Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:47

Məmməd İsmayıl. Bayat (3)


əvvəli

Bayatın onsuz da bu özündənrazı, çəlimsiz ustadan xoşu gəlmirdi, yetənə yetir, yetməyənə bir daş atırdı. İşçilər, görünür, öyrəncəli idilər, ona yaltaqlanır, o nə desə "başüstə" cavabı verirdilər. Sonralar görəcəkdi ki, fəhlələrin başqa çarələri də yoxdu, onların maaşını bu çəlimsiz usta yazırdı. Lap əvvəldən alacağı pulun ustadan asılı olduğunu bilsəydi də, Bayat yenə eyni hərəkəti edərdi. Onun öz ədalət ölçüləri vardı, birisi bu ölçüdən çıxdımı, dava salardı. Elə orta məktəbdə oxuyanda Oqtayın üstə neçəsi ilə dalaşmışdı. Oqtay uşaqlıqda ağır bir xəstəlik keçirmişdi, bəlkə buna görə də gözüqıpıq böyümüşdü, hamı gücünü, uzaq qaçsa belə, yenə onun üzərində sınayırdı. Bayat buna dözmürdü, Oqtayın yerinə özünü qabağa verir, özü döyüşürdü. İndi burda, Bakıda tikinti meydançasında əl boyda adamın dağ boyda adamların başına oyun açması Bayatın ilk gündən xoşuna gəlməmişdi, elə əvvəldən bu adamla qovğa etmək istəmişdi, amma bir "əstəğfürullah" kəlməsi ilə özünü hər dəfə sakitləşdirmişdi. Amma artıq görünür, bu gün davadan yan keçmək mümkün olmayacaqdı...Usta hirsli-hirsli tərəddüd içində düşüncələrə dalan Bayata:
- "Sənə demədimmi bu gün əhəngi sən yandıracaqsan, kimi gözləyirsən, ay çuşka?" - deyə çımxıranda Bayat "çuşka"nın mənasını bilməsə də, elə deyilişin­dən nəsə yaxşı bir söz olmadığını anlamışdı. Ona görə də ilk cavabı:
- Çuşka özünsən, mən də sənə dedim ki, əlcək, çəkmə ver, əhəngi söndürüm, -oldu.
- Alə, sən məə cavab qaytarırsan, heç kiminlə danışdığını bilirsən, ay kəndçi eşşəyi, sənə deyirəm gir əhəngi söndür, sən maa nə deyirsən?
Bayat cavabsız qalmadı:
- Belə eşşək də varsan, ondan o tərəfi də, canın çıxsın gir, özün söndür, söndürmürəm.
Ətrafdakı fəhlələr iş-güclərini buraxıb onların qoç döyüşünə baxırdılar, əllərinə fürsət düşmüşdü, dincələ bilərdilər... Anası demişkən, Bayatın beyni qızdımı, qurtardı, ağına-bozuna, irəlisinə-gerisinə baxan deyildi... Kənddə yaşıdlarına yox ey, özündən 3-4 yaş böyüklərə də gün verib işıq verməzdi, yaxaladığı ilə qaldırıb dizinin altına qoyduğu bir olurdı. Özünün kəşf etdiyi bir fəndi də vardı, bərkə düşəndə, qarşısındakı ondan güclü çıxanda o fəndi işlədərdi. İndi bu ustamı, nəmi, o kənd uşaqlarının yanında nəmənə şeydi, - deyə düşünüb, ona görə də onun qabağından qayıtmağa çəkinib eləmədi. Usta əvvəlcə əlindəki əhəngbulaşıq beli onun çiyninə endirmək istədi. Bayat ustanın fikrini qırımından anlamışdı, beli ustanın əlindən almağı ilə kənara atmağı bir oldu. Yaxasından yapışmağı ilə kənddə çətinə düşəndə işlətdiyi fəndini işə saldı, sağ ayağını ustanın sol ayağına dolayıb qanırdığı ilə arxası üstə yerə vurdu. Bunu nə usta gözləyirdi, nə də çörəkpuluna görə bu çəlimsiz ustanın qarşısında boğaz olan ləzgilər... Hamı çaş-baş qalmışdı. Beldən yuxarı əhəng içinə batan usta yerdə çabalayır, Bayatın əlindən qurtulmaq istəyirdi, çabaladıqca da bir az da əhəngə bulaşırdı. Bayatın qarşısındakını yendiyindən doğan bir qürurla kefi kökəlmişdi, amma başa düşdü ki, ustanı bir az da bu vəziyyətdə saxlasa, söndürülən əhəngin istisi üz-gözünü yaxıb yandıracaq, ona görə də tez üstündən qalxdı. Usta tərəddüd içində qalmışdı, gözlənilməz məğlubiyyəti qürurunu qırmış, işçilərin gözündən salmışdı, bəlkə buna görə də elə bil yerindən qalxmağa da tərəddüd edirdi. Amma az keçməmiş sanki hansı bir qüvvəsə ona kömək elədi, özünə gəlib yerindən fırladı. Onun bu laubalı davranışı Bayatı da çaşdırmışdı, usta qalxıb nə edəcəkdi, bəlkə yenidən onun üstünə cumacaq, hayıfını almaq istəyəcəkdi. Ehtiyatlı oğulun anası ağlamaz, - deyib bayaq ustanın əlindən alıb fırlatdığı beli yerdən qaldırdı. Amma bunu elə etdi ki, sanki işə başlamaq istəyirdi. Usta bağlandığı zənciri qırıb yolçunun üstünə cumub burnundan zərbə alan it kimi yerindən qalxıb dodağının altında zingildiyə-zingildiyə tikintidən aralıda dincəlmək üçün qurulmuş baraklara doğru götürüldü. Ustanı izləyən Bayat dörd divarı şumal taxtalardan olan, mavi rəngi odun sobasından çıxan tüstüdən his çəkən barakları sanki indicə görürdü. O baraklarda yalnız iş icracıları "prorab", "desyatnik" və baş usta dincəlirdi. Əslində orası inşaatın beyin mərkəzi idi, işlər oradan yönəldilirdi, maaş orada hesablanır, aylıq oradan verilirdi. Usta barakın qapısından içəri girdikdən sonra bayaqdan donmuş vəziyyətdə olan işçilərin sanki donları açıldı, yeryerdən səslər çıxmağa başladı. Tərəfini tutan olmayacağını Bayat onsuz da bilirdi, sonun necə bitməsindən asılı olmayaraq, o bu qələbəsi ilə xərəyinə qəsdən 5-6 daş yükləyən ləzgi oğlanların da gözünün odunu almış, dərslərini vermişdi. Bir daşla iki quş vurmuşdu. Bəlkə bunu bildiklərindən də onlar öz aralarında:
- Elə bilir, qəhrəmanlıq elədi, sən görərsən, indicə necə mitilini bayıra atacaqlar, - deyirdi.
Bir başqası canyananlıq edirdi:
- Mitilini bayıra atmasalar da, ay başında aldığı maaşı heç yol pulunu ödəməyəcək...
Bayat öz-özünə fikirləşirdi ki, görən bunların hansı baş verəcək? Əgər bu ləzgi oğlanlarının dediyi kimi, mitilini atsalar, axır günü nə olacaq? Borc aldığı üç manat çoxdan xərclənmiş, hələ yataqxanadakı otaq yoldaşlarından da borc almışdı. Gələndə fəhlə toplayan idarənin hesabına gəlmişdi, qayıdanda nə ilə qayıdacaqdı. Lap deyək ki, qayıtmağa birtəhər borc-xərc pul da tapdı, kəndə nə üzlə dönəsiydi?.. Orada Bayatı nə gözləyirdi? Anasımı? İndi yəqin ki, borc içində boğulan anası da ondan üz döndərib. Keç görüm, həyat deyilən və hər anı gözlənilməz hadisələrlə dolu olan bu zəhrimarın arasından, necə keçirsən?.. Hər zaman içindən keçənlər yenə güclü bir axınla təkrarlanmaqdaydı. İnsan oğlu çiçəyə bənzəyir; çiçək nə qədər ki, tumurcuğun, qönçənin içindədir, dərdi yoxdur, elə ki, tumurcuqlar, qönçələr açılır, tumurcuğun, qönçənin çiçək ömrü başlayır. Bax, əsl çətinliklər də o zaman qarşıya çıxır. Zamanın sərt rüzgarları vaxt-bivaxt o güllərin, çiçəklərin ləçəklərini bir-bir yolur. Ana, ata qayğısında böyüyən uşaq da eyni taleyi yaşayır, nə qədər ki, körpədir, onu dövranın sərt səmt küləklərindən ana, ata qayğısı qoruyur. Bayat ata qayğısından da məhrum qalmışdı. Elə ki, körpə böyüyüb, müstəqil həyat yoluna başlayır, həyatın bomboz sərt sifəti ilə üzləşir bax, çətinlik o zaman başlayır. Bu keçid - həyat dönəmi, görünür, hamı üçün çətin olur. Başqa bir keçid yox, istəsən də, istəməsən də bu dar boğazdan keçməlisən. Bu yönü ilə həyat qum saatına bənzəyir, bir gözündən o biri gözünə keçmək üçün daş olsan da üyünməlisən. Bu düşüncələr axını beynindən elə-belə keçmirdi. Bayat da indi o dar boğazdan keçirdi. Anasının ondan üz döndərmiş olması da bütün bunlara görə ağlına gəlirdi. Lap döndərməsə də, onun ucbatından borca düşən anasına yenidən yük olmaq, yox, o, bunu bacarmayacaqdı. Ona görə də barakdan gələcək xəbəri səbirsizliklə gözləyirdi. Handan-hana barakın qapısı açılmış, usta ilə "desyatnik" qadın onlara tərəf gəlmişdilər. Bayat ölüm hökmünü gözləyən dustaq vəziyyətində idi. Dəymiş, sitip tökülən Ordubad əriyinə bənzəyən yanaqları ilə ilk gündən Bayatın diqqətini çəkən bu qadının ona bir pislik edəcəyinə nədənsə ağlı kəsmirdi. Gözəl qızlar ağacın ən yüksək, əlçatmaz budağındakı günəşin şəfəqlərindən yanıl yanaqları alışıb yanan meyvə kimidir, zamanında dərilmədi­yindən qalıb qurda-quşa yem olurlar... Ordubad əriyinə bənzəyən yanaqları ilə ilk gündən Bayatın diqqətini çəkən bu qadının taleyi necədir görəsən? Odamı qurda-quşa yem olub? Bu suallar beynini qurcalayarkən Bayat, özü öz düşüncə­lər axınına "dur" dedi:
- İndi sənin bunları düşünən vaxtındır?
Müqəddəsliklə murdarlığın arasında gedib-gələn insan nə olan şeydi, ilahi?! Hər dəfə ağlına gələn fikrini qarışdırırdı. Ağzına nemət kimi gələn vücudundan murdarlıq kimi çıxırdı. Bu insanda murdar olan nə var ki, müqəddəsi murdar edir... Adamın ağlından keçənlər dilinə gəlsə, gündə neçə yerdə ölüm-qan olar... İndi yanaqları Ordubad əriyinə bənzəyən qadın haqqında düşüncələrə dalarkən yenə ağlını eyni fikirlər qurcalayırdı.
O, gözəgörünməz qüvvələrin gücünə inanırdı. İnanırdı ki, deyək ki, hətta barakın içində onun işdən qovulması haqqında qərar çıxarılmışsa da, yenə oradan buraya -inşaat meydançasına gələnə qədər o gözəgörünməz güclər o qadının ürəyinə mütləq rəhm salacaq və o, ilk öncə, ustanın, sonra da hadisənin necə bitəcəyini dördgözlə gözləyən fəhlələrin təəccüblü baxışları altında bir yolla onu - Bayatı üzdə danlasa da, içərisində bağışlayacaq və elə edəcək ki, Bayatı işdən qovmasınlar. "Desyatnik"lə usta onlara yaxınlaşanda Bayat ürkək-ürkək qadının Ordubad əriyinə bənzəyən yanaqlarına oğrun-oğrun baxmağa fürsət tapdı. Sanki bunu, bu ani təması hiss etmiş kimi qadın, süni qəzəblə işsiz-gücsüz dayanan fəhlələrə, bir də Bayatın hələ bığ yeri yenicə tərləməyə başlayan sifətinə baxdı. Amma bu keçici ciddilik Ordubad əriyinin mehriban rəngini hələ soldura bilməmişdi və o rəng Bayata təsəlliverici bir hiss pıçıldayırdı. Qadın qarşısındakı bu adı kimi özü də qəribə, fərqli bir sifətə malik yeniyetməni başdan-ayağa süzdü. Solğun sifətində qara çatma qaşlarının altında içindən qəriblik yağan bir cüt gözlə qarşılaşdığından bir anlığa, sadəcə bircə anlığa duruş gətirə bildi. İçində - bu canıyanmışın nə nüfuzedici, iti baxışları var, - deyə düşündü. Və nədənsə bir anlığa gözündə ürküdülmüş cinlər oynaşan bu qəribə oğlanı başdan-ayağa soyundurub ona yaraşan paltar geyindirib, bir də yenidən ona müştəri gözü ilə baxmağa başladı. Belə birisinin, - aman Allahım, bu hisin-pasın, daşın-torpağın içində nə işi var, - deyə diksindi. İçindən o da keçdi ki, kaş yaşı yaşıma uyğun olaydı, heç nə deyəcəyini, necə deyəcəyini soruşmadan onu bu çıxılmazlığın əlindən alar, öz həyatını da, onun həyatını da qurtarardı. Adamın bir belə üzü üzlər, gözü gözlər görməmiş əri olsaydı, nə vardı ki? Kim bilir burada kimin əlinə düşəcək, başına hansı oyunlar gələcək, gətiriləcək? O da az qala belə bir həyat yaşamamışdımı, bu bic və hiyləgər dünya onun da başına oyun açmamışdımı, əldən-ələ salmamışdımı? Bayat, intəhası, onun oğlan variantı idi... Bəlkə bir belə təmiz, pak birisi ilə bir yastığa baş qoymaq onun da pərişan həyatını dəyişə bilərdi və o pak olan və onu da paklaşdıran bu insanın yolunda canından keçərdi. Keçərdi ki, heç olmasa bir insan, bircə insansa da bu kirli dünyada təmiz qala bilsin. Amma xəyalların içimizdən keçib gerçəklik qazanmasına imkan varmı? Kaş olaydı.
"Desyatnik"in onu belə mənalı-mənalı süzməsi Bayatı ürəkləndirsə də bu mənzərəni süzən fəhlələri, ən çox da ustanı haldan çıxartmışdı. Usta az qala qışqırmaq istəyirdi:
- Biz ağzıbirdə beləmi danışmışdıq? İndi nəyi gözləyirsən, niyə bu çuşkanın dərsini vermirsən? Sanki qadın da duyğularına bir anlığa da olsa əsir düşdüyünü anladı, birdən-birə halına, duruşuna yaraşmayan bir şəkildə:
- Sən kimsən axı ustanın sözündən çıxır, ona əl qaldırırsanə Bu tərbiyəsizliyi harda öyrəndin, evdəmi, məktəbdəmiə Adını da komsomolçu qoyub bunu kənddən Bakıya göndəriblər ki, işləsin, çalışsın, oxusun adam olsun. Bu gör gəlib burda nə edir, dünən şeş, bu gün beş. İndi necəsən milis çağırıb səni türməyə soxdurum, hə? Bir gör ətrafında neçə şahid var... Çıx, hardan gəlmisən oraya da vasil ol. İşdən qovuldun, aramızda səni kimilərə yer yoxdur.
Qadın bu sözlərin heç birisini Bayatın üzünə baxaraqdan demədi, bəlkə də deyə bilmədi. Üzü Bayata tərəf olsa da, danışdığı müddət bircə dəfə də başını qaldırıb onun üzünə baxmadı, baxa bilmədi. Sanki sözlər ona- Bayata yox, Bayatın ayağının altındakı əhəngli torpağa deyilirdi, torpaq da sanki buna görə hirsindən bomboz kəsilirdi. Bayat gözünün ucuyla yanaqları Ordubad əriyi kimi allanan "desyatnik"i süzdü. Və ona elə gəldi ki, eşitdiyi sözlər heç onun dilindən çıxmayıb, çünkü elə dodaqlardan belə sözlər çıxa bilməzdi. Bəlkə kiminsə səsidir vala yazdırıb oxudurdular . Bayat içinə damanların bu qədər yanlış olacağını ağlına belə gətirməmişdi. Amma ediləcək bir şey də yoxdu, artıq işdən qovulmuşdu. Qadın sözlərini bitirər-bitirməz dikdaban tuflilərinin parlayan rənginə əhəng tozu qonmasın deyə aram addımlarla inşaat meydançasından uzaqlaşdı. Bayatı burada saxlayacaq heç nə qalmamışdı, kor-peşman yataqxananın yolunu tutdu. Yol boyu bu olmuş hadisələri fikrində az qala yüz yol təkrarladı. Qadının ona mənalı-mənalı baxmağını, sonra qəzəbli sözlərini beşaçılan güllələri kimi bir-bir cərgələyəndə duruşu ilə sözlərinin uyğun gəlmədiyini fikirləşdikcə burada mütləq dərkiçətin bir şeylərin olduğunu düşündü. Yataqxanaya necə qayıtdığını çalışsa da xatırlaya bilməzdi. Adəti idi, həm cibində siçanlar oynaşdığından, həm də gah trolleybusa, gah da tramvaya minməli olduğundan, çox zaman işdən yataqxanaya yorğun-arğın olsa da, piyada qayıdırdı. Bu dəfə də piyada qayıdacaqdı. Əslində, yataqxanaya qayıdan ayaqları idi, fikri isə gah geriyə, kəndə, uşaqlıq xatirələrinin yanına, gah da irəliyə, hələ görmədiyi, görmək istədiyi məchul gələcəyə qanadlanırdı. Elə gələcəyi də yaşadığı, əli ilə tutub, gözü ilə gördüyü şirin xatirələr kimi xatırlayırdı. Bu onun adəti idi, gələcəyə o qədər böyük arzuları var idi ki? Bakı ilə ulduzu barışmasa da, onunla bağlı xatirələri də baş qaldırırdı...
Günəşin gözü təzəcə açılanda gecikmiş gecə qatarlarından Bakının səhər alatoranına düşmüşdü. Açılmaqda olan bu payız səhəri bürkülü qatar kupesinin cansıxıcı havasını canından çıxarsın deyə hələ maşın sürüsü yellənməmiş əyni çılvaq şəhərin küçələrini tək-tənha eninə-uzununa addımlamaq istəmişdi. Gecələrin tənhalığı, sükunəti divarlara dəyib qayıdan addım səsləri ilə pozulurdu. Bu səslər nigaran, həyəcanlı ürəyinin tappıltısı ilə yarışmaqda idi. Gündüzləri bu küçələri min dəfə o baş-bu başa ötsə də nə divara dəyib qayıdan ayaq səslərini, nə də könül çırpıntılarını eşidə bilmişdi. Bu şəhərin gündüzləri yalnız ayaq səslərini, ürək çırpıntılarını deyil, kimliyini də əlli-ayaqlı udur, əridir, bir də gözünü açırsan ki, gün axşam olub, ömrün-günün su kimi axıb keçdiyini hiss edirsən. Onda da gec olur, həm də çox gec... Nə yaxşı ki, ilk dəfə gecə qatarıyla gəlmiş və bu qaynar şəhərin sübh sükunətinə düşmüş, heç olmasa bir anlığa, bu qışı yazından seçilməyən şəhərdə bir dəfə, tək bircə dəfə də olsa öz addım səslərinə, könül çırpıntılarına qulaq asa bilmişdi. Bu addım səsləri, bu könül çırpıntıları ona unutduğu çox şeyi pıçıldayacaqdı, çox şeyi... Bayat əslində Bakıya Bakını fəth etmək üçün gəlməmişdi, o, Bakıda görəcəyi işlərlə mütləq özünü o kəndə də, o rayona da sübut edəcəkdi, mütləq. Bu necə olacaqdı, nə təhər olacaqdı, soruşsan heç özü də bilməzdi, bildiyi tək şey fikrindən keçənlərin bir gün həqiqət olacağına vərdişlə gələn inam idi. Nə yaxşı ki, bu gündən daha çox, lap acı da olsa yaşanmış keçmiş var, keçmişin payız rəngarəngliyini xatırladan dünyası var. Və nə yaxşı ki, hələ yaşanmamış, amma mütləq yaşanacaq gələcək var. Gələcəyin gətirəcəyi əsrarəngiz möcüzələr var. Gələcək yaşana-yaşana bu gün olmurmu? O, bu günü, bu günün çəkilməz qəhrini aradan kəsib götürmək, ya bir gün öncəyə qayıtmaq, ya bir gün sonraya keçmək olsaydı, bu günün taleyini dəyişəcək hadisəsindən qurtara bilərdi. Amma bu mümkünmüdür? Və beləcə bir də gözünü açacaqdı ki, yataqxanaya çatıb. Yolda hardansa qulağına Əkrəm Naibovun "Kirpi" jurnalında çap olunmuş, radioda verilən satirik şeiri çatacaqdı. Başqa zaman olsaydı bu şeiri dinləyə-dinləyə özünü onun yerinə qoyar, radionu öz şeirini dinlər kimi dinlərdi. Amma indi oralıq deyildi. Yaxşı ki, yataqxana vardı və yataqxanada otaq yoldaşları vardı. Heç olmasa başına gələnləri onlara danışacaqdı, bəlkə bu çənə söhbətindən sonra ürəyi yüngülləşəcəkdi. Axşam otaq yoldaşları Derbatya da, Kamil də gec gələcəkdilər. Bəlkə bu onun yataqxanada qalacağı son gecəsi idi, sabah işdən çıxarılmağı yataqxana komendantına çatacaq, o da onun mitilini, ləzgi iş yoldaşları demiş, çölə atacaqdı. Birdən o, min dəfə eşitsə də bu "mitil" sözünün mənasını ilk dəfə dərk edəcəkdi. Mitil yəni yorğan, döşəyin işlənməkdən mitili çıxmış içi. Bayatın mitili vardımı, onu da çölə ataydılar. Özünü küçəyə atacaqdılar, bu elə mitilin çölə atılmağı deyildimi? Bu düşüncələrdə ikən otağın qapısı bərk-bərk döyüləcəkdi. Dik atılacaqdı. Kimdi bu? Gələn bir yerdə çalışdıqları Mustafa idi. Çulunu sudan çıxarmağı bacaran Mustafa, atasına söysən də dişini ağardan, "bəli", "bəli" deyən Mustafa. Mustafanı hansı rüzgar onun otağına atmışdı, görəsən? Həm də Mustafa hardasa başqa bir yataqxanada qalırdı. Bayatın qaldığı yeri hardan öyrənmişdi, buraya gəlməkdə məqsədi nə idi? Qapıdan içəri girər-girməz:
- Nə olub, - dedi, ə, - dəryada gəminmi batıb, sənə şad xəbər gətirmişəm, başın haqqı, "desyatnik" məni çağırıb tapşırdı ki, sənə deyəm, işdən çıxarıl­mayacaqsan, bundan sonra bizim briqadada işləyəcəksən. Bayat bilmirdi içində adını "güləyən" qoyduğu Mustafaya nə desin, durub qucaqlayıb öpsünmü? Yoxsa..
Bayatın içinə bir rahatlıq çökmüşdü, deməli, gözəgörünməz güclər lazım gələndə adama kömək eləyə bilir, yoxsa "desyatnik"in ürəyinə bu rəhm hardan gəlməli idi? Bayat əvvəl çalışdığı yerdən xeyli uzaqda başqa bir briqadada işə başlamışdı. Buradakı işin əvvəlki işindən yüngül olduğunu demək düz olmazdı. Amma heç olmasa ləzgi oğlanlarının xərəyindəki içi balıqqulaqlı Bakı kubiklərindən canı qurtarmışdı. İnşaat meydançasının kənarında böyük təkərliklərdə naqil sarıqları vardı. Onları qazıb yerin altına basdırmaq lazım idi. Bayat bu xınanın o xına olmadığını bilirdi, bu onun son fürsəti idi, burada da biri ilə dalaşsaydı, heç şübhəsiz, işdən birdəfəlik qovulacaqdı. Ona görə də can-dillə işləyirdi. Onlara birbaşa "desyatnik"in özü göstəriş verirdi. O hadisədən sonra ilk qarşılacaqları anı Bayat dördgözlə gözləmişdi. Görəsən, o yanaqları Ordubad əriyi kimi sarımtıl şölə saçan qadın onu niyə müdafiə etmişdi? Bəlkə... bəlkə ondan xoşu gəlmişdi. Ac toyuq yuxusunda darı görür, - deyə düşünmüşdü də. Nə iştaha düşmüsən bala, o hara, sən hara? Ağlını başına yığ.
İlk aylıq maaşını alanda Bayatın az qala gözəgörünməzlərə də inamı itəcəkdi. Ona inşaatda işləyən bir-iki qadınla bərabər maaş yazılmışdı. Görünür, usta ondan bu yolla qisas alırdı. Amma olsun, işdən qovulmaqdansa yenə buna da şükür, bu olmasa nə edəcəkdi ki? Ara sakitləşəndən sonra anasına məktub yazacaqdı:



"Əziz anam! İşimin çoxluğumu deyim, yoxsa hər dəfəki yalançılığımmı deyim, qabağımı kəsdi, sənə verdiyim vədə xilaf çıxdım. Sənə əlli manat pul göndərirəm. Bilirəm gileylənib deyəcəksən ki neynirəm, nəyimə lazımdır onun əlli manatı, mənə özü lazım idi, özü də gəlmədi. Nə deyim, ay ana. Deyimmi ki, düz demirsən. Allaha and olsun ki, mən səni elə gün olmur ki, xatırlamayım. Bir də bu ona görədir ki, Bakıya görünməmiş qar yağır və mən bilirəm ki, evimiz necə soyuqdur, siz necə vəziyyətdəsiniz... Yadıma kəndimizin qışı düşür, ana... Təkgöz pəncərəli qara damımız yadıma gəlir. Və uzun qış gecələrində diz-dizə ana-bala gəlmişdən-getmişdən danışdığımız günləri xatırlayıram. Düz o günlərdən bu günlərə, sənin də, mənim də arzuladığımız, niyyət elədiyimiz bu günlərə gəlirəm, ana. Qəlbimə dəli bir fikir gəlir. Bu həmin fikirdir ki, mən bunu sənə həsr etdiyim bir şeirimdə yazmışdım:

Oğullar kəndlərdən çəkilib gəlir,
Kəndlərdə nə qədər analar qalır...

Və sən də eşidib -"anan ölsün, niyə belə yazıbsan, oxuyanlar deməzlərmi ki, Bayat özü-özünü tənbeh edir", - demişdin.
Hərdən elə dəli oluram ki, mənim bu haylı-küylü şəhərdə nə azarım vardı? Bəlkə də qarşıma çəpər çəkən yolun uzaqlığı, vaxt imkansızlığıdır, bilmirəm... Onu bilirəm ki, mən səni kənddəkindən də on qat artıq istəyirəm. Allah eləməmiş, sən olmasan, az qala, yaşadığım rayonu da, gözdən - könüldən uzaq, xatirə dumanında uyuyan doğulduğum kəndimizi də unudaram. Sənin həsrətin uşaqlıq xatirələrimi, kəndimizi, onun qəribə və əziz adamlarını yada salır, ana! Və mən burada-Bakıdakı insanların mədəniyyətini, qeyrətini, nəyini, nəyini onların tərəzisiylə ölçürəm...Özünə fikir ver, qağamın canı üçün, ilk imkan düşən kimi yanına gələcəyəm, darıxma. İmza. Oğlun Bayat. Öpürəm ağrıyan gözlərindən!"
Bozbulanlıq günlər bir-birini əvəz edirdi. Nə olsun ki, anasına başına gələnlərdən bircə kəlmə də yazmırdı. Niyə də yazaydı ki? Yazsa, nə olacaqdı qan qaraltmaqdan başqa... İçindəki özünə və arzularına inamı da, deyəsən, yavaş-yavaş sönməyə başlamışdı. Bunun səbəbi sadəcə az maaş almağı deyildi.

* * *

Otaq yoldaşı Kamil bir qıza vurulmuşdu. İşdən geri döndümü, üstünü-başını səliqə-sahmana salıb özünü sahil bağına verməyi vardı. Sevdiyi qız, demək olar ki, hər gün rəfiqələri ilə birlikdə sahil bağına gülşən seyrinə çıxardı. Kamil də qarabaqara o qızın arxasınca sürünər, amma qıza bir söz söyləməyə cəsarəti çatmazdı. Qızın şəhər qızlarında heç görünməyən uzun hörükləri kürəkləri aşağı şəlalə kimi axar, biçarə Kamili də arxasınca sürükləyərdi. Saçıkəsik qızlardan biri olsaydı, yəqin dost olmalarına baxmayaraq, Kamilə qoşulub qızın ardınca bir addım da atmazdı... Amma o qızın kürəklərinə axıb tökülən şəlalə hörükləri sehirli bir ilğım kimi onu da arxasına salıb süründürürdü. Yox, Kamilə göz xəyanəti etmək onun ağlının ucundan belə keçməzdi. Sadəcə, o da Kamil kimi təbiilik aşiqi idi. Həm də kənddə ilk eşqini daşlara çırpan qıza bənzədiyinə görə. Şərt deyil ki, gördüyün gözəlliyə könül bağlayasan, onu sevmək, qorumaq isə hər kəsin borcudur. Bu, fəlsəfənin nə olduğunu bilməyə-bilməyə Bayatın həyat fəlsəfəsi idi. Bayat aradabir Kamilə yol yoldaşlığı etmişdi. Əslində baxanda Kamilin Bayatın yoldaşlığına bir elə də ehtiyacı yoxdu. AZİ-nin axşam şöbəsində oxuyurdu, çevrəsində bir yığın tələbə yoldaşları vardı... Amma bəzən Kamil şəlalə hörüklərin arxasınca sürünməkdə yalnızbaşına qalırdı... Bu axşam da növbə Bayata çatmışdı. Qızın uzun hörüklərindən başqa, rayon adamlarına oxşar bir yönü yoxdu. Geyim-kecimindən varlı-hallı ailənin qızı olduğu anlaşılırdı... Hörüklü qızın özünəməxsus vərdişləri; axşamüstülərin sərinliyi başlayanda rəfiqələri ilə görənləri heyran buraxaraq nazlana-nazlana, Allahın verdiyi gözəlliyin əmin-arxayınlığı ilə sahil bağını o baş-bu başa ölçməyi vardı. Heyranları da bir-iki deyildi ki! Gəmi dəniz dalğalarını ikiyə yarıb üzdüyü kimi, hörüklü qız da bulvar qələbəliyini ikiyə bölərək irəliləyərdi... Adəti üzrə sonunda hardasa köhnə kinoteatrın yanında rəfiqələri ilə tramvaya minər, oradan beşmərtəbəyə qədər gələr və sonra beşmərtəbənin yanında tramvaydan enib həyət evlərindən birinə gedərdilər. Kamilə də qızı arxasınca qarabaqara izləməkdən, boynubükük baxmaqdan savayı bir şey qalmazdı. Öz dediyinə görə, bir-iki dəfə təklikdə qızın önünü kəsib söz demək istəmişdi. Qız onun könül harayına nə "hə" demişdi, nə "yox". Kamili də cəsarətləndirən qızın bu qeyri-müəyyən cavabı idi. Ona görə də "bəlkə bir gün..." ümidiylə hər axşam işdən sonra özünü bulvara verərdi. Bayatın növbəsi çatdığı axşam vəziyyət bir az fərqli idi. Qoşa hörüklü qızı qarabaqara izləyən oğlanların sayı bu dəfə hər zamankından daha çoxdu. O zamanlar "vengerski kok" deyilən saç modeli dəbdə idi. Hörüklü qızı izləyənlər saçlarını bu dəbdə vurdurmuş, şəhərdə yenicə boy göstərməyə başlayan dörd-beş "stilyaqa" oğlandı... Bayatı çıxsaq, Kamilgil də dörd nəfərdilər; Kamilin institut yoldaşları idi. Bayat da onlara qoşulmuşdu. Bulvarı dörd dolandıqdan sonra qızlar adəti üzrə yenə köhnə kinoteatr döngəsində tramvaya mindilər. Bayatgil də qızların arxasınca tramvaya minmişdilər. Amma sahildə qızları izləyən stilyaqalar Kamilgili qabaqlamışdı. Fürsət tapıb onlardan qabaq tramvaya minmişdilər. Geyim-kecimlərindən "şəhər uşaqları" olduqları anlaşılırdı. Kamilin sevdiyi o adıbilinməz hörüklü qız "şəhərli oğlanlara" nə soyləmişdisə, ikidə-bir qanrılıb Kamilgil olan tərəfə baxırdılar. Qızlar bu dəfə adəti üzrə Beşmərtəbənin yanında enmədilər. Tramvay yavaş-yavaş üzü yoxuşa qalxırdı. Bu zaman gözlənilməz hadisə baş verdi, oğlanlarla Kamilgilin aralarında əl-ayaq davası başlamışdı. Bayat nə edəcəyini bilmirdi. Bu zaman arxadan bir nəfərin Kamili bıçaqla vurmaq istədiyini görəndə tələsik özünü aralığa verib burub bıçağı oğlanın əlindən aldı. Bıçağı almışdı ki, sağdan-soldan başına, gözünə zərbələr enməyə başladı. Bu zaman yumruqların çalpoyunda Kamilgilin tramvaydan küçəyə atıldıqlarını gördü. O da özünü tramvaydan yerə atmaq istədi. Amma arxadan ona təpik atanlar buna imkan vermədi, Bayat göz açmağa macal tapmamış özünü asfaltın üstünə yıxılan gördü. Ovucları, diz qapaqları qan içində idi... Amma işin pisi sonra ortaya çıxacaqdı. Zərblə yerə çırpılan sağ əlinin baş barmağı qırılmışdı... Onsuz da işdə vəziyyəti yaxşı deyildi, indi bundan sonra halı-günü necə olacaqdı? Doğrudur, Kamilgil başlarını götürüb qaçmamışdılar, onun köməyinə gəlmişdilər. Tramvay başıbəlalı hörüklü qızı və onu yumruqlayan adamları da aparıb getmişdi. Gecəni ağrılar içində qıvrılmış, səhəri dirigözlə açmışdı, - Allah, bu necə işdi, ilandan güllə çıxmadığı kimi ondan da bəla uzaq olmurdu. Bir adamın başına bu qədər də pis iş gələrmi, həm də köməksiz, kəsəksiz bir adamın... Səhəri özünü poliklinikaya güclə çatdırmışdı. Barmağını rentgenə salmışdılar, deyilənlər doğru çıxmışdı, barmağı qırılmışdı. Barmağı qırx gün gipsdə qalacaqdı. Nə yatmışdı ki, nə yuxu görəydi? Yenə iş stajı olsa nə vardı ki, xəstələndiyinə görə pul ödəyəydilər... Həm də axı barmağı işdə qırılmamışdı ki? Yaşının elə vaxtı idi ki, başına gələn bütün bu müsibətlərə məna verə bilmirdi. Başını sındırıb bütün bu uğursuzluqların səbəbini axtarırdı, axtarırdı, amma bir yana çıxara bilmirdi.Hansı bəd əməlin sahibi idi ki, başına bir bu qədər oyunlar gəlirdi? Tay-tuşları işində-gücündə, kefində-damağında olduğu vaxtda bütün bu dərdləri niyə o çəkməli idi? Xəlvətə salıb göz yaşlarını xısın-xısın axıtmağı vardı və əllərini dilsiz göylərə qaldırıb fəryad edirdi:
-- A şükür kərəminə, niyə məni bu günlərə qoymusan, atamı əlimdən alıb məni yetim qoyduğun, anamı damların altında yalqız buraxdığın yetmir, hələ mənə bu zülüm-zillətləri də rəva görürsən. Yanında nə günah işləmişəm, hay? Əsəbdənmi ya nədənsə mədə ağrıları yenidən baş almışdı. Mədə yazıq ağrımayıb neyləməli idi ki?.. Uşaqlığı aclıq, qıtlıq içində keçmişdi, bəzən günlərlə yavan çörəyin üzünə də həsrət qalırdı. Yenə orası kənddi, nəyi yoxdusa da, təmiz havası, təmiz suyu vardı. Burda Allahın suyu da pulla verilir. İç görüm krantdan gələn suyu, necə içirsən? Amma Bayat içmişdi, bir də içməyib nə edəsi idi ki?! Hər gün suya veriləcək pulu hardandı? İçmişdi və mədəsi yenidən pozulmuşdu.Mədəsi pozulmuş adamın Bakıda yaşaması çətindi. Bir də görürdün küçənin ortasındaca mədəsində gurultular başladı... Düz-əməlli tanımadığın şəhərdə mədən səni təntidəndə gəl, bu darmacalda tualet axtar görüm haradan tapırsan? Bakı, kəndləri deyildi ki, özünü kolun-kosun arxasına verəydi...
Küçələrdən keçən maşınlar sanki yoldan deyil, onun mədəsindən keçirdi. Mədəsi ikinci ürəyə dönüb döyüm-döyüm döyünür, zoqqur-zoqqur zoqquldayırdı. Elə ümidsiz vəziyyətə düşmüşdü ki, ali məktəbdə oxumaq yox, heç olmasa traktorçu, ya da sürücülük kursuna yazıla bilsəydi, özünü xoşbəxt sayacaqdı. İndi bu kurslara da yazılmaq çətin olmuşdu. Bir tərəfdən də qırılan barmağı! Sonradan hadisələr elə gətirəcəkdi ki, qırılan barmağına şükür oxuyacaqdı. Nə vaxt idi ki, işə getmirdi, gedə bilmirdi. Getsə də qırıq barmağı ilə nə iş görəcəkdi ki? Həftədə bir dəfə poliklinikaya barmağını sarıtmağa gedirdi. Bu dəfə poliklinikaya gedəndə orada iki-üç cavanla qarşılaşmışdı. Onlardan biri heç Bayatın gözləmədiyi bir vaxtda:
- Səndəmi sağlamlıq kağızı almağa gəlmisən? - dedi. Bayat bu gözlənilməz sualın qarşısında bir müddət tutuldu, nə cavab verəcəyini bilmədi, handan-hana:
- Yox, mən barmağımı sarıtmağa gəlmişəm. - Qarşısındakı güləş sifətli oğlan:
- Allah şəfa versin, barmağına nə oluf ki,-dedi. Bayat tramvaydan yıxıldığını demədi, deyə bilməzdi də, yalandan zəhləsi getsə də müqəddəs bir yalan uydurdu, işdə yıxılmışam. Qarşısındakı oğlan sanki əvvəlcədən onun başından keçənləri yerli-yataqlı öyrənməyi qarşısına məqsəd qoymuş kimi:
- Harda işləyirsən?
"Tikinti idarəsində". Könülsüz-könülsüz cavab verdi. Oğlan yenə sorğu-sualını davam etdirdi:
- Oxuyub eləyirsənmi?
Bayat söhbəti bitirmək üçün tək kəlmə ilə:
- Yox! - dedi.
- Mən də oxumuram, elə ona görə də işimi məktəbə vermək üçün sağlamlıq kağızı almağa gəlmişəm.
Bayat:
- İndi qəbul zamanı deyil ki?
- Qiyabi şöbəyə tələbə qəbulu mayda başlayır. İstəyirsən, sən də sənədlərini hazırla, işimizi birlikdə verək, Allah kərimdi, bəlkə tutdu. Bayatın içində ani bir dalğalanma oldu, hətta bu xəbərdən riqqətə də gəldi:
- Hansı şöbəyə iş vermək istəyirsən?
- Kitabxanaçılığa!
- Niyə kitabxanaçılığa?
- Çünki yalnız orada rus dilindən imtahan yoxdur, kəndçi babayıq, rus dilini hardan öyrənəydik? Orta məktəbdə ildə üç dəfə rus dili müəllimi dəyi­şilirdi...Keçən il də rus dilindən kəsildim...
- Doğru deyirsən. Heç mən də rusca bir şey bilmirəm.
- Soruşmaq ayıb olmasın, hansı rayondansan?
- Tovuzdan!
- Deyirəm axı, bayaqdan niyə suyun çəkir. Ayə, ay eloğlu, adın nə oldu?
- Bayat. Bəs səninki?
- Akif! Nə qəribə adın var. Bayatını bilirəm, amma Bayatı yox.
Bayat borclu qalmadı:
- Necə tovuzdusan ki, Bayatı bilmirsən? Mən öyrənmişəm, Bayat türk qəbilələrindən birinin adıymış.
- Nə yaxşı dedin, mən də öyrəndim. İndi de görüm sənədlərini hazırlayıb mənimlə birlikdə universitetə vermək istəyirsən yoxsa, yox?
Bayat elə oxumaq arzusuyla gəlməmişdimi bu xaraba Bakıya? Ona görə də əlüstü cavab verdi:
- Niyə istəmirəm. Sağlamlıq kağızından başqa daha hansı sənədlər lazımdır? Sağlamlıq kağızı deyəndə qeyri-iradi gözü qırılmış baş barmağına sataşdı, ona bu barmaqla belə bir kağız verərdilərmi? Akifdən soruşmağa da utandı, bir də o, bunu hardan biləsiydi ki? Beləcə, bu sağlamlıq kağızı məsələsi elə ilk addımındanca ona dərd oldu.
Akif lazım olan sənədləri bir-bir sadaladı, onların bəzilərini keçən ildən hazırlamışdı. Amma sağlamlıq kağızı kimi, iş yerindən arayış məsələsi də onun canını sıxmağa başlamışdı. Kim idi ona bu kağızı verən? Deməzdilərmi ki,-nə işləmişsən ki, sənə sağlamlıq kağızı da verək... Amma bütün bunları Akifə deyə bilməzdi ki? Desəydi faydası nə olacaqdı? Vədələşib yenidən görüşmək qərarı ilə ayrıldılar. Ümid yenə də gözəgörünməzlərə qalırdı, bağlı qapıları açan gözəgörünməzlərə. İndiyə qədər sınamışdı, nəyi çox istəmişdisə, çoxu baş tutmuşdu. İnşallah, bu dəfə də belə olacaqdı... Üzünə üz tutub ilk dəfə idi ki yanaqları Ordubad əriyinin mehriban rəngini yaşadan qadının yanına gedəcəkdi. Qadın barakların qarşısında Bayatı görəndə diksinən kimi olacaqdı, handan-hana püstə dodaqlarına ani kinayəqarışıq bir təbəssüm qonacaqdı:
- Ooo, səni hansı rüzgar biz tərəflərə atdı. Əvvəlcədən xəbərimiz olsaydı, ayağının altına atmağa xalıdan, xalçadan hazırlayardıq.
Bayat çəkinə-çəkinə:
- Mən... mən...
"Desyatnik" sözünün sonunu gətirməyə imkan vermədi.
- Hə sən, nə sən?
Amma Bayat verilən bu sualın arxasında qadının səs tonundan gizli bir marağın olduğunu da sezməmiş deyildi.
- Mən işləməyim haqqında arayış almağa gəlmişdim.
- İşlədinmi ki, arayış da alasan? - Sonra nə düşündüsə:
- Arayış nəyinə lazımdır, sənin?
- İşimi qəbul üçün məktəbə təqdim edəcəyəm, ora üçün lazımdır.
- Hansı məktəbə verəcəksən işini?
- Üniversitetə.
"Desyatnik" Bayatı ayaqdan-başa süzdü, onun burnu dirsilmiş ayaqqabılarına, sementqarışıq toz basmış şalvarına, nimdaş sətin köynəyinə baxdı. Oğlanın sızanaq basmış sifətindən ona elə göz baxırdı ki, içində baş qaldıran ironiyasını elə içindəcə öldürdü:
- Sənə bircə şərtlə arayış verərik, bax, o torpaq tığını görürsən, onu əl arabası ilə daşıyıb qarşı tərəfdəki quyuya tökəsən, özü də elə bu gün.
Bayat bir qırıq barmağına, bir də tərəddüdlə yanağı Ordubad əriyinin mehriban rənginini andıran qadına baxdı. Elə bil baxışıyla "mənim vəziyyətimi görmürsənmi, bu sarıqlı qırıq barmağımla o boyda toprağı mən necə daşıya bilərəm ki?" - demək istədi. Sanki yanaqları Ordubad əriyinin mehriban rəngini andıran qadın onun fikrindən keçənləri anlamışdı:
- Özün bil, işləmirsən işləmə, biz sənə işləməyə-işləməyə arayış verə bilmərik. Nə vaxtdır saçkavatlıq eləyib işləmirsən, heç olmasa idarəyə bir faydan olsun də...
Bayatın başqa bir seçimi qalmamışdı. Canını dişinə tutub işə başladı. Əvvəlcə kiçik bir torpaq topası kimi gördüyü yer, işlədikcə azalmaq yerinə sanki yavaş-yavaş artır, təpələnirdi. Bütün günü qan-tər içində işləyəcək, gecə gecədən keçənə gədər çalışacaq və axırda torpaq təpəsini əridəcəkdi. Amma torpaq təpəsi azaldıqca əlindəki suluq təpələri böyüdükcə böyüyür, sızım-sızım sızıldayırdı. O günü, günü yox ey gecəni, o torpaq tığının axırına çıxa bilməyəcəkdi. Az da olsa bir qismi sabaha qalacaqdı. Bütün günü arzusu uğrunda canını dişinə tutub ac-susuz işləyəndən sonra özünü yataqxanaya gecənin bir aləmində zorla salacaqdı. Onsuz da xəstə olan mədəsinin ağrısı başına vururdu. Ac qarın qılınca gələr demirlərmi, çörək qabındakı quruyub qaxaca dönmüş qırıntıları bir güclə gəvələməyə çalışdı... Sonra çarpayısına uzansa da, gözlərinə yuxu gəlmədi. Yuxu hardan gələydi ki, işdən yorğun-ağrın dönən, qarnını doyuzdurub yataqlarına girən otaq yoldaşları çoxdan uyumuşdular, indi Nəsib-Yusuf quşları kimi xorultuları bir-biri ilə ediləşirdi. Əvvəllər heç onların bir bu qədər xoruldadıqlarının fərqinə varmamışdı. İndi sanki onlar da Bayatın yorğun və ac olduğunu bilib onu bir az da yuxusuz qoymaq istəyirdilər. Amma o nə olursa olsun, sabah tezdən qalxıb işə getməli idi, son ümid yerinin-oxumağının taleyi sabah alacağı arayışdan çox asılı idi. Bir tərəfdən xorultular, hələ tam sağalmayan qırılmış baş barmağının zoqqultusu, o biri yandan xəstə mədəsinin aclıqdan başlayan ağrı və qurultusu Bayata yatmaq imkanı vermirdi. Və o istər-istəməz çarəni xəyallara dalmaqda, qayğısız uşaqlığını xatırlamaqda görürdü. Uşaqlıq hər kəsin ana vətəni deyilmi? Nə gözəl günlər idi o günlər... O aclığın, yoxsulluğun içində dərki çətin, xəyalı qanadlan­dıran nəsə də vardı...
Səhər oyanmaq istəməsə də oyanacaqdı, çünki işə getməyə hazırlaşan otaq yoldaşlarının gürültüsündən oyanmamaq mümkün deyildi. Onsuz da səksəkəli yatmışdı.Tələsik geyinib iş yerinə qaçdı...İş yenicə başlamışdı...İş icraçısı ilə "desyatnik" qadın barakların önündə durub söhbət edirdilər. Bayatı görəndə yanaqları Ordubad əriyinə bənzəyən qadın:
- Şərtə beləmi əməl edərlər, biz səninlə beləmi danışmışdıq?
Bayat dodağı­nın altında:
- Vallah, gecəyarıya gədər çalışdım, amma heç cür bitirə bilmədim. Bir-iki saata bitirəcəyəm.
- Bitir görək. Nəyi gözləyirsən, tez ol işinə başla, yoxsa bax, fikrimi dəyişərəm.
Bayata da elə bu lazım idi. Dünəndən, işi bitirə bilməyəcəyini gördükdən sonra içini gəmirən sualın cavabını qadının özü verdi. Deməli, onun verdiyi sözə əməl edəcəyinə şübhə etməyə dəyməzmiş.
Əllərinin qabarı ona istədiyi arayışı verəcəkdi. Arayışı alan kimi universitetin yolunu tutacaqdı. Sənədlərin qəbulunun bitməyinə bir gün qalmış işini könlü istəməyə-istəməyə kitabxanaçılıq şöbəsinə verəcəkdi, çünki Akif demişdi axı, orada rus dilindən imtahan yoxdu... Bir yerə on bir adam iş vermişdi, indi onbir adamdan biri ol görüm, necə olursan? Həm də ixtisası üzrə işləyənlər lap üç alsalar da qəbul olunacaqdılar. Bayat isə tam başqa bir sahədə işləyirdi, həm də 5-6 aya iş stajı da demək olmazdı...Qəbul imtahanlarına hazırlaşmağa imkan tapmayacaqdı. Keçənilki biliyi ilə bu il yenidən qismətini sınayacaqdı. Bəlkə gözəgörünməzlər bu dəfə onun baxtına yar olacaqlardı... Bəlkə...
İlk imtahan ədəbiyyat yazıdan idi. M.S.Ordubadinin "Dumanlı Təbriz" əsəri düşmüşdü. Bayat mövzunu görər- görməz sevinmişdi, bu, onun yaxşı bildiyi mövzu idi. Amma işin tərsliyindən sağ baş barmağı qırıq və "gipsdə" olduğundan xətti yaxşı alınmırdı. Amma yenə də yazılı imtahandan kəsilməyəcəyinə inanırdı. İkinci ədəbiyyatdan şifahi imtahan olmalı idi. Yazıdan kəsilənlərin siyahisi divara vurulmuşdu. Amma onların arasında Bayatın adı yox idi. Buna çox sevinmişdi, kəsilməmək sevindirici olsa da, hər halda, neçə aldığı da çox vacibdi... Şifahi imtahan çoxdan başlamışdı, içəridən adla çağırırdılar, axıra iki-üç adam qalanda içinə şübhə düşdü, niyə məni çağırmırlar, bəlkə mən də kəsilmişəm, sadəcə adımı siyahıya salmağı unudublar. İrəli durub qapının ağzındakı oğlandan çəkinə-çəkinə adının niyə çıxmadığını soruşdu. Cavan oğlan köntöy-köntöy:
- Mən nə bilim, niyə çıxmır, get, onu qəbul komisyonundan soruş ,- cavabını verdi. Əlacı kəsilən Bayat qəbul komissiyasından nəyi, kimdən soruşacağını götür- qoy edə-edə qapıdan uzaqlaşırdı ki, arxadan onun adını çəkdilər. Bir az əvvəlki oğlan idi, ən axırda onu çağırırdılar. İçəri girib içində "Ya Allah" deyə-deyə bilet çəkdi. Gözucu biletə baxanda üzü gülməyə başladı, biletdə olanların demək olar ki, hamısını əzbər bilirdi... Xüsusilə ilk sual: M.P.Vaqifin "Görmədim" müxəmməsi. Bu şeir onun həyatı və düşüncəsiylə o qədər yaxın idi, hətta hərdən ona elə gəlirdi ki, şeiri Vaqif rəhmətlik elə onun üçün yazıb. Biletə düşən bildiyi suallar onu cəsarətləndirmişdi:
- Müəllim, mən hazırlaşmamış cavab vermək istəyirəm, - dedi. Eşitmişdi ki, kim "eksterni", yəni hazırlaşmamış imtahan verərsə, verə bilərsə, ona "beş" yazırlar. Beş ona, ona görə lazımdı ki, yazıdan bir "tramvay altında qalan üç almışdı." Bu iki daşın arasında aldığı üçə təəccüblənirdi. Axı o, "Dumanlı Təbriz"i demək olar ki, əzbər bilirdi. İşləri korlayan qırıq barmağı olmuşdu. Bildiyi mövzunu ilan-qurbağa yazmışdı. Bu dəfə beş almasa işlər yaxşı olmayacaqdı. İmtahan götürənlər 4 nəfər idi. Bir yaşlı, ikisi orta yaşlarda, dördüncüsü isə yarından-yaraşığından, yaşından heç müəllimə oxşamayan gənc bir qadındı. Orta yaşlılardan biri onun tük basmış sızanaqlı sifətinə, cırıq-sökük əyin-başına baxıb :- Keç, fikirləş, sonra peşiman olmayasan,-dedi.
Ondan başqa sinifdə cavab verməyə hazırlaşan dörd adam vardı. Bir azdan:
- Kim gəlmək istəyir, - deyə müəllimlərdən biri dilləndi. Heç kim yerindən tərpənmək istəmirdi. Bu vəziyyət Bayatın könlüncə idi. Ürəyi qəfəsə salınmış quş kimi çırpınır, bir an öncə müəllimlərin önündə oturmaq, onları hazır­cavab­lılığı ilə heyrətləndirmək istəyirdi. Sanki müəllimlər onun bu hazırcavablığına sevinəcəkdi. Sevinəcəkdilərmi? "Nə yenə kəndçi sadəlövhlü­yünə salmısan, qaqaş, Ələkbərin keçən il dediyi sözləri nə tez unutdun?" Axırda bayaq onu fikirləşməyə göndərən müəllim:
- Sən gəl görək, bayaqdan dil-dil ötür, hazırlaşmamış cavab vermək istəyirdin.
Bayat biletini də götürüb müəllimlərin qabağında əyləşdi. Ondan əvvəl orta yaşlı biri imtahan vermişdi. İndi ona qiymət vermək zamanı gəlmişdi. O, müəllimlərə dil çıxarır, yalvarır:
- Müəllim, qurban olum, başınıza dönüm, evdə bir çətən külfətim var, oxumasam məni işdən qovacaqlar, çünki ixtisasım yoxdur, ac qalacaqlar, mənə beş verin, dörd işimə yaramır. Müəllimlər ona dörd vermək istəyir, o isə az qala müəllimin əlini tutub dörd yazmasına imkan vermirdi:
- Yenə sual verin, cavab verim, amma məni boynuburuq yola salmayın. Ermənistandan buraya min zülüm-zillətlə gəlmişəm...
Bayatın içindən ani bir hiss keçdi: "indi ona beş yazsalar mənim üçün çətin olacaq, dalbadal iki adama beş yazmazlar ki?" Sonra da öz düşündüyündən özü utandı, niyə başqalarının paxıllığını çəkirsən, sənin öz qismətin var, onun öz qisməti.



Bayatın başqa bir seçimi qalmamışdı. Canını dişinə tutub işə başladı. Əvvəlcə kiçik bir torpaq topası kimi gördüyü yer, işlədikcə azalmaq yerinə sanki yavaş-yavaş artır, təpələnirdi. Bütün günü qan-tər içində işləyəcək, gecə gecədən keçənə gədər çalışacaq və axırda torpaq təpəsini əridəcəkdi. Amma torpaq təpəsi azaldıqca əlindəki suluq təpələri böyüdükcə böyüyür, sızım-sızım sızıldayırdı. O günü, günü yox ey gecəni, o torpaq tığının axırına çıxa bilməyəcəkdi. Az da olsa bir qismi sabaha qalacaqdı. Bütün günü arzusu uğrunda canını dişinə tutub ac-susuz işləyəndən sonra özünü yataqxanaya gecənin bir aləmində zorla salacaqdı. Onsuz da xəstə olan mədəsinin ağrısı başına vururdu. Ac qarın qılınca gələr demirlərmi, çörək qabındakı quruyub qaxaca dönmüş qırıntıları bir güclə gəvələməyə çalışdı... Sonra çarpayısına uzansa da, gözlərinə yuxu gəlmədi. Yuxu hardan gələydi ki, işdən yorğun-ağrın dönən, qarnını doyuzdurub yataqlarına girən otaq yoldaşları çoxdan uyumuşdular, indi Nəsib-Yusuf quşları kimi xorultuları bir-biri ilə ediləşirdi. Əvvəllər heç onların bir bu qədər xoruldadıqlarının fərqinə varmamışdı. İndi sanki onlar da Bayatın yorğun və ac olduğunu bilib onu bir az da yuxusuz qoymaq istəyirdilər. Amma o nə olursa olsun, sabah tezdən qalxıb işə getməli idi, son ümid yerinin-oxumağının taleyi sabah alacağı arayışdan çox asılı idi. Bir tərəfdən xorultular, hələ tam sağalmayan qırılmış baş barmağının zoqqultusu, o biri yandan xəstə mədəsinin aclıqdan başlayan ağrı və qurultusu Bayata yatmaq imkanı vermirdi. Və o istər-istəməz çarəni xəyallara dalmaqda, qayğısız uşaqlığını xatırlamaqda görürdü. Uşaqlıq hər kəsin ana vətəni deyilmi? Nə gözəl günlər idi o günlər... O aclığın, yoxsulluğun içində dərki çətin, xəyalı qanadlan­dıran nəsə də vardı...
Səhər oyanmaq istəməsə də oyanacaqdı, çünki işə getməyə hazırlaşan otaq yoldaşlarının gürültüsündən oyanmamaq mümkün deyildi. Onsuz da səksəkəli yatmışdı.Tələsik geyinib iş yerinə qaçdı...İş yenicə başlamışdı...İş icraçısı ilə "desyatnik" qadın barakların önündə durub söhbət edirdilər. Bayatı görəndə yanaqları Ordubad əriyinə bənzəyən qadın :
- Şərtə beləmi əməl edərlər, biz səninlə beləmi danışmışdıq?
Bayat dodağı­nın altında:
- Vallah, gecəyarıya gədər çalışdım, amma heç cür bitirə bilmədim. Bir-iki saata bitirəcəyəm.
- Bitir görək. Nəyi gözləyirsən, tez ol işinə başla, yoxsa bax, fikrimi dəyişərəm.
Bayata da elə bu lazım idi. Dünəndən, işi bitirə bilməyəcəyini gördükdən sonra içini gəmirən sualın cavabını qadının özü verdi. Deməli, onun verdiyi sözə əməl edəcəyinə şübhə etməyə dəyməzmiş.
Əllərinin qabarı ona istədiyi arayışı verəcəkdi. Arayışı alan kimi universitetin yolunu tutacaqdı. Sənədlərin qəbulunun bitməyinə bir gün qalmış işini könlü istəməyə-istəməyə kitabxanaçılıq şöbəsinə verəcəkdi, çünki Akif demişdi axı, orada rus dilindən imtahan yoxdu... Bir yerə on bir adam iş vermişdi, indi onbir adamdan biri ol görüm, necə olursan? Həm də ixtisası üzrə işləyənlər lap üç alsalar da qəbul olunacaqdılar. Bayat isə tam başqa bir sahədə işləyirdi, həm də 5-6 aya iş stajı da demək olmazdı...Qəbul imtahanlarına hazırlaşmağa imkan tapmayacaqdı. Keçənilki biliyi ilə bu il yenidən qismətini sınayacaqdı. Bəlkə gözəgörünməzlər bu dəfə onun baxtına yar olacaqlardı... Bəlkə...
İlk imtahan ədəbiyyat yazıdan idi. M.S.Ordubadinin "Dumanlı Təbriz" əsəri düşmüşdü. Bayat mövzunu görər- görməz sevinmişdi, bu, onun yaxşı bildiyi mövzu idi. Amma işin tərsliyindən sağ baş barmağı qırıq və "gipsdə" olduğundan xətti yaxşı alınmırdı. Amma yenə də yazılı imtahandan kəsilməyəcəyinə inanırdı. İkinci ədəbiyyatdan şifahi imtahan olmalı idi. Yazıdan kəsilənlərin siyahisi divara vurulmuşdu. Amma onların arasında Bayatın adı yox idi. Buna çox sevinmişdi, kəsilməmək sevindirici olsa da, hər halda, neçə aldığı da çox vacibdi... Şifahi imtahan çoxdan başlamışdı, içəridən adla çağırırdılar, axıra iki-üç adam qalanda içinə şübhə düşdü, niyə məni çağırmırlar, bəlkə mən də kəsilmişəm, sadəcə adımı siyahıya salmağı unudublar. İrəli durub qapının ağzındakı oğlandan çəkinə-çəkinə adının niyə çıxmadığını soruşdu. Cavan oğlan köntöy-köntöy:
- Mən nə bilim, niyə çıxmır, get, onu qəbul komisyonundan soruş ,- cavabını verdi. Əlacı kəsilən Bayat qəbul komissiyasından nəyi, kimdən soruşacağını götür- qoy edə-edə qapıdan uzaqlaşırdı ki, arxadan onun adını çəkdilər. Bir az əvvəlki oğlan idi, ən axırda onu çağırırdılar. İçəri girib içində "Ya Allah" deyə-deyə bilet çəkdi. Gözucu biletə baxanda üzü gülməyə başladı, biletdə olanların demək olar ki, hamısını əzbər bilirdi... Xüsusilə ilk sual: M.P.Vaqifin "Görmədim" müxəmməsi. Bu şeir onun həyatı və düşüncəsiylə o qədər yaxın idi, hətta hərdən ona elə gəlirdi ki, şeiri Vaqif rəhmətlik elə onun üçün yazıb. Biletə düşən bildiyi suallar onu cəsarətləndirmişdi:
- Müəllim, mən hazırlaşmamış cavab vermək istəyirəm, - dedi. Eşitmişdi ki, kim "eksterni", yəni hazırlaşmamış imtahan verərsə, verə bilərsə, ona "beş" yazırlar. Beş ona, ona görə lazımdı ki, yazıdan bir "tramvay altında qalan üç almışdı." Bu iki daşın arasında aldığı üçə təəccüblənirdi. Axı o, "Dumanlı Təbriz"i demək olar ki, əzbər bilirdi. İşləri korlayan qırıq barmağı olmuşdu. Bildiyi mövzunu ilan-qurbağa yazmışdı. Bu dəfə beş almasa işlər yaxşı olmayacaqdı. İmtahan götürənlər 4 nəfər idi. Bir yaşlı, ikisi orta yaşlarda, dördüncüsü isə yarından-yaraşığından, yaşından heç müəllimə oxşamayan gənc bir qadındı. Orta yaşlılardan biri onun tük basmış sızanaqlı sifətinə, cırıq-sökük əyin-başına baxıb :- Keç, fikirləş, sonra peşiman olmayasan,-dedi.
Ondan başqa sinifdə cavab verməyə hazırlaşan dörd adam vardı. Bir azdan:
- Kim gəlmək istəyir, - deyə müəllimlərdən biri dilləndi. Heç kim yerindən tərpənmək istəmirdi. Bu vəziyyət Bayatın könlüncə idi. Ürəyi qəfəsə salınmış quş kimi çırpınır, bir an öncə müəllimlərin önündə oturmaq, onları hazır­cavab­lılığı ilə heyrətləndirmək istəyirdi. Sanki müəllimlər onun bu hazırcavablığına sevinəcəkdi. Sevinəcəkdilərmi? "Nə yenə kəndçi sadəlövhlü­yünə salmısan, qaqaş, Ələkbərin keçən il dediyi sözləri nə tez unutdun?" Axırda bayaq onu fikirləşməyə göndərən müəllim:
- Sən gəl görək, bayaqdan dil-dil ötür, hazırlaşmamış cavab vermək istəyirdin.
Bayat biletini də götürüb müəllimlərin qabağında əyləşdi. Ondan əvvəl orta yaşlı biri imtahan vermişdi. İndi ona qiymət vermək zamanı gəlmişdi. O, müəllimlərə dil çıxarır, yalvarır:
- Müəllim, qurban olum, başınıza dönüm, evdə bir çətən külfətim var, oxumasam məni işdən qovacaqlar, çünki ixtisasım yoxdur, ac qalacaqlar, mənə beş verin, dörd işimə yaramır. Müəllimlər ona dörd vermək istəyir, o isə az qala müəllimin əlini tutub dörd yazmasına imkan vermirdi:
- Yenə sual verin, cavab verim, amma məni boynuburuq yola salmayın. Ermənistandan buraya min zülüm-zillətlə gəlmişəm...
Bayatın içindən ani bir hiss keçdi: "indi ona beş yazsalar mənim üçün çətin olacaq, dalbadal iki adama beş yazmazlar ki?" Sonra da öz düşündüyündən özü utandı, niyə başqalarının paxıllığını çəkirsən, sənin öz qismətin var, onun öz qisməti.
Axırda o adama beş yazıb yola saldılar. Sıra Bayata gəlmişdi. O, ərəb, fars tərkibli sözləri çox olsa da, "Görmədim" müxəmməsini əzbər bilirdi. Bunun səbəbi təkcə şeirin onun ruhu hali ilə bağdaşması deyildi, axı arada, sırada özünün də şeir quraşdırmağı vardı. Hətta bir ay əvvəl Səməd Vurğunun Elmlər Akademiyası binasında keçirilən yubiley gecəsində iştirak etmiş və salondan rəyasət heyətinə məktub yazıb, fəhlə şair olduğunu, S.Vurğunu çox sevdiyini və ona həsr etdiyi şeirini oxumaq istədiyini söyləmiş və özü inanmasa da məclisin axırında bir möcüzə baş vermiş, fəhlə şair kimi ona da söz vermişdilər. O da ömründə belə salonlarda çıxış etməyin yox, hətta orada keçirilən tədbirlərdə iştirak etməyin nə olduğunu bilməyən biri kimi həyəcandan dili tutula-tutula şeirini oxumuş və alqış qazanmışdı... Bəlkə də bu alqış onun oxuduğu şeirə yox, S.Vurğunun ruhuna olan alqış idi. Ya da elə ona bu uğuru qazandıran S.Vurğunun bu salonda olduğuna özünə inandığı kimi inandığı ruhu səbəb olmuşdu. Səməd Vurğunun özü də bu yolu keçməmişdimi? Hələ uşaq yaşlarında məktəbə yazdırılarkən Firudin Bəy Köçərlinin önündə söylədiyi sözlər cəsarətin gözlə görünürlüyü deyildimi? İndi o da hardasa 50-60 ildən sonra eyni yolu keçmirdimi? Nigaran ruhların gözəgörünməz bir şəkildə özünəbənzərlərə kömək etdiyinə o, elə inanmaq istəyirdi ki?! Əslində, bu hadisə də onun ali məktəbə qəbul ola biləcəyi ümidlərini artırmışdı. Elə o boyda məclisdə, o tribunadan adlı-sanlı adamlarla bir yerdə ona da söz verilməsi və onun da şeir oxuması bəlkə ali məktəbə qəbuldan da vacib bir işdi. Bayatın gözlərində bu, elə möcüzənin özü idi. Hətta o zaman içindən belə bir hiss də keçmişdi ki, bəlkə, sabah məndən qəbul imtahanı götürəcək müəllimlərdən biri bu salondadır və onun oxuduğu şeirin necə alqışlandığını görmüşdür... İçindən keçənlərin təsadüf olmadığına elə inanmaq istəyirdi ki?! Qeyri-ixtiyari içimizdən keçənlər, bəlkə, heç bizim iradəmizdən asılı deyil. Bəlkə onları da bizim içimizdən keçirən var. Xəyalı gerçəyə çevirən o, hansı qüvvədir? Onunla üz-üzə gəlib təmənnidə bulunmaq mümkün olsaydı, dünya güllük-gülüstanlıq olmazdımı? Bəlkə içindən keçənlərdə də elə S.Vurğunun ruhunun bir iştirakı var, kim bilir? Bu ümidlə də Bayat "Görmədim" müxəmməsini başdan-ayağa əzbər deməyə başladı. Bu zaman yaşlı adam - yetər, - dedi, - oğlum, lap şeiri şair kimi oxuyursan. Bayata da elə bu lazım deyildimi?
- Müəllim, - dedi, - mən də şairəm. Yaşlı müəllimin ironiya və təəccüb­qarışıq cavabı gecikmədi:
- Yox, əşşi?!
- Hə, müəllim.
- Bir şeir oxu görək necə yazırsan?
Bayat həm akademiyanın salonunda sınaqdan keçirdiyinə, həm də S.Vurğuna görə, bəlkə, insafa gəlib bu müəllimlər ona yüksək qiymət verə bilərlər düşüncəsiylə:
- Səməd Vurğuna həsr elədiyim bir şeirim var, onu oxuyummu?
- Oxu!
Şeir bitdikdən sonra orta yaşlı müəllimlərdən biri:
- Niyə bizi aldadıb başqasının şeirini öz adına oxuyursan?
- Müəllim, vallah bu, mənim şeirimdir.
- Necə yəni sənin şeirindir. Bunu Səməd Vurğunun akademiyada keçirilən yubileyində bir fəhlə şair oxumuşdu, - dedi.
- O fəhlə şair, məndim də, müəllim.
Müəllim tərs-tərs Bayatın səliqəsiz əyin-başına, tük basmış üzünə baxıb:
- Yox, o, sən deyildin.
Bayat müəllimin onu müştəri gözü ilə süzməsindən demədiyi sözləri də anlamışdı.
- Müəllim onda... mən fəhlə yoldaşlarımın hərəsinin bir paltarlarını geyib yubileyə gəlmişdim, bəlkə ona görə məni tanımadınız, - deyə mızıldandı.
Bayatın bu səmimi etirafı gülüşqarışıq bir ortam yaratmışdı. Bu zaman yaşlı müəllim:
- Yaxşı, yaxşı... inandıq şeirin sənin olmağına. Gəncsən, yaşının şeirini oxu görək necə yazırsan. Məhəbbət şeirin varmı? Bayat bir az çəkinsə də:
- Var, müəllim,-dedi.
- Elə isə, de gəlsin.
Bayata da elə bu lazım deyildimi? Tələsik "Yolunu gözlərəm sabahdan bəri", "Sevgilim gələcək qabaqdan bəri" misralarının yer aldığı şeirini riqqətlə oxumağa başladı. Şeir bitər-bitməz yaşlı müəllimin güləş sifətinə nurlu bir təbəssüm yayıldı:
- Bala - dedi, - siçan olmamış dağarcıq yırtırsan, hələ universitetə qəbul olmamış, gənc müəlliməni işarə edərək gözümüzün qabağında bizim qıza eşq elan edirsən, ayıb deyil?
Bayat bu sözləri ciddiyə alıb:
- Müəllim, vallah, yox, mən bunu kəndimizdəki qıza yazmışam, mənim bu müəllimə ilə nə işim var...
Qızqarışıq müəllimlərin hamısı bir-birinə qoşulub güldülər. Sonra yaşlı adam: - İkinci sualın cavabını bilirsənmi? - dedi.
Bayat anında:
- Bilirəm, müəllim, danışımmı?
- Cümlə təhlilini necə?
Müəllimlərdən başqa birisi:
-Mən soruşmadan ona "beş" verirəm,- dedi.
Bu zaman yaşlı müəllim:
- Bax, biz sənə "beş" veririk, amma unutma ki, beş hər adama verilmir, qiyabi şöbədə sənin nə işin var, yaxşı oxu, yanvardan əyaniyə keç, gündüz oxu, sənin kimi istedadlar gərək gündüz oxusun, Bakı mühitində yaşasın ki, sənətin cikini-bikini bilsin.
Və sonra yaşlı müəllim nə fikirləşdisə:
- Sənin ədəbiyyat müəllimin kim olub, Məmmədağa müəllimmi?
Məmmədağa müəllim o zaman Tovuzun ən adlı-sanlı ədəbiyyat müəllimlərindən biri idi, rayon mərkəzindəki orta məktəbdə dərs deyirdi. Bayat bir istədi, canqurtaran bir cavab versin: - Bəli , - desin. Nə biləcəklər, kimdi mənim hansı orta məktəbi bitirdiyimi bu iki daşın arasında öyrənən, bir halda ki, yaşlı professor (Adamın professor olmağını özündən uydururdu: Hər halda, belə yaşlı adam, özü də üniversitetdə qəbul imtahanı götürən bir adam mütləq professor olmalıydı, Bayata görə ) Məmmədağa müəllimin adını çəkmişdi və o da verilən suallara yaxşı cavab vermişdi, deməli, onun müəllimi başqası yox, elə məhz Məmmədağa müəllim olmalı idi.Tez də ağlından ani keçən bu yalana "dur", - dedi. Niyə yalan danışıram ki, yaxşısı budur düzünü deyim, birdən yalan danışdığımı bilsələr, onda halım-günüm necə olar?
- Yox, mənim ədəbiyyat müəllimim İmamverdi müəllimdir, - dedi.
Və yaşlı professora yalan danışmadığına görə öz-özündən xoşlandı da...
Bayatın gözlədiyi kimi olmuşdu, imtahan listinə bir yağlı əla yazılmışdı, sanki dünyanı ona vermişdilər. İmtahan otağından tüstü kimi çıxmaq istəyirdi ki, orta yaşlı adam:
- Oğlum, tarixdən necə, keçə biləcəksənmi?
Bayat hardan ağlına gəldiyini sonralar yüz dəfə fikirləşib bir yana çıxarma­dığı bir cavab verdi:
- Nə bilim, müəllim, bilməyinə bilirəm, amma adamın gərək dayısı, adamı olsun.
Bu cavab müəllimləri çaşbaş saldı. Orta yaşlı gözü eynəkli o biri müəllim:
- Nə boş-boş danışırsan, sənə beşi dayına görə verdik?
Bayat qapı ağzında söz güləşdirməyin ona baha başa gələcəyini anlayıb "asta qaçana göy imam qənim olsun" deyib, dabanına tüpürüb oradan baş götürüb getdi. Xəyalı göylərdə uçurdu, qələm tuta bilməyən qırıq barmağına görə ilk yazılı imtahandan üç alsa da, zarafat deyil, şifahidən beş almışdı. Fikrində hesablamışdı, əgər tarixdən də heç olmasa, bir dörd ala bilsəydi, əzəli arzusuna çatmış olacaqdı...
Haçan, harada troleybusa minmişdi, yataqxananın yolunu tutmuşdu, yadında deyildi, dünya gözündə cənnətə dönmüşdü, içi aşıb-daşırdı, öz-özünə gülüb danışırdı... Bu zaman çiyninə bir əl qonduğunu hiss etdi. Qanrılıb baxanda iş icraçısının olduğunu gördü. İş icraçısı onun bəxtiyarlıq yağan üzünə baxıb:
- Nə olub , nə məsələdi, yenə göynən gedirsən?
- Beş almışam, ey, beş almışam! - Sonra birdən iş yerindən arayış almaq üçün başına gətirilən oyunu xatırlayıb, - daha sizin o xarabaya qayıdan deyiləm, - dedi.
İş icraçısı qarşısında oturan gəncin yay günəşindən tunclaşmış sifətinə, qara qaşları altından içində ilğımlar oynaşan gözlərinə baxıb nə deyəcəyini bilmədi... Keçmişlə gələcəyin, tərəddüdlə inadın kəsişdiyi bu anda iş icraçısının onun haqqında nə düşünəcəyi Bayatı əsla maraqlandırmırdı... Çünki imtahanın sonu nə olursa-olsun artıq bir də o xarabaya qayıdan deyildi. Doğrudur, içinin içində yanaqları Ordubad əriyi kimi haldan-hala düşən "desyatnik"ə qarşı mənasını özünün də aydınlaşdırmadığı bir hiss vardı. Amma bu hissin yenidən onu o xarabaya aparmağa gücü yetməyəcəkdi... Qəbul olsam da, olmasam da (Yox, yox, "olunmasa da" sözünü heç ağlına belə gətirmə, deyirdi öz-özünə). Sonra yenə də şər deməsən xeyir gəlməz, - deyirdi. Yəqin ağlımızdan keçən bəd fikirlər elə bu atalar sözünə görə oyanır. Atalarımızın da deməyə başlarına söz qəhətmiş, deyirdi, sonra da özü-özünü qınayırdı, atalar, sözü elə-belə demir ki?
Beynində aldığı xalları hesablayırdı. Birinci imtahan üç, ikinci beş, toplam səkkiz edir, şükür, hələlik ki, pis deyil. - Nə yaxşı ki, şifahidən beş aldım. Verdilər demirdi, demək istəmirdi... Yox, qardaşım, aldım demə, verdilər de. İçindən bu etiraf da keçməmiş deyildi. S.Vurğunun yubileyində iştirak etdiyinə, cəsarəti çatıb söz istəməyinə və orada sanki salonda heç kim yoxmuş kimi gözünü bir nöqtəyə-S.Vurğunun rəyasət heyəti ilə üzbəüz salonun arxa tərəfindən asılmış şəklinə zilləyib şeir oxuduğu günə min dəfə şükürlər oxuyurdu. Bu bir təsadüfdümü? Yox, bu boyda da təsadüf olardımı? Bəlkə elə ona S.Vurğunun ölümsüz ruhu kömək etmişdi, kim bilir? Uşaqlığından özünü belə şeylərə inandırmamışdımı? Atalılar, arxalılar atalarına, arxalarına arxayın olur, elə isə bəs yetimlər kimə və nəyə sığınmalıdır?! Bəxtdən, taledən, gözəgörünməz qüvvədən başqa yetimin sığınacaq yeri yoxdur ki. Elə isə niyə "verdilər" deyim, məgər dədəm oğlu, qardaşımdılar ki, durub dururkən mənə beş verəydilər, belə, o beşi alın tərimlə aldım.
Özü-özü ilə içində mübahisə edirdi. Sonra sanki üçüncü bir güc onun yadına gözəgörünməzləri salırdı...

davamı
XS
SM
MD
LG