Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

Azərbaycan sərhədə qoşun yığır? Nazirlik cavab verir


Ermənistanın baş naziri Nikol Paşinyan (Nikol Pashinyan) Azərbaycanı sərhədə qoşun yığmaqda ittiham edir.

O, bunu sentyabrın 7-də hökümətin iclasında deyib. AzadlıqRadiosunun erməni xidmətinin yazdığına görə, o, bildirib ki, “Azərbaycan Ermənistanla sərhədə və Qarabağla təmas xəttinə qoşun toplayır”

Erməni xidməti yazır ki, Paşinyan iddia edib ki, Azərbaycan Qarabağa və Ermənistana qarşı təxribat törətmək niyyətindədir.

Azərbaycan Xarici İşlər nazirliyi isə səsləndirilən fikirləri "növbəti saxta siyasi manipulyasiya" adlandırıb.

Nazirlik bildirib ki, bölgədə təhlükəsizliyə əsl hədənin “Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur” .

Hərbi təlimlər

İki ölkə arasındakı bu gərginlik Ermənistanla ABŞ-ın birgə keçirəcəyi hərbi təlimlərdən əvvəl baş verir.

“EAGLE PARTNER 2023” birgə hərbi təlimlər sentyabrın 11-dən 20-dək keçiriləcək.

Bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, təlimlər Ermənistanda beynəlxalq sülhyaratma missiyalarına hazırlıq çərçivəsində “Zar” mərkəzinin bazasında olacaq.

Qurum bildirib ki, ABŞ və Ermənistan hərbçiləri sülhyaratma tapşırıqları vaxtı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üçün əməliyyatlar hazırlayırlar.

Təlimin keçiriləcəyi xəbəri isə Paşinyanın Rusiyaya qarşı ittihmından sonra açıqlanıb. O, Rusiyanı Qarabağda görməli olan işi görməməkdə ittiham edirdi və Rusiyanın tezliklə bölgəni tərk edəcəyini bildirirdi.

Sentyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov (Dmitry Peskov) planlaşdırılan birgə hərbi təlim haqda informasiya narahatlıq doğurur. Moskva vəziyyəti dərindən təhlil edəcək, onu izləyəcək. Bu haqda jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Belə xəbərlər, şübhəsiz ki, özəlliklə indiki vəziyyətdə narahatlıq yaradır. Buna görə də bu xəbərləri diqqətlə təhlil edəcək, vəziyyəti izləyəcəyik”, – o deyib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük savaş nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsinə separatçılar və Rusiya sülhməramlıları nəzarət edir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG