Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

Azərbaycan 'qeyri-azad' ölkələr içində 'ən pislər'dən sayılıb


"İnanclı insanlara qəddar münasibət var" - 2022-ci ildə insan haqları
Gözlə

No media source currently available

0:00 0:11:22 0:00

"İnanclı insanlara qəddar münasibət var" - 2022-ci ildə insan haqları

Ötən il dünyada qeyri-azad sayılan 57 ölkədən 16-sının siyasi hüquqlar və mülki azadlıqlar üzrə balı ən aşağı həddə olub. Cənubi Sudan, Türkmənistan, Suriya 1, Tacikistan 7, Əfqanıstan və Belarus 8 bal yığıb. Azərbaycan isə 9 balla Çin, Myanma, Yəmən kimi ölkələrlə bir sırada yer alıb. Bunu “Freedom House” beynəlxalq insan haqları təşkilatı martın 9-da dünyada azadlıqlar barədə illik hesabatında bildirir.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq oxşar tənqidləri rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.

17 ildir geriləyən azadlıqlar

“Freedom House” ümumilikdə qlobal azadlıqların artıq 17-c ildir davamlı gerilədiyini qeyd edir. Rusiya və İran kimi ölkələrdə ifadə azadlığının məhdudlaşdırılması fonunda demokratiya uğrunda mübarizə də həlledici məqama çatır, hesabatda deyilir.

Hesabatda deyilir ki, ifadə azadlığının sıfır bal yığdığı ölkələrin sayı ötən il bir il öncəylə müqayisədə 14-dən 33-ə yüksəlib. Azı 157 ölkədə və ərazidə isə media azadlığı təzyiqə məruz qalıb.

Azadlıq və demokratiyanın ən çox geriləmə ilə üzləşməsinin səbəbləri sırasında isə müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısı göstərilir.

Hesabatda Rusiya Prezidenti Vladimir Putinin “avtoritar rejimi”inin Ukraynanın “çətinliklə qazandığı demokratik prosesi boğmaq üçün” 2022-ci ilin fevralında bu ölkəyə müharibəyə başladığı qeyd olunur.

Qadınlar Bakının mərkəzində yürüş keçirdi: "Qətllərə son qoyulsun!"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Postsovet məkanı

Rusiyada azadlıqların geriləməsi isə qonşulara da təsirini göstərib. Hesabatda deyilir ki, Sovet ittifaqının çöküşündən 30 il keçındən sonra “Avrasiyada avtoritarizm dominantlıq edir”.

Keçmiş sovet ölkələrindən yalnız üç Baltik ölkəsi – Estoniya, Litva və Latviya “azad” sayılıb. Bu ölkələr Avropa İttifaqı və NATO-nun üzvləridir.

“Demokratik idarəçiliyin olmaması regionda sabitsizlik yaradıb, avtokratlar qonşularına qarşı, eləcə də daxili narazılığı susdurmaq üçün hərbi gücə əl atırlar”, – hesabatda vurğulanır.

Türkmənistan azadlıqlara görə dünyada ən pis üçüncü, Tacikistan isə yeddinci ölkə sayılıb.

“Freedom House” eyni zamanda Qafqaz və Orta Asiya ölkələrinin “Rusiyanın Ukrayna ərazisini ilhaqını tanımaqdan imtinası”nı, Rusiya banklarına qarşı beynəlxalq sanksiyalara əməl etməsini alqışlayır.

Belarus bu mənada istisna təşkil edir. Ölkənin avtoritar lideri Alyaksandr Lukaşenka Ukraynaya qarşı müharibədə Rusiya ilə sıx əməkdaşlıq edib.

Avtoritarların əməkdaşlığı

Hesabatda deyilir ki, avtoritarların əməkdaşlığı öz maraqları ilə motivasiya olunur. Yəni, rejimlərin prioritetləri üst-üstə düşməyəndə, yaxud onlar müəyyən demokratik təzyiqlə üzləşəndə bu əməkdaşlıq çat verir. Bu kontekstdə KTMT-nin ötən ilin əvvəlində Qazaxıstandakı böhrana reaksiya verməsi, Ermənistana isə “qonşu Azərbaycanın onun suveren ərazisinə təkrarlanan hücumları fonunda” kömək göstərməməsi göstərilir. Hesabatda Ermənistanın Rusiyanın rəhbərlik etdiyi blokun yeganə “qismən azad” ölkəsi olması vurğulanır.

Yerevan Bakının 2020-ci il müharibəsindən sonra sərhəd toqquşmaları nəticəsində onun ərazisinə girdiyini deyir. Azərbaycan isə bu iddiaları təkzib edib, sərhədlərin delimitasiya olunmadığını bildirib.

Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb. Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Media azadlığı, demokratiyasına təhdid olan ölkələr...

“Freedom House” Azərbaycanda və Qazaxıstanda deputatların media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq etdiyini, yeni qanunvericilikdə xarici onlayn platformalardan yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsinin tələb olunduğu bildirlir.

Azətbaycanda yeni media qanunu ötən ilin əvvəllərində təsdiqlənib. Bu qanunun jurnalistlərin işini çətinə salmasını beynəlxalq qurumlar da dəfələrlə dilə gətirib.

Müstəqil jurnalistlər məqsədin onların fəaliyyətini məhdudlaşdırmaq olduğunu desə də, rəsmi qurumlar bunu təkzib edir.

Hesabatda demokratik trayektoriyası diqqət mərkəzində olan ölkələr sırasında Ermənistanla Türkiyənin adı çəkilir. “Azərbaycan qüvvələri sərhəd boyunca Ermənistan ərazisinə hücum edərək tutub, bu isə Yerevanda demokratik hökumətə təhdid yaradır, tammiqyaslı müharibə riskini artırıq”, – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti isə sülh sazişi imzalamağa hazır olduğunu, Ermənistanın bu prosesi yubatdığını bildirib.

Türkiyəyə gəlincə, qeyd olunur ki, hökumət seçki qanunları ilə manipulyasiya edib, “dezinformasiya”ya görə sərt cərimələr tətbiq edib. Bu isə 2023-cü ilə planlaşdırılan seçkilər öncəsi müxalifətin fəaliyyətini əngəlləyib.

MEDİA “Freedom House”a cavab verib

Medianın İnkişafı Agentliyi (MEDIA) “Freedom House” təşkilatının son hesabatı ilə bağlı bəyanat yayıb.

Agentlik bildirib ki, “Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini nümayiş etdirib.

““Media haqqında” Azərbaycan Respublikasının Qanununda (ötən il qüvvəyə minib) hesabatda iddia olunduğu kimi, xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmayıb”, deyə qurum vurğulayıb.

Açıqlamaya görə, qanuna əsasən Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir:

“Bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur”.

Qurum hesab edir ki, qanun “media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır” deməklə senzuranı tamamilə istisna edir.

Agentlik beynəlxalq təşkilatı Azərbaycan həqiqətlərini təhrif etməkdə qınayır.

XS
SM
MD
LG