Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:48

Boris Conson yenidən baş nazir ola bilər?


Boris Conson
Boris Conson

Mühafizəkar Partiyada yeni başçının seçkisi gələn həftə olacaq

Britaniyanın keçmiş baş naziri Boris Consonun hakim Mühafizəkar Partiyanın liderliyi üçün yarışa qoşulacağı gözlənilir.

Baş nazir Liz Trassın istefasının ardınca hakim partiya yeni liderini gələn həftə seçməlidir.

Reuters yazır ki, bu barədə Times qəzetinin siyasi redaktoru Stiven Svinford oktyabrın 20-də Twitter-də yazıb.

Onun sözlərinə görə Conson onun baş nazirliyə qayıdışının milli maraqlara cavab verdiyinə inanır.

Britaniyanın baş naziri istefa verdi

Sentyabrın 6-da baş nazir vəzifəsində Boris Consonun yerini tutan Liz Trass cəmi 44 gün hökumət başçısı olduqdan sonra, oktyabrın 20-də istefasını bəyan edib.

Beləliklə o, Britaniya tarixində ən qısamüddətli baş nazir kimi qalacaq.

Liz Trassın bəyanatında deyilir:

“Mən iş başına böyük iqtisadi və beynəlxalq sabitsizlik vaxtında gəlmişdim. Ailələr və bizneslər xərclərindən narahat idilər".

Müharibədə həlak olanların ailələri yetərincə diqqət görürmü?
Gözlə

No media source currently available

0:00 0:07:09 0:00

Trass bildirib ki, ona mandat bu problemləri həll etmək üçün verilmişdi.

O qeyd edib ki, onun hökuməti enerji xərcləri ilə bağlı tədbirləri həyata keçirib:

"Buna baxmayaraq mən etiraf edirəm ki, Mühafizəkar Partiyanın mənə verdiyi mandatı doğrulda bilməmişəm. Bu səbəbdən də mən əlahəzrət kralla danışaraq ona Mühafizəkar Partiyanın liderliyindən istefa etməyim barədə məlumat vermişəm”.

Baş nazir kim olacaq?

Baş nazir bunu da bildirib ki, hakim Mühafizəkar Partiyada yeni başçının seçkisi gələn həftə olacaq.

Yeni rəhbər seçilənədək Liz Trass baş nazirin səlahiyyətlərini icra edəcək.

Xanım Trass istefasından 24 saat əvvəl parlamentdə “döyüşçü olduğunu və vəzifədən getməyəcəyini” demişdi.

Hazırda Trassı baş nazir vəzifəsində kimin əvəzləyəcəyinə dair müzakirələr gedir.

Şərhçilər hazırkı maliyyə naziri Ceremi Hantın əsas namizəd olacağını düşünürlər.

Lakin Sky News kanalının siyasi redaktoru Sem Kouts deyib ki, Hant ehtimalən namizədliyini verməyəcək.

XS
SM
MD
LG