Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Anbar sahibi: 'Məhsulun saxlanma qiyməti elektrikin qiymətindən asılıdır'


Tovuzda soyuducu anbar
Tovuzda soyuducu anbar

Azərbaycanda tez-tez meyvə-tərəvəzin mövsüm vaxtı ucuz, mövsümdən sonra çox baha olması ilə bağlı şikayətlər eşidilir. Bir çox fermerlər isə yetişdirdikləri meyvə-tərəvəzləri elə həmin sezonda satmağa çalışır, çünki məhsullarını anbarlara qoymaq istəmirlər. Nəticədə sonra da alıcı tapmadıqları, məhsullarının xarab olması ilə bağlı şikayətləri eşidilir.

"Bu da çox bahadır"

Bu il xurma satışında problem olduğunu deyən Tovuz rayonundan bir fermer (ad və soyadını demək istəmir) AzadlıqRadiosuna bildirib ki, məhsulu soyuducu anbarda iki ay saxlayardısa, bir yeşiyə görə 1 manat 20 qəpik ödəməli idi, üçüncü aydan sonra isə həmin məbləğə 30-40 qəpik əlavə olunur: "Bu da çox bahadır. Soyuducu anbarlardan mallarımızı çıxarıb ölkə daxilində satırıqsa, bu, xurmanın qiymətinə də təsir edir, yoxsa özümüz ziyana düşürük".

Fermer qeyd edib ki, soyuducuda məhsulu saxlamağa pulu olmayan fermerlər ziyana düşür: "Bu il Rusiyadakı (Ukrayna ilə müharibə aparır) vəziyyətə görə, fermerlərin bəziləri ciddi ziyan edib. Elə fermerlər var ki, 20-30 min ziyandadır".

Ukrayna müharibəsinin Şəmkir camaatına təsiri...
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

"İşıqpulunu biznes obyekti kimi alırlar"

Soyuducu anbarlardan birinin sahibi də anonim qalmaq şərti ilə deyib ki, məhsulun saxlanma qiyməti elektrik enerjisinin qiymətindən asılıdır: "Soyuducuların mühərrikləri elektriklə işləyir. Ayda 1000-1500 manat pul ödəyirik deyə, qiymətləri da ona uyğun qoymağa məcburuq. Kənd təsərrüfatı sahəsi olmasına baxmayaraq, işıqpulunu biznes obyekti kimi alırlar. Bizə güzəşt edilməlidir".

143 anbar

Azərbaycanda 2008-2009-cu ildən başlayaraq dövlət xətti ilə soyuducu anbarların tikilməsinə güzəştli kreditlər ayrılmağa başlanıb.

2020-ci ildə açıqlanan son rəsmi məlumata görə, respublikada ümumi tutumu 672 min ton olan 168 soyuducu anbar kompleksi var. Bu anbarlardan ümumi tutumu 503 min ton olan 143-ü meyvə-tərəvəz saxlanılması üçün nəzərdə tutulub.

Göyçayda soyuducu anbarın fermerlərə 180 min manat ziyan vurduğu bildirilir
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzindən "Turan"a bildirilib ki, hazırda Tovuz rayonunda ümumilikdə 40-a yaxın soyuducu anbar fəaliyyət göstərir: "Soyuducu anbarlar sahibkarlara məxsusdur deyə, dövlətin qiymətlərə müdaxiləsi yoxdur. Soyuducu anbarlarda elektrik enerjisinin qiymətlərinə güzəştlərin edilməsi ilə bağlı fermerlərin təklifini biz da dəstəkləyirik".

"... sahibkarlar, fermerlər özləri bu anbarları inşa etdirsinlər"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, ölkədə soyuducu anbarların sayı kifayət qədər deyil: "Həmin soyuducu anbarlar, əsasən, oliqarx məmurlara məxsusdur. Onların arasında rəqabət olmadığı üçün qiyməti diktə edirlər və qiymət yüksək olduğu üçün həmin anbarlarda az həcmdə məhsul saxlayan var".

V.Məhərrəmli
V.Məhərrəmli

Ekspertin sözlərinə görə, az həcmdə məhsul saxlandığı üçün anbar sahibləri qiymətləri yüksək səviyyədə saxlamağa çalışırlar: "Əlbəttə ki, Azərbaycanda elektrik enerjisinin qiyməti yüksəkdir (xidmət və ticarət sahələri üzrə isə tarif 11 qəpik/kVts). Dövlət yalnız oliqarxlara mənsub olan aqroparklarda yaradılmış soyuducu anbarlara dəstək göstərir. Yəni, onların tikintisi, avadanlıqlarla təchizatı üçün müəyyən həcmdə yardım edilir".

V.Məhərrəmli hesab edir ki, burada məsələyə kompleks yanaşmaq lazımdır: "İmkan verilmədi ki, sahibkarlar, fermerlər ucuz kredit resursu əldə edib özləri bu anbarları inşa etdirsinlər və istehsal etdikləri məhsulu da ucuz başa gələcək xərclə həmin anbarlarda saxlaya bilsinlər. Bunun üçün çox ucuz kredit resursu vermək lazım idi. Bu anbarlar o qədər də gəlirli olmur və yaxşı olardı ki, fermerlərin özlərinə xidmət etsin".

XS
SM
MD
LG