Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:28

'Baku Steel'in rəhbərinə cəza tələbi: 15 il həbs və 70 milyonluq əmlakın müsadirəsi


Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR

"Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədova 15 il həbs cəzası istənilib. Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyib ki, Məmmədova qarşı 185 milyon manatlıq mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa ittihamlar məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı yeyinti nəticəsində "Baku Steel Company"yə ziyan dəydiyini vurğulayaraq həmin ziyanın ödənilməsi məqsədilə Məmmədov və yaxınlarına məxsus, ümumi dəyəri təxminən 70 milyon manat olan xeyli əmlakın müsadirə olunmasını istəyib. Onların arasında Bakı Oksford Məktəbi, bağ evləri, mənzillər, torpaq sahələri və başqa əmlaklar var.

Məmmədovun vəkilləri müdafiə çıxışına hazırlaşmaqdan ötrü məhkəmədən vaxt istəyiblər.

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib.

Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, 2011-ci ildə "Baku Steel Company"də işə başlayarkən Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə edib, fəaliyyəti razılaşdırıblar.

XS
SM
MD
LG