Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:49

Kerç və Sevastopolda partlayış səsləri eşidilir


Krım körpüsünün kosmosdan görüntüsü
Krım körpüsünün kosmosdan görüntüsü

İlhaq olunmuş Krıma Rusiya tərəfindən təyin edilmiş başçının müşaviri Oleq Kryuçkov avqustun 18-də Telegram-da yazıb ki, Kerçdə hava hücumundan müdafiə sistemi hərəkətə gəlib.

Bu, adətən əraziyə hava hücumu olanda baş verir.

Sosial media şəbəkələrində yayılan videoda antizenit raketinin buraxıldığı görünür.

Kerç yarımadanın şərqində eyniadlı boğaz üzərindən salınmış Krım körpüsünün bir neçə kilometrliyində yerləşir.

Ukrayna rəsmiləri son günlərdə Krım körpüsünün Ukrayna üçün qanuni hədəf olduğuna dair bəyanatlar verirlər.

İşğal olunmuş Zaporojye vilayətində Rusiya administrasiyasının nümayəndəsi Vladimir Roqov iddia edib ki, ilkin məlumata görə Krım körpüsündən uzaqda Ukrayna dronu vurulub.

Bu xəbər hələki rəsmən təsdiq edilməyib.

Rusiya federal avtomobil yolları idarəsindən TASS agentliyinə bildiriblər ki, Krım körpüsü ilə avtonəqliyyatın hərəkəti rejim üzrə davam edir.

Politico: Ağ Ev zərbələri təqdir edir

Bu arada kerçlilər sosial şəbəkələrdə şəhər üzərində ağ tüstü zolağının göründüyünü yazırlar.

AzadlıqRadiosunun Rus xidməti yerli sakinlərə istinadən yazır ki, bütün şəhər boyunca partlayış səsləri eşidilir.

Evlərdə şüşələrin silkələnməsi hiss olunur və avtomobillərin siqnalizasiyası işə düşür.

Avqustun 16-da Ukrayna prezidenti administrasiyası başçısının müşaviri Mixaylo Podolyak The Guardian qəzetinə demişdi ki, Kiyev Krım körpüsünü legitim hərbi hədəf hesab edir və o “məhv edilməlidir”.

Politico portalı Ağ Evdəki mənbəyə istinadən yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın ilhaq edilmiş Krım yarımadasına zərbələr endirməsini təqdir edir.

Dron vurulduğu deyilir

Bu arada şahidlər bildirirlər ki, Krım körpüsünün dayaqları yaxınlığında barjlar yerləşdirilib və bu barjlarda raketləri yayındıran xüsusi cihazlar qurulub.

Lakin açıq mənbələrdə Ukraynanın hazırda Krıma ciddi zərbə endirmək üçün silahlarının olduğu barədə heç bir məlumat yoxdur.

Kerç.info saytı yazır ki, sözü gedən rayonda Rusiya hərbçilərinin təlimi keçirilib və partlayışlar bu təlimlərlə bağlı ola bilər.

Rusiya rəsmiləri partlayış səsləri barədə heç bir açıqlama vermirlər.

Avqustun 18-də axşam Sevastopoldakı Belbek aerodromu rayonunda partlayış səsləri eşidilib.

Şəhərin rusiyalı qubernatoru Mixail Razvozjayev deyib ki, aerodrom üzərində PUA vurulub.

İtki və dağıntı olmadığı xəbər verilir.

XS
SM
MD
LG