Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Ermənistanda Qarabağ separatçılarının iqamətgahına reyd keçirilib


Qarabağ separatçılarının Yerevandakı iqamətgahı 21 iyunda
Qarabağ separatçılarının Yerevandakı iqamətgahı 21 iyunda

Ermənistanın hüquq-mühafizə orqanları Qarabağ separatçı rejiminin son “prezidenti” Samvel Şahramanyanı dindirmə üçün dəvət ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bundan başqa onun istifadəsində olan avtomobilə həbs qoyulub.

Azatutyun xatırladır ki, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın keçmiş separatçı liderlərinə xəbərdarlıq etmişdi.

Azatutyunun yazdığına görə sosial media şəbəkələrində yayılan videolarda maskalı polis qüvvələrinin Qarabağın Ermənistandakı daimi nümayəndəliyinin dəmir darvazasını sındırdığnı və Şahramanyanın istifadəsində olan avtomobilin müsadirə olunmasını əks etdirir.

Şahramanyanın vəkli Roman Yeritsyan AzadlıqRadiosuna deyib ki, polislər heç bir məhkəmə orderi təqdim etməyiblər.

Vəkil polisin hərəkətlərini “qanunsuz və siyasi motivli” adlandırıb.

Şahramanyanın cangüdəni Aşot Danielyan

Ermənistanın İstintaq Komitəsi bu iddiaları rədd edib. Komitənin sözçüsü deyib ki, avtomobil Şahramanyanın cangüdəni Aşot Danielyan barəsində cinayət işinin tərkib hissəsi kimi həbs olunub.

Azatutyun yazır ki, Danielyan bu ilin fevralında narkotik maddələrlə bağlı şübhəli kimi saxlanmış, lakin üç gündən sonra sərbəst buraxılmışdı.

Yeritsyanın sözlərinə görə hələ o vaxt avtomobildə axtarış aparıldıqdan sonra maşın Danielyana qaytarılmışdı.

Azatutyun yazır ki, Ermənistan polisi avtomobili iyunun 7-də təkrar həbs etmək istəyib.

Həmin vaxt müstəntiqlər Şahramanyanla dörd saatlıq mübahisədən sonra avtomobilin müsadirə olunmasından daşınmışdılar.

Şahramanyan bidlirmişdi ki, avtomobilin müsadirəsi üçün məhkəmə qərarının olması lazımdır.

Paşinyanın ittihamı

Vəkil Yeritsyan deyib ki, “Qarabağ nümayəndəliyinə” təkrar olaraq iyunun 21-də reyd keçirilib.

İyunun 14-də Paşinyan Qarabağın separatçı liderlərini köçkün Qarabağ ermənilərinin antihökumət mitinqlərində iştiraka məcbur edilməsində günahlandırmışdı.

Paşinyan parlament kürsüsündən müxalifət deputatı Armen Rustamyanın sualına cavab verərkən müxalifəti Qarabağ ermənilərini adambaşına 5 min drama mitinqlərə gətirməkdə ittiham etmişdi:

"Sizə Dağlıq Qarabağın xalqı 1998-ci ildən bəri hakimiyyətinizi saxlamaq üçün lazım idi. Bugün isə siz onları bura adambaşına 5 min dram (13 dollar) ödəməklə nümayiş materialı kimi gətirmisiniz. Sizin üçün Qarabağın xalqı hakimiyyətinizin saxlanması vasitəsi olub və olaraq da qalacaq”.

Qarabağ separatçılarına cinayət işləri

Şahramanyan iyunun 13-də Ermənistanın iğtişaş polisini arxiyepiskop Baqrat Qalstanyanın antihökumət etirazçılarına qarşı aşırı güc işlətməkdə ittiham etmişdi.

O demişdi ki, Qarabağ köçkünlərinin antihökumət mitinqlərində iştirak üçün “hüquqi və mənəvi haqları” var.

Ermənistan hakimiyyəti ötən ay Xankəndinin və daha iki Qarabağ şəhərinin separatçı merlərinə qarşı cinayət işləri qaldırıb.

Onlardan biri hazırda həbsdə, ikisi isə ev məhbusluğundadır.

Vəkil Yeritsyan iddia edir iki, sözü gedən cinayət işləri hakimiyyətin Qarabağ ermənilərinin antihökumət mitinqlərində iştiraklına görə qisasıdır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG