Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:30

'Az-çox iddiası olan partiyaların sədrləri namizəd olmayacaqlar'


Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) iyulun 17-də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı bütün 125 dairə üzrə namizədlərinin siyahısını açıqladı. Əvvəlki çağırış parlamentində təmsil olunan hakim partiya nümayəndələrinin bəziləri həmin namizədlərin arasında yoxdur.

Oğulları, qızları, xanımları...

Amma onlardan bəzilərinin yerinə övladlarının namizədliyi verilib. Üstəlik, bu hal parlamentdə təmsil olunan digər partiyalarla da bağlı özünü göstərir. Kiminin qızı, kiminin də xanımı atasının və ya həyat yoldaşının əvəzinə iddiaçı kimi çıxış edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) başqa bütün müxalif qüvvələr müxtəlif formada seçki prosesinə qatılmaqla bağlı niyyətini açıqlayıb. AXCP azad və ədalətli seçkilər üçün minimal imkanların olmadığını vurğulayaraq onu boykot etdiyini açıqlayıb.

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

III Respublika Platforması prosesi legitim saymır

Ötən ilin sonlarında fəaliyyətə başlayan və artıq bəzi üzvləri qaçaqmalçılıq ittihamı ilə həbs edilən III Respublika Platforması da bəyanat yayaraq qarşıdan gələn seçkiləri "qeyri-legitim" adlandırıb

Platforma hesab edir ki, seçkiqabağı mühit demokratik mübarizəyə imkan vermir. Qurum vurğulayır ki, komissiyalar siyasi tərəfsizlik prinsipi üzərində qurulmayıb və proses siyasi repressiya şəraitində keçirilir: "III Respublika Platforması total ədalətsizlik şəraitində həyata keçirilən bu seçki prosesində belə iştirak etmək imkanlarını bir daha yoxlayıb. Xüsusilə də Platformanın spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli seçkidə iştirakla bağlı iradə nümayiş etdiriblər. Lakin onların çevrəsinə təzyiq o həddə çatıb ki, onların səlahiyyətli nümayəndə belə təyin etmələri mümkünsüz olub".

Bununla belə, Platforma "seçki vərdişlərinin qorunub saxlanılması, bunun sayəsində gələcəkdə ilkin olaraq seçkili demokratiya institutunun bərpası naminə" səsvermə günü seçkidə iştirakı vacib sayır.

Müxalifətdə olan Müsavat Partiyası seçkilərə qatılsa da, mövcud və keçmiş başqanları namizədliklərini irəli sürməyiblər.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Bu seçkilər demokratiya bayramıdır"

YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, VII çağırış Azərbaycan parlamentinə keçiriləcək seçkilər həm dinamik, həm plüralist, həm də seçicilərin ən fəal iştirak etdiyi seçkilərdən biri olacaq: "Azərbaycan yeni çağırışlarla üz-üzədir, yeni bir tarixi mərhələyə qədəm qoyub. Bu tarixi mərhələ həm ictimai, həm iqtisadi, həm də ictimai münasibətlərimizdə yenilik tələb edir".

Onun sözlərinə görə, VII çağırış növbədənkənar parlament seçkilərinə Azərbaycanın siyasi sistemində olan, demək olar, bütün siyasi qüvvələr qoşulub: "Tək AXCP qoşulmamaq barədə qərar qəbul edib. Amma siyasi sisteminin digər bütün aktorların namizədləri var. Düşünürəm ki, bu seçkiləri rəqabətqabiliyyətli edən faktorların biri bu olacaq".

YAP rəsmisi hesab edir ki, yeni mərhələdə partiyalar bu seçkilərlə əlaqədar yeni gündəm müəyyənləşdirəcəklər: "Bu da Azərbaycanın yaratdığı yeni reallıqlarla əlaqədardır. Bu seçkilər bir demokratiya bayramıdır, demokratiya yarışıdır. Bütün namizədlərə müvəffəqiyyət arzu edirəm".

Natiq Cəfərli
Natiq Cəfərli

"İndidən söyləmək çox çətindir"

REAL Partiyası Siyasi Şurasının üzvü Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, təmsil olunduğu partiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən və namizədlərinin adlarını açıqlayan ilk partiya olub: "Ona görə də bizim üçün YAP-ın hansı dairədən kimin namizədliyini verəcəyinin böyük əhəmiyyəti yox idi. YAP-ın siyahısına baxanda maraqlı məsələlər də var – heç tanınmayan insanların adları çoxdur, köhnə kadrlar da sayıla biləcək və yenidən namizəd olmuş insanlar da var".

N.Cəfərlinin fikrincə, bunun seçkilərə nə dərəcədə təsir edəcəyi seçki sürəcində məlum olacaq: "İndiyə qədər nə MSK, nə dairə seçki komissiyaları, nə də digər qurumlar bizim namizədlərlə bağlı imzatoplama ilə əlaqəli hansısa bir problem yaşadıb, texniki məsələlər yarananda həmən həll ediblər. Amma bu o deməkdirmi ki, seçki günündə də belə olacaq? Bunu indidən söyləmək çox çətindir".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Sanki artıq hər kəs qəbul edir ki..."

Siyasi şərhçi Nəsimi Məmmədlinin sözlərinə görə, Azərbaycanda son illər seçki adında proses, demək olar, ortadan qalxıb: "Bu gün seçki ilə formalaşacaq dövlət qurumlarının heç birinin tərkibini seçici səsi müəyyən etmir. Sadəcə vətəndaşların seçkilərə gəlib orada səs vermək hüququ tanınıb, amma bu, seçmək hüququ deyil. Ona görə də bu seçkiləri rəqabətli şəkildə həyata keçirməyə Azərbaycan hakimiyyət orqanları heç bir halda imkan vermir və verməyəcək".

Ekspert hesab edir ki, hakimiyyət məqsədyönlü şəkildə seçkilərdə rəqabət imkanlarını aradan qaldırıb: "Elə bir mühit formalaşdırıblar ki, bu rəqabətdə az-çox iştirak etməyə imkanı, iddiası olan şəxslər və qurumlar prosesdə olmasın. Seçkiləri boykot edənlərlə yanaşı, az-çox iddiası olan partiyaların sədrləri və əsas funksionerləri seçkilərdə namizəd olmayacaqlar. Sanki artıq hər kəs qəbul edir ki, bu, sadəcə seçki təqvimində işarə qoyulacaq bir prosesdir".

 'Elə bil ölkənin rəhbəri yoxdur' - Gədəbəydə sorğu
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi isə Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

XS
SM
MD
LG