Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:45

ABŞ Suriyada İŞİD liderinin öldürüldüyünü deyir


Suriyanın şimalında ABŞ qüvvələrinə aid hərbi maşın
Suriyanın şimalında ABŞ qüvvələrinə aid hərbi maşın

Əbu İbrahim əl-Hashemi əl-Qüreyşi bu qruplaşmaya onun banisi Əbu Bəkr əl-Bağdadi 2019-cu ildə öləndən bəri başçılıq edirdi

İslam Dövləti ekstremist təşkilatının lideri fevralın 3-də şimali Suriyada ABŞ xüsuysi qüvvələrinin keçirdiyi reydin gedişatında öldürülüb.

ABŞ administrasiyası bildirir ki, o üstündəki bombanı partladaraq özünü və ailə üzvlərini öldürüb.

Əbu İbrahim əl-Hashemi əl-Qüreyşi bu qruplaşmaya onun banisi Əbu Bəkr əl-Bağdadi 2019-cu ildə öləndən bəri başçılıq edirdi.

Bağdadi də eyni situasiyada üstündəki bombanı partlatmışdı.

ABŞ prezidenti Co Baydenin bu münasibətlə verdiyi bəyanatda deyilir:

"Bizim silahlı qüvvələrimizin igidliyi sayəsində biz İŞİD liderini döyüş meydanından xaric etmişik. Bu əməliyyatdan bütün amerikalılar sağ-salamat qayıdıblar”.

Qureyşi Bağdadinin ölümündən sonra əsas etibarilə o qədər də gözə görünmürdü.

Əl-Bağdadinin ələ keçirilmiş İraq və Suriya torpaqlarında elan etdiyi xilafətdə milyondan çox əhali vardı.

Lakin üç il bundan əvvəl məğlub edildikdən sonra qrup İraq və Suriya ərazisində müxtəlif partizan hücumları həyata keçirir.

ABŞ administrasiyasının vəzifəli rəsmisi Qüreyşinin öldürüldüyünü Reuters agentliyinə təsdiq edib:

"Əməliyyatın başlanğıcında terrorçu, onu və qadınlar və uşaqlar da daxil öz ailə üzvlərini öldürən bombanı partladıb”.

Bundan əvvəl fevralın 3-də Pentaqonun mətbuat katibi Con Körbi sözü gedən əməliyyatı “uğurlu antiterror missiyası” adlandırıb.

Mülki ölümləri

Suriya xilasediciləri bildiriblər ki, reydin gedişində baş vermiş toqquşma və partlayışlarda 6 uşaq və 4 qadın olmaqla 13 nəfər öldürülüb.

Reyd Türkiyə ilə həmsərhəd Atme ərazisindəki bir evə keçirilirdi.

Reuetrs yazır ki, ABŞ hərbiyyəsinin əməliyyatlar zamanı mülkilərin qorunmasına dair prosedurları hazırda, Əfqanıstanda keçirilmiş əməliyyat zamanı yanlış hədəfə dron zərbəsindən sonra təhqiqat altındadır.

Pentaqon həmin əməliyyatı da “uğurlu” adlalandırmışdı.

Əl-Qaeda ilə bağları olan bir neçə cihadçı qruplaşma hazırda şimal-qərbi Suriyaya sığınıb.

Bura prezident Bəşər əl-Əsədə qarşı döyüşən qiyamçıların son istehkamıdır.

Yerli sakinlər bildirirlər ki, gecə yarısı keçirilən reyd zamanı helikopterlər enib, atışma və partlayışlar başlanıb.

Onlar bunu da bildirirlər ki, ABŞ qüvvələri səsucaldanlarla qadın və uşaqları ərazidən çıxmağa çağırırdı.

XS
SM
MD
LG