Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

ÜDM-də '0' artımın səbəbləri


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır? (Arxiv. 2022)

S&P beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımını 0 faiz proqnozlaşdırır. 2023-cü ildə nominal ifadədə Azərbaycanda ÜDM 131 milyard manat (77 milyard ABŞ dolları) təxmin edilir.

Halbuki, ilin əvvəlində hökumətin açıqladığı proqnozlara görə, 2023-cü ildə ÜDM-in artımı 2.7 faiz təşkil etməli idi. Amma Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 986.5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.1 faiz çox ÜDM istehsal olunub.

Ötən il isə, rəsmi məlumatlara görə, ölkədə 4.6 faizlik iqtisadi artım baş vermişdi.

"Digər beynəlxalq qurumların proqnozları nikbindir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a deyib ki, Azərbaycanın 2023-cü ildəki iqtisadi vəziyyəti ilə bağlı digər beynəlxalq qurumların proqnozları nikbindir: "Məsələn, Dünya Bankının 2023-cü il üçün "Qlobal İqtisadi Perspektivlər" hesabatına əsasən, Azərbaycanda real ÜDM-in artımı 2.3 faiz gözlənilir. Hesabatda 2023-cü ildə ölkəmizdə median gəlirlərin artmasına və ümumi rifahın yüksəlməsinə dair bir sıra müsbət gözləntilər də öz əksini tapıb. Eləcə də Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanda ÜDM artımını 3.5 faiz, 2024-cü ildə 3.8 faiz proqnozlaşdırır".

Onun sözlərinə görə, iqtisadi artımda neft sektorunun payı azalsa da, ÜDM-in əsas drayveri və inkişaf sütunu qeyri neft-qaz sektorudur: "Həmin sahə üzrə istehsal 3.1 faiz artıbdır ki, bu da ölkə iqtisadiyyatının neftsiz dayanıqlı inkişaf mərhələsinə daxil olduğunu göstərir".

""Analoqu olmayan iqtisadi artım" termini əzbərə…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın iqtisadi artımının azalmasının səbəbləri çoxdur: "Zamanında Azərbaycanda ÜDM böyük sürətlə artırdı. Elə olurdu 25-28 faiz artım olurdu. 2007-2008-ci illərdə hətta "analoqu olmayan iqtisadi artım" termini əzbərə çevrilmişdi".

Onun sözlərinə görə, indi də Azərbaycanda ÜDM-in formalaşmasında enerji sektorunun rolu həddindən artıq yüksəkdir: "Problem ondan ibarətdir ki, Azərbaycanda neft hasilatı da kəskin aşağı düşür . Neftin qiyməti də gözləntilərdən daha aşağı oldu".

N.Cəfərli vurğulayıb ki, Azərbaycanın ikinci strateji məhsulu olan qazın qiymətlərində keçən il ciddi artım olsa da, artıq aşağı düşməkdədir: "Bütün bunlar Azərbaycanda ÜDM-in həcminin və artım tempinin zəifləməsinin əsas səbəbi oldu. Təəssüf ki, qeyri-neft sektoru gözlənilən effekti vermir".

XS
SM
MD
LG