Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:36

Putin sentyabrın 30-da ilhaq fərmanı imzalayacaq


Putin 300 min əsgər toplayır
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Putin 300 min əsgər toplayır

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 30-da Ukraynanın dörd vilayətinin ilhaqı üzrə imzalama mərasimi keçirəcək. Mərasim həmin vilayətlərin işğal olunmuş yerlərinə Moskvanın təyin etdiyi başçılarla birlikdə keçiriləcək.

Bundan öncə Moskvanın təşkil etdiyi referendumları beynəlxalq ictimaiyyət “qondarma” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 29-da jurnalistlərə deyib ki, mərasim Moskva vaxtıyla günorta 3-də başlayacaq.

Onun sözlərinə görə, Putin daha sonra Luhansk, Donetsk, Xerson və Zaporojyeyə Moskva tərəfindən təyin olunmuş başçılarla görüşəcək.

Həmin rəsmilər qondarma referendumlarda yekdilliklə Rusiyaya qoşulmağa səs verildiyini deyiblər.

Ukrayna, Qərb hökumətləri, BMT səsvermələri qanunsuz adlandırıb.

Seçicilərin qorxudularaq səsverməyə getməyə məcbur edildikləri deyilir. Seçki rəsmiləri bir çox hallarda Rusiya hərbçilərinin müşayiətilə seçki qutularını evbəev gəzdiriblər.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Onda bir gün öncə isə Donetsk və Luhanskdakı qondarma rejimləri tanıyıb. 2014-cü ildə Krımı ilhaq etmiş Moskva həmin ildən Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kremlin açıqlamasından bir neçə saat öncə deyib ki, yeni sanksiya paketi üzərində iş gedir. Səkkizinci sanksiya paketinə Rusiya məhsullarına idxal qadağası daxildir və Moskvanı əlavə 7 milyard avroluq gəlirdən məhrum edə bilər.

Ağ ev isə ABŞ-ın Rusiyanın ilhaq cəhdlərini tanımayacağını, Moskvaya yeni iqtisadi sanksiyaların hazırlandığını açıqlayıb.

XS
SM
MD
LG