Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Rusiyada AzadlıqRadiosunun jurnalisti axtarışa verilib


Andrey Qriqoryev
Andrey Qriqoryev

Kazan şəhərindəki Sovet rayon məhkəməsi noyabrın 22-də bildirib ki, Andrey Qriqoryevin həbs edilməsinə order verilib. Jurnalistin hazırda harada olması bilinmir

Rusiya Federasiyasının Tatarıstan Respublikasında Kazan məhkəməsi AzadlıqRadiosunun Idel.Realities saytı müxbirinin adını axtarış siyahısına daxil edib və onun həbsinə order verilib.

O internet vasitəsilə terrorçu fəaliyyətlərə çağırışlar etməkdə günahlandırılır.

Kazan şəhərindəki Sovet rayon məhkəməsi noyabrın 22-də bildirib ki, Andrey Qriqoryevin həbs edilməsinə order verilib. Jurnalistin hazırda harada olması bilinmir.

Hökmdə bildirilir ki, Qriqoryev barəsində o saxlandıqdan və ya hər hansı xarici ölkədən ekstradisiya edildikdən dərhal sonra məhkəməyə qədər 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər verilir ki, Qriqoryevə qarşı ittiham ötən may ayında Rusiyanın Polşadakı səfirinə “qırmızı boya” hücumunu əks etdirən videonun internetdə yayılmasdından sonra irəli sürülüb.

May ayında Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin üstünə qırmızı boya atılmışdı
May ayında Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin üstünə qırmızı boya atılmışdı

“Xarici agent” siyahısı

Ötən avqustda Kazan şəhərində polis Qriqoryevin, habelə AzadlıqRadiosu Idel.Realities saytının və Tatar-Başqırd xidmətinin bir neçə indiki və keçmiş müxbirlərinin evlərində axtarış aparmışdı.

Polis bildirirdi ki, onların sözü gedən videonu internetdə paylaşdıqlarından şübhələnir.

Bütün bu jurnalistlər bildirmişdilər ki, səfir Sergey Andreyevin üstünə qırmızı rəng atılmasını görüntüləyən video ilə heç bir əlaqələri yoxdur.

Qırmızı rəngi səfirin üstünə o Varşavada II Dünya Müharibəsində həlak olmuş sovet əsgərlərinin xatirə abidəsinə çiçək qoymaq istəyərkən Ukrayna müharibəsinə etiraz edən Polşa fəalları atmışdılar.

Mayın 9-da çəkilmiş videoda Andreyevin üstünə arxadan və qabaqdan qırmızı boya atıldığı görüntülənib.

Dekabr ayından bəri Rusiyanın Ədliyyə Nazirliyi Qriqoryevi, Idel.Realities və AzadlqıRadiosu Tatar-Başqırd xidmətinin 5 jurnalistinin - Alina Qriqoryeva, Regina Xisamova, Katerina Mayakovskaya, Yekaterina Luşnikova, Artur Astafyev, habelə ştatnadankənar müxbir Regina Gimalovanın adlarını “xarici agent” siyahısına daxil edib.

XS
SM
MD
LG