Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:26

AŞPA-nın qərarına reaksiyalar: 'Bu səfər Qərbin başını aldatmaq mümkün olmayacaq'


Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə səfəri
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə səfəri

Yanvarın 24-də Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) nümayəndə heyəti qurumla əməkdaşlığını qeyri-müəyyən vaxta qədər dayandırdığını bəyan etdi. Buna səbəb nümayəndə heyətinin etimadnamələrini qəbul etməməyi olub. Nümayəndə heyəti AŞPA-nı qərəzdə ittiham edib.

AŞPA isə, öz növbəsində, Azərbaycan nümayəndə heyətini 1 il müddətinə mandatdan məhrum edib. Buna əsas kimi ölkədə insan haqlarının pozulması, siyasi məhbusların sayının artması və Azərbaycanın AŞPA-nın qarşısındakı öhdəlikləri yerinə yetirməməsi göstərildi. Həmçinin bildirildi ki, Azərbaycan təşkilatı növbədənkənar prezident seçkilərinə müşahidəçi kimi dəvət etməyib.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Biz artıq müdafiə mövqeyindən çoxdan çəkilmişik"

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, Avropa Şurası və digər bir sıra oxşar strukturlar sanki ayrı-ayrı üzv ölkələrə bir təzyiq alətinə çevrilib: "AŞPA çərçivəsində biz davamlı olaraq Ermənistanın torpaqlarımızı işğal altında saxlaması, azərbaycanlılara qarşı terror aktları, etnik təmizləmə siyasəti həyata keçirməsi ilə bağlı məsələni dəfələrlə qaldırmışıq. Amma bir-iki deklarativ sənədləri çıxmaq şərti ilə AŞPA heç vaxt göz önündəki ciddi faktlara rəğmən, bir dəfə də olsun Ermənistanla bağlı obyektiv mövqe sərgiləməyib".

Deputatın fikrincə, bu faktın özü ondan xəbər verir ki, AŞPA bugünlərdə Azərbaycana qarşı siyasi spekulyasiyaların növbəti meydanına çevrilib: "Əsas qoyduqları məsələlərdən biri Laçın yolu ilə bağlıdır. Bir dövlət öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsini qurmamalıdırmı? Yaxud da dövlət özünə qarşı təhlükəni aradan qaldırmamalıdırmı? Bu, BMT nizamnaməsinin 51-ci maddəsidir".

Laçın dəhlizi 2022-ci ilin iyunundan bağlı idi. Azərbaycan bildirirdi ki, Laçın postunu bu dəhlizlə Qarabağa qanunsuz yüklərin daşınmasının qarşısını almaq üçün bağlayıb. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa edib.

Yeni 'kürü diplomatiyası' iddiası
Gözlə

No media source currently available

0:00 0:07:55 0:00

AŞPA çərçivəsində Azərbaycanın perspektivlərinə gəlincə, E.Mirbəşiroğlu qeyd edib ki, bunu AŞPA fikirləşməlidir: "AŞPA özü Azərbaycansız natamam bir platforma olacaq. Azərbaycan kifayət qədər adekvat reaksiya nümayiş etdirir. Biz artıq müdafiə mövqeyindən çoxdan çəkilmişik və qabaqlayıcı addımlar atırıq. AŞPA qərəzli mövqe sərgiləyirsə, biz göstəririk ki, bu qurum bizim üçün əvəzolunmaz platforma deyil".

Geopolitik seçimin Rusiyadan yana olması...

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan nümayəndə heyətinin 1 illik mandatdan məhrum edilməsinin Qarabağa heç bir aidiyyəti yoxdur: "Halbuki hakimiyyət belə təqdim edir ki, bizim torpaqları azad etdiyimizə görə bunu edirlər. Amma bu, yalandır. İnsan haqları məsələsi isə legitim səbəbdir, çünki hüquqlar pozulmasaydı, ən azı, formal bir şey də tapılmayacaqdı bu qərar üçün. Amma əsas səbəb o deyil".

A.Qasımlı
A.Qasımlı

Ekspertin fikrincə, əsas səbəb Azərbaycanın geopolitik seçimini Rusiyadan yana etməsidir: "Bu, yalnız Avropa Şurasının qərarı deyil, bu ümumi Avropanın verdiyi qərardır. Bu, ilkin qərardır və hələ ki, bunu birinci addım olaraq Avropa Şurası səviyyəsində ediblər. Amma bundan sonra Avropa Birliyi da eyni tipli qərarlar verə bilər. Məsələn, Azərbaycanla imzalanan qaz sazişini ləğv edə bilərlər".

A.Qasımlı Azərbaycanın Avropa Şurasının üzvlüyündən çıxmasını gözləmədiyini vurğulayır: "İndiki mərhələdə bu görünmür. Çıxmaq istəsəydilər, bəyan edib çıxardılar. Çalışacaqlar yenə Avropa siyasətçilərini aldatsınlar, söz versinlər ki, problemləri həll edəcəklər. Zaman qazanmağa çalışacaqlar ki, Ukraynadakı gedən müharibənin aqibətinə baxsınlar. Amma bu səfər Qərbin başını aldatmaq mümkün olmayacaq".

AŞPA yalnız Azərbaycanın nümayəndə heyətini 2025-ci il yanvar sessiyasınadək səsvermə hüququndan məhrum edib. Azərbaycan AŞPA-dan xaric edilməyib və ondan öhdəliklərinin yerinə yetirilməsi yönündə konkret addımlar gözlənilir.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

XS
SM
MD
LG