Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Muratov Nobel medalını 103.5 milyon dollara satdı


Dmitri Muratov
Dmitri Muratov

Jurnalist 40.2 milyon rublluq mükafatı (717 min dollar) dekabrda xeyriyyə fondlarının hesabına köçürmüşdü

“Novaya qazeta”nın baş redaktoru, 2021-ci il Nobel Sülh mükafatı laureatı Dmitri Muratov Nobel medalını ABŞ-ın Heritage hərrac evində 103.5 milyon dollara satıb. Jurnalist əldə edilən pulu Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalı qaçqın uşaqlara və onların ailələrinə verəcəyini bildirib.

Medal hərracın anonim iştirakçısına satılıb. İlk olaraq medal üçün 700 min dollar təklif olunub, bir neçə dəqiqəyə məbləğ 16.6 milyon dollara qalxıb. Sonradan təklif olunan 103.5 milyon dolları isə hərracın heç bir iştirakçısı üstələyə bilməyib.

Pul mükafatını xeyriyyə fondlarına verib

Dmitri Muratova Nobel Sülh mükafatı 2021-ci il oktyabrın 8-də “demokratiya və sülhün vacib şərti kimi fikir azadlığının qorunması cəhdləri”nə görə verilib. Onunla birlikdə mükafata Filippində “Rappler” xəbər saytının təsisçisi Mariya Ressa da layiq görülüb.

Nobel komitəsi qeyd edirdi ki, Muratov Rusiyada söz azadlığını müdafiə edənlərdəndir. “Novaya qazeta”nın altı jurnalistinin öldürüldüyü də vurğulanırdı. Muratov mükafatını öldürülmüş həmkarlarına həsr etdiyini deyirdi.

Jurnalist 40.2 milyon rublluq mükafatı (717 min dollar) dekabrda xeyriyyə fondlarının hesabına köçürmüşdü. İyunun 1-də, Uşaqları Müdafiə günündə isə Nobel medalını hərraca çıxarıb.

Rusiya fevralın sonunda Ukraynaya hücum edib və bundan sonra Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG