Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:43

Obamanın qənaət planı


Obama yeni planı açıqlayır
Obama yeni planı açıqlayır

Amerikada büdcə kəsirinə qanunla qoyulmuş hədd hazırda 14 trilyon 300 milyard dollardır.

Washington Post yazır ki, prezident Obama bu rəqəmi heç vaxt dilinə gətirmir.
Ancaq hökümət qorxur ki, iyul ayına bu hədd keçiləcək və Amerika hökuməti öz öhdəliklərini yerinə yetirə bilməyəcək, yəni defolt olacaq.

“Bizim seçimimiz yoxdur. Biz borcların spiralvari artmasına gedə bilmərik”. “Maliyyə məqsədlərimiz hər birimizdən qurban tələb edir”. – bunu
prezident Barak Obama George Washington Universitetində hökümətin yeni qənaət planını açıqlayanda deyib.

OBAMANIN YENİ PLANI

Barak Obamanın maliyyə planı 12 il ərzində kəsirin 4 trilyon dollar ixtisarını nəzərdə tutur.
Sosial müdafiədən, kasıblara köməkdən başqa bütün proqramlardan kəsiləcək.
Obama xərcləri çatdırmaq üçün əlavə vergilər nəzərdə tutur.

İLK REAKSİYALAR

Hakim demokrat partiyasının üzvləri planı tərifləyirlər. Konqresmen Van Hollen deyib ki, büdcə kəsirini azaldaqmı? – sualı yoxdur. Sual odur ki, necə? Obamanın planı buna dəqiq cavab verir.

RİTORİKA?

Rəqib respublikaçılar planı rədd edirlər.
Onların əsas narazılığı vergiləri artırmaq ideyasındandır.

Senatdakı azlığın lideri McConnel deyib ki, vergiləri artırmaq əks nəticə verəcək.

Nümayəndələr palatasının spikeri Boehner vergiləri artırmağı reallaşa bilməyən təklif adlandırıb.

Senator Blunt isə deyib: “Yenə də Obama natiqliyini nümayiş etdirdi. Ritorika baxımdan yaxşı çıxış etdi, ancaq detallar yoxdur. Ailələrin borcu xərcini ödəmədiyi bir vaxtda vergiləri artırmaq düzgün yanaşma deyil”.

MEDİANIN REAKSİYASI

Amerika mediası, məsələn, Washinqton Post xatırladır ki, Obama birinci dəfə deyil ki, büdcə kəsirinin kəskin ixtisarı vədini verir. O, prezidentliyə gələndən bir ay sonra Konqresə müraciətində demişdi ki, ilk prezidentliyinin sonuna büdcə kəsirini 2 trilyon dollar azaldacaq.

Həmin vəd hələ ki, yerinə yetənə oxşamır.

Əksinə, Obama Konqresdən xahiş edib ki, büdcə kəsirinə qoyulan məhdudiyyəti qanunla qaldırsınlar.
Yəni 14,3 trilyon dollar azdır.

İYUL YAXINLAŞIR

Respubliakçılardan və demokratlardan ibarət “böhran qrupunun” danışqıları may ayında başlanır və onlar 2 ay ərzində qənaətin kompromiss yolunu tapmalıdırlar.
Ya da xüsusi qanun qəbul olunmalı, kəsirin yuxarı həddi bir az da qaldırmalıdırlar.
Kompromiss tapılmasa, iyul ayında höküməti defolt gözləyə bilər.
XS
SM
MD
LG