Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:37

Sülhməramlıların komandanı: 'Biz 'Ağdərə' yazırıq'


Ağdərədə Ermənistan əsgərləri, 2016-cı il
Ağdərədə Ermənistan əsgərləri, 2016-cı il

Müdafiə Nazirliyi (MN) Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimləri ilə bağlı dekabrın 3-də daha bir müraciət yayıb.

MN bildirir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, Rusiya sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının, “hələ də uydurma erməni toponimləri ilə qeyd olunması çox böyük təəssüf doğurur”.

Qurum qeyd edir ki, toponimlərin uyğun adlı siyahısı və xəritəsi Rusiyanın Müdafiə Nazirliyinə, sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığına, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə göndərilib. Nazirlik Rusiya kontingentinin komandanlığını həmin yaşayış məntəqələrinin adlarını rəsmi sənəd və xəritələrə uyğun, düzgün toponimlərlə ifadə etməyə çağırır.

Sülhməramlıların komandanı nə deyir

MN qeyd edir ki, elə dekabrın 3-də də Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə uyğun olaraq Ağdərə və Xocavənddir.

Azərbaycan artıq bir neçə dəfə oxşar bəyanatla çıxış edir.

Yerevanda azərbaycanlı şairlərin kitabı çap edilib
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov isə dekabrın 3-də jurnalistlərə deyib ki, Azərbaycan toponimlərinə hörmətlə yanaşırlar. Onun dediyinə görə, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində bütün toponimləri Azərbaycan tərəfinin göndərdiyi adlarla yazırlar.

"Biz 'Ağdərə' yazırıq... Ancaq bizim baş qərargahın xəritələrində isə adlar sovet dövründən qalıb - 'Stepanakert', 'Mardakert' yazılıb. Biz toponimləri Azərbaycanda necə səslənirsə, elə də yazırıq. Rusiya-Türkiyə Birgə Mərkəzində də bütün sənədlərdə yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında isə, təəssüf ki, ola bilsin, elə reaksiya vermirlər. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz", – Volkov qeyd edib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG