Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Əliyev Paşinyanla görüşüb. 'Zorakılıq olmadan həllə razılaşıblar'


(sağdan sola) Azərbaycanın prezidenti İlham Əliyev, Almaniyanın kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan
(sağdan sola) Azərbaycanın prezidenti İlham Əliyev, Almaniyanın kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan

Xarici işlər nazirləri tezliklə görüşməlidir

Fevralın 17-də Münxendə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici işlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

AzadlıqRadiosunun erməni xidməti liderlərin danışıqlardan sonra bəyanat vermədiyini yazır.

Daha öncə Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşmüş Almaniya kansleri Olaf Şolts isə tvitində yazıb ki, “tərəflər açıq məsələləri yeni zorakılıq olmadan həll etməyə razılaşıblar”. O, Almaniya və Avropa İttifaqının sülh naminə səylərə hazır olduğunu təsdiqləyib.

Ermənistan hökuməti üçtərəfli görüşlə bağlı bəyanatında bildirib ki, Əliyevlə Paşinyan “sülh sazişi üzərində işi davam etdirməyə” razılaşıblar.

Üçtərəfli görüş olub

Fevralın 17-də Münxendə Azərbaycan prezidenti İlham Əliyevin Almaniya kansleri Olaf Şolts və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Almaniya kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin (Charles Michel) apardığı missiyanı dəstəklədiyini vurğulayıb.

Münxendə görüş
Münxendə görüş

Fevralın 16-da Münxendə ənənəvi təhlükəsizlik sammiti öz işinə başlayıb.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə danışıqlar aparılır. Amma iki ölkə arasında sülh sazişi imzalanmayıb.

Fevralın 13-də isə iki ölkənin sərhədində gərginlik yaranıb. Azərbaycan bir hərbçisinin sinayper gülləsi ilə yarlandığını, bununla bağlı cavab tədbiri gördüklərini açıqlayıb. Ermənistan isə dörd hərbçisinin öldüyünü, birinin də yaralandığını bildirib. Rəsmi Yerevan Azərbaycanı “hərbi təzyiq siyasətini davam etdirməkdə” günahlandırıb. Azərbaycan isə hesab edir ki, ilk güllə qarşı tərəfdən atılıb və baş verən gərginliyin məsuliyyəti onların üzərinə düşür.

Son aylar iki ölkənin sərhədində əsasən sakitlik olduğu bildirilirdi.

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Həmin il Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. 2023-cü il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG