Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:26

Avropadan Rusiyaya sanksiyalar, Ukraynaya milyardlarla avro


Avropa İttifaqı özünün Rusiyaya qarşı sanksiyalarının 9-cu paketi çərçivəsində Regionların İnkişafı Ümumrusiya Bankı ilə əməliyyatlara qadağan qoyub və Rusiyanın daha iki bankının aktivlərini dondurub.

Aİ habelə Rusiyanın НТВ, "НТВ Мир", "Россия 1", РЕН ТВ və Birinci kanalının Avropada yayımlanmasını qadağan edib.

Yeni məhdudiyyətlərə görə Avropa İttifaqında qeydiyyatdan keçmiş şirkətlərə Rusiya üçün reklam xidmətləri göstərmək, bazar tədqiqatları aparmaq, ictimai rəy sorğusu keçirmək, habelə malların yoxlanmasını təşkil etmək qadağan olunub.

Bununla yanaşı Avropa İttifaqı vətəndaşlarının Rusiya hüquqi şəxslərinin və təşkilatlarının nəzarətində olan orqanlarda rəhbər vəzifə tutması qadağan edilir.

9-cu sanksiya paketi habelə Rusiyaya aviasiya, o cümlədən dronlarla bağlı texnologiyaların və malların ixracını məhdudlaşdırır.

Sanksiyalardan İranın da payına düşüb

Eyni zamanda Rusiyanın enerji və dağ-mədən sektorlarına yeni investisiyaların yatırılması qadağan olunur.

İsveçrə də Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarına və Rusiya neftinə qiymət həddi qoyulmasına qoşulmaq barədə qərar qəbul edib.

Aİ-nin 9-cu sanksiya paketi ilə Rusiyaya dronların verilməsində iştirak etmiş iki iranlıya və iki İran şirkətinə sanksiyalar elan edilir.

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsinə görə Moskvanın üzərinə qoyulmuş 8-ci paket dekabrın 5-də qüvvəyə minib.

Bu paketə tankerlərlə daşınan Rusiya neftinə qiymət həddi qoyulması nəzərə tutulur.

Bu paket habelə Aİ ölkələri üçün sözü gedən tarixdən dənizlə daşınan Rusiya neftinin alınmasını qadağan edir.

Ukraynaya 18 milyard avroluq maliyyə yardımı

Avropa Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının göstərilməsinə dair qərarı təsdiq edib.

Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib ki, “Avropa İttifaqı sözünün üstündə durur”.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, bu il Ukraynaya 19.7 milyard avro məbləğində yardım göstərilib.

Ukraynaya 2023-cü il üçün 18 milyard avroluq yardım paketinə onillik güzəşt müddəti olan kreditlər daxildir.

Bu paket Ukraynanın təxirəsalınmaz problemlərinin həlli, habelə ölkə infrastrukturunun bərpası üçün nəzərdə tutulub.

Bakının beş addımlığında susuz məhəllələr
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Bu paketin qəbuluna Macarıstan və Polşa müqavimət göstəriridilər. Onların iradı konkret olaraq Kiyevə yardım ayrılması ilə bağlı deyildi.

Macarıstan onun üçün nəzərdə tutulan dondurulmuş avrofondların məbləğinin azaldılmasını istəyirdi.

Bu fondların Macarıstana verilməsi Budapeştin ittifaqın hüquqi normalarını pozmasına görə dayandırılıb.

Polşa isə Aİ-də yenicə tətbiq olunan korporativ vergiyə qarşı çıxırdı.

XS
SM
MD
LG