Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

ABŞ-ın Azərbaycana yardımı azalır


ABŞ Ermənistana 35, Gürcüstana isə 50 milyon dollar yardım etmək niyyətindədir
ABŞ Ermənistana 35, Gürcüstana isə 50 milyon dollar yardım etmək niyyətindədir

2008-ci ildə Azərbaycan ABŞ-dan 18 milyon dollar yardım alacaq. Bu barədə Amerika prezidenti Corc Buşun Konqresə göndərdiyi 2008-ci ilin büdcə layihəsində bildirilir. Bu rəqəm 2006-cı illə müqayisədə az qala iki dəfə azdır. 2006-cı ildə ABŞ Azərbaycana 34, 2007-ci ildə isə 28 milyon dollar yardım ayırmışdı.


Prezidentin büdcə layihəsində deyilir ki, 18 milyon dollar Azərbaycanda iqtisadi islahatlara dəstək üçün ayrılır. İslahatlar Azərbaycana neft resurslarını şəffaf idarə etməyə və özəl sektoru inkişaf etdirməyə kömək edəcək. Bu vəsaitdən hüquq-mühafizə orqanlarındakı islahatlara, sərhədlərin gücləndirilməsinə, demokratiyanın inkişafına, o cümlədən, 2008-ci ildə azad və ədalətli prezident seçkisinə dəstək üçün istifadə olunacaq.



Növbəti maliyyə ilində ABŞ Ermənistana 35, Gürcüstana isə 50 milyon dollar yardım etmək niyyətindədir. 2008-ci ildə keçmiş sovet respublikaları arasında ən çox yardımı Ukrayna alacaq - 71 milyon dollar. Ən az yardım isə Türkmənistan üçün nəzərdə tutulur - 5 milyon dollar. 2008-ci ilin büdcəsi Konqres tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.


XS
SM
MD
LG