Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

İsrail Aşqabadda, 'İranın 20 kilometrliyində' səfirlik açır


İsrailin xarici işlər naziri Eli Koen
İsrailin xarici işlər naziri Eli Koen

İsrailin xarici işlər naziri Eli Koen aprelin 19-da Bakıdan Aşqabada səfər edəcək.

İsrail mediasının xəbərlərinə görə Koen Türkmənistan paytaxtında İsrail səfirliyinin açılışı mərasimində iştirak edəcək.

Türkmənistanın da Azərbaycan kimi İranla uzun sərhədi var və Aşqabaddakı səfirlik İran sərhədinin 20 kilometrliyində olacaq.

The Times of Israel yazır ki, bu, İsrail xarici işlər nazirinin son 30 ildə Türkmənistana ilk səfəridir.

Bu da xəbər verilir ki, Koen aprelin 20-də Türkmənistan prezidenti Serdar Berdıməhəmmədovla, xarici işlər naziri Rəşid Meredovla və kənd təsərrüfatı naziri Allanur Altıyevlə görüşəcək.

Xəbərdə deyilir ki, Türkmənistan İsraillə münasibətlərini Sovet İttifaqının çökməsi ərəfəsində, 1991-ci ildən qurmağa başlayıb.

Təxminən 10 il bundan əvvəl iki ölkə arasında isti münasibətlər Aşqabadda İsrailin müvəqqəti nümayəndəliyinin açılmasına imkan verib.

Lakin İsrailin yeni səfirliyi məxsusi olaraq bu məqsədlə tikilmiş binada açılacaq.

İrana mesaj

Qeyd olunur ki, İsrail və Türkmənistanın vəzifəli rəsmiləri tez-tez qarşılıqlı səfərlər edir, siyasət, iqtisadiyyat və enerji sahələrində sənədlər imzalayır.

Bu yaxınlarda iki ölkə arasında səhiyyə və kibermüdafiə sahələrində əməkdaşlığa başlanıb.

The Times of Israel yazır ki, Aşqabadda səfirliyin açılmasından məqsəd həm də İrana İsrailin bu regionda güclənməsinin mesajını verməkdir.

Eli Koen hazırda Azərbaycanda səfərdədir. O prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib.

Koen mediaya bildirib ki, İsrail Azərbaycana turist sayının iki dəfə artırılaraq ildə 50 minə çatdırılmasını hədəfləyir.

İsrail xarici işlər nazirini bu səfərdə böyük iqtisadi-ticari nümayəndə heyəti müşayiət edir.

XS
SM
MD
LG