Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:45

Fərhad Əliyevin vəkilləri çıxışa hazır deyil


Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin və daha 17 nəfərin sentyabrın 24-ünə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Bu gün Əliyev qardaşlarının vəkillərinin çıxışa başlayacağı planlaşdırılırdı.


Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsindən «Azadlıq» radiosuna verilən xəbərə görə, proses vəkillərin çıxışı tam hazır olmadığına görə baş tutmayıb. Fərhad Əliyevin vəkili Ramiz Məmmədov bütün vəkillərin çıxışlarının oktyabrın 1-dək hazır olacağını bildirib. Bu səbəbdən prosesin bir həftə təxirə salınacağı gözlənilir.


Keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyev, onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev və daha 16 nəfər iqtisadi cinayətkarlıqda təqsirli bilinirlər.


XS
SM
MD
LG