Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:45

Ermənistan deyir ki, ABŞ ilə hərbi təlimlər müstəqil qərarıdır


ABŞ hərbçiləri Ermənistan ordusuna təlim keçir. 2014
ABŞ hərbçiləri Ermənistan ordusuna təlim keçir. 2014

Ermənistan deyir ki, ABŞ-la hərbi təlim keçirmək suveren qərarlarıdır. Bunu AzadlıqRadiosunun erməni xidmətinə Ermənistanda Milli Assambleya Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib. O, bildirib ki, bu təlimlə Ermənistanın süverenliyini itirmir:

“Mən başa düşürəm ki, müxtəlif tərəflərin narahatlıqları və şikayətləri ola bilər, lakin bu, Ermənistanın suveren qərarıdır. Hesab edirəm ki, bu, həm də Ermənistan-Amerika münasibətlərinin dərinləşməsinin göstəricisi və nəticəsidir.”

Ermənistanla ABŞ arasında “EAGLE PARTNER 2023 ” birgə hərbi təlimlər sentyabrın 11-dən 20-dək Ermənistanda keçiriləcək.

Rəsmi Moskva isə belə xəbərlərin narahatlıq doğurduğunu bildirmişdi.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan isə Rusiya ilə Ermənistan arasında son günlər yaşanan gərginliyə də münasibət bildirib. Deyib ki, Ermənistanın Rusiya ilə işgüzar əlaqələri var :

"Bütün biznes tərəfdaşlarımızla həmişə fikir ayrılıqları və müzakirələrimiz olur. Bu o demək deyil ki, bunu gərginlik kimi şərh etmək olar."

Ermənistan ilk dəfə Ukraynaya humanitar yardım göndərib
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Son günlər olanlar

Ermənistanın baş naziri Nikol Paşinyan (Nikol Pashinyan) sentyabrın 3-də, İtaliyanın "La Repubblica" qəzetinə demişdi ki, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınması "strateji səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva Qarabağda təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Rəsmi Moskva Ermənistanın baş nazirinə sentyabrın 5-də cavab verib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov (Dmitry Peskov) deyib ki, Kreml Nikol Paşinyanın bəyanatları, eləcə də Qarabağdakı sülhməramlıların fəaliyyətinin uğursuz olması fikri ilə razılaşmır, Rusiya tamamilə regionun tərkib hissəsidir, ona görə də oranı, Ermənistanı tərk edə bilməz.

Sentyabrın 1-də Ermənistan hökuməti Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərib. Əsasnamə ratifikasiya edilsə, beynəlxalq ədalət məhkəməsinin qərarına əsasən Putin Ermənistana səfər etdiyi halda həbs oluna bilər.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova (Maria Zakharova) isə buna görə izahat tələb edib.

XS
SM
MD
LG