və istedadları ilə ölkəni daha da gücləndirirlər. 34 faiz isə düşünür ki, mühacirlər yükdür, çünki iş yerlərini və sosial imtiyazları ələ keçirirlər. 1990-cı illərdə isə amerikalıların çoxu mühacirlərin ölkəyə yük olduğunu deyirdi.

XS
SM
MD
LG