Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:51

Rusiyanın Ukraynanın Poltava şəhərinə hava zərbələrində azı 51 nəfər həlak olub 


Zaporojyeyə hava zərbəsindən sonra
Zaporojyeyə hava zərbəsindən sonra

Ukrayna prezidenti Volodimir Zelenski və ölkə Müdafiə Nazirliyi sentyabrın 3-də bildiriblər ki, Rusiyanın Poltava şəhərindəki Kommunikasiya İnstitutuna endirdiyi ballistik raket zərbələrində azı 41 nəfər həlak olub, daha 180 nəfər xəsarət alıb.

Kiyev bildirir ki, iki raket zərbəsi hava həyəcanından çox qısa zaman sonra baş verib və adamlar sığınacaqlara təxliyə olunmağa vaxt tapmayıblar.

Zelenski bildirir ki, Kommunikasiyalar İnstitutunun binalarından biri qismə dağılıb və adamlar xarabalıqların altında qalıblar. Prezident onlardan çoxunun xilas edildiyini bildirir.

Bu da xəbər verilir ki, raket Poltavada ləğv edilmiş Ali Komandanlıq rabitə məktəbininərazisində yerləşən rabitə qoşunları mərkəzini vurub.

Rusiyanın hərbi blogerləri iddia edirlər ki, zərbə anında mərkəzdə sıra düzlənməsi keçirilirdi və nəticədə azı 50 hərbçi həlak olub.

Ukrayna rəsmiləri ötən gecə ərzində Rusiyanın Zaporojye vilayətinə hava zərbələri nəticəsində çox sayda mülkinin həlak olmasını xəbər verirlər.

Əsas döyüşlər Pokrovsk istiqamətində gedir

Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirir ki, ölkə ərazisində bütün döyüşlərin dördə üçü şərqdə, Donetsk regionunun Pokrovsk şəhəri istiqamətində gedir. Rusiya ordusunun son 24 saat ərzində bu istiqamətdə əhəmiyyətli irəliləyişə nail olduğu bildirilir.

Ukrayna Dəmir Yolları İdarəsi sentyabrın 2-də bildirmişdi ki, dinc əhalinin Pokrovskdan təxliyəsi davam etdirilir. İndi bu şəhər cəbhə xəttinin 10 kilometrliyindədir.

Bu da xəbər verilir ki, Rusiya ötən gecə Ukraynanın dəmir yolları şəbəkəsinə də zərbələr endirib, amma bu nəqliyyat növünün fəaliyyəti dayanmayıb.

35 drondan 27-si vurulub

Ukrayna rəsmiləri bildirirlər ki, ötən gecə Rusiyanın Zaporojyeyə hava zərbələri nəticəsiundə 8 yaşlı oğlan uşağı və anası həlak olublar.

Ukrayna hərbiyyəsi bunu da bildirir ki, sentyabrın 3-ə keçən gecə Ukrayna üzərində 35 Rusiya dronundan 27-si vurulub.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, cənubi Belqorod regionunda daha çox hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək.

Bu arada Reuters çoxsaylı mənbələrə istinadla yazıb ki, sentyabrın 3-də Rusiyanın Gazpromneft neftayırma şirkəti Euro+ markalı benzinlərin istehsalını dayandırıb.

XS
SM
MD
LG