Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:42

BRICS genişlənir


BRICS-in Yohannesburq sammiti
BRICS-in Yohannesburq sammiti

Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasını (CAR) birləşdirən BRICS təşkilatı genişləndiyini elan edib. CAR Prezidenti Siril Ramafosa təşkilatın Yohannesburq samitində elan edib ki, yanvarın 1-dən Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Efiopiya, Misir və Argentina də qurumun sıralarına qatılır. Söhbət Yaxın Şərq, Afrika və Latın Amerikasının nəhəng dövlətlərindən gedir.

Beləliklə də, BRICS-in rəsmən 11 üzv dövləti olacaq. Ancaq artıq yeni üzvlər qoşulandan sonra qrupun necə adlanacağı bəlli deyil.

BRICS liderləri çıxışlarında təşkilatın genişlənməsindən məmnunluq bildiriblər. Çin lideri Si Tsinpin deyib ki, təşkilata böyük nüfuz sahibi, “sülh və inkişaf”a töhfə verəcək ölkələr qoşulurlar.

BRICS-ə qoşulmaqdan ötrü 20-dən çox, əsasən inkişaf etməkdə olan ölkələr ərizə vermişdilər.

Rusiya Prezidenti Vladimir Putin sammitə qatılmayan yeganə liderdir. CAR Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür və həmin məhkəmə Putinin həbsinə order verib. CAR hakimiyyəti bunun baş verməyəcəyinə zəmanət verməmişdi. Nəticədə Putin sammitə videoəlaqə ilə qoşulub, Yohannesburqa Xarici işlər naziri Sergey Lavrov gedib.

BRICS hərbi-siyasi birlik deyil. Üzvlərinin əksəriyyəti Ukrayna müharibəsində neytral mövqe tutur, həm Rusiya ilə münasibətləri saxlayır, həm də Ukraynanın ərazi bütövlüyünə hörmət ifadə edib.

Şərhçilərin fikrincə, özəlliklə Pekin BRICS-in qlobal Cənub ölkələrinin mərkəzinə, Qərb ölkələrinin birləşdiyi bloklara alternativə çevrilməsində maraqlıdır.

XS
SM
MD
LG