Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:25

Arutyunyan: 'Qərbin Qarabağla bağlı təklifləri bizim xeyrimizə deyil'


Araik Arutyunyan hərbçilərlə, 4 sentyabr 2022
Araik Arutyunyan hərbçilərlə, 4 sentyabr 2022

Arutyunyan deyib ki, Avropa İttifaqı, ABŞ və Fransanın gündəmində yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi durur, Qarabağ məsələsi isə arxa plandadır.

Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Arayik Arutyunyan açıq şəkildə bildirib ki, Qərbin təklifləri onların maraqlarına cavab vermir.

Azadlıq Radiosu erməni xidmətinin məlumatına görə o, bildirib ki, Qarabağ probleminin həlliylə bağlı beynəlxalq oyunçuların təklifləri onların xeyrinə deyil və bu, acı həqiqətdir.

“Mənə dedilər sülh məsələsinə qarışma, o, İ.Əliyevin monopoliyasındadı”
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

“Qarabağ məsələsi arxa plana keçir və biz öz cəmiyyətimizə açıq şəkildə bildirməliyik ki, beynəlxalq oyunçular o qədər də xoş olmayan təkliflər verirlər. Amma bu, bizim “xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı” BMT nizamnaməsinin normalarını həyata keçirməyimizə mane olmur və bizim mübarizəmiz də bu norma çərçivəsində olacaq”, - deyə o vurğulayıb.

Arutyunyan deyib ki, Avropa İttifaqı, ABŞ və Fransanın gündəmində yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi durur, Qarabağ məsələsi isə arxa plandadır.

Arayik Arutyunyan qeyd edir ki, o, Qarabağın gələcəyini Rusiyasız təsəvvür etmir. “Ümumiyyətlə, Qarabağın gələcəyini Rusiya Federasiyasının sülhməramlı qüvvələr və ya hansısa başqa bir missiya kimi iştirakı olmadan təsəvvür edə bilmirəm”, - deyə o, bildirib.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti bir neçə gün əvvəl Ermənistanda olu. O, səfər zamanı baş nazir, Nikol Paşinyan, habelə parlamentin sədri və Təhlükəsizlik Şurasının katibi ilə görüşüb.

Mənbə qeyd edir ki, Araik Arutyunyan acı həqiqətdən məhz bu görüşlərdən sonra danışıb.

Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevsə 44 günlük müharibə zamanı və ondan sonra dəfələrlə bəyan edib ki, artıq Qarabağdakı erməni icmasının statusundan söhbət də gedə bilməz və ordakı erməni əhali Azərbaycan qanunları çərçivəsində yaşamalıdır.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibədən sonra 30 ilə yaxın erməni qüvvələrinin işğalında olan Qarabağın bir hissəsi və ətraf 7 rayonu öz nəzarətinə qaytarıb. Amma iki ölkə arasında hələ ki yekun sülh müqaviləsi imzalanmayıb.

XS
SM
MD
LG