Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

İsrail Zaxarovanı ona soyqırım mühazirəsi oxumamağa çağırır


Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova

İsrailin Xarici İşlər Nazirliyi Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya cavab verib.

Zaxarova bundan əvvəl İsraili Ukrayna müharibəsində “nasizmə dəstək” verməkdə ittiham etmişdi.

Bu barədə məlumatı İsrail XİN-in nümayəndəsi Lior Xayat nazirliyin rəsmi Twitter saytında verib.

Bu postda deyilir ki, “heç bir ölkə İsrailə, onun Xarici İşlər Nazirliyinə Holokostun xatirəsini necə saxlamaq barədə mühazirə oxumamalıdır”.

Zaxarovanın sözü gedən bəyanatı İsrailin Kiyevdəki səfiri Mixael Brodskinin İsrailin Iton TV saytına müsahibəsi ilə bağlı idi.

Ukrayna öz kimliyinin axtarışındadır

Bu müsahibədə Brodski demişdi ki, yəhudilərin və ukraynalıların Stepan Bandera, Roman ŞuxeviçAndrey Melnik kimi tarixi şəxsiyyətlərə baxışındakı fərqlərə baxmayaraq, Ukrayna hazırda öz kimliyinin və öz qəhrəmanlarının axtarışındadır:

"Bizim, əlbəttə, bu qəhrəmanlardan xoşumuz gəlmir, amma ukraynalıların çoxluğu üçün bunlar müstəqillik uğrunda mübarizə aparmış qəhrəmanlardır”.

Səfir əlavə etmişdi ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində İsrail dövləti Ukraynanı dəstəkləməkdə davam edəcək.

Mariya Zaxarova öz teleqram kanalında Brodskini “küfrdə” ittiham etmişdi:

"1930-cu illərdə Hitleri sponsorlaşdıranlar, əsasən də anqlo-sakslar da belə fikir yürüdürdülər. Əgər Mixael Brodskinin fikrincə Kiyevin belə qəhrəmanlara və belə kimliyə haqqı çatırsa, bu artıq İsrail XİN-in problemidir”.

Bunun cavabında Lior Xayat bəyan edib ki, İsrailin siyasəti dəyişməz olaraq qalır və o heç vaxt Hitler rejimi ilə əməkdaşlıq etmiş və yəhudi qırğınlarında iştirak etmiş canilərə haqq qazandırılmasını dəstəkləməyib. Amma heç kəsin İsrailə və onun rəsmi nümayəndələrinə Holokostun xatirəsini necə saxlamağı və tarixin təhrif edilməsi ilə necə müharibə aparmağı öyrətmək haqqı yoxdur.

XS
SM
MD
LG