Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Fərhad Əliyev son söz dedi


«Mən səbirliyəm. Hüquqlarımın qorunmasını davam etdirəcəyəm»
«Mən səbirliyəm. Hüquqlarımın qorunmasını davam etdirəcəyəm»

Oktyabrın 4-də keçirilən məhkəmə prosesində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev son söz dedi. O, nazir işlədiyi vaxtda korrupsiyaya, monopoliyaya qarşı mübarizə apardığını, ölkədə işsizliyin, yoxsulluğun aradan qaldırılması və sahibkarlıq üçün şərait yaradılmasına çalışdığını bildirib. Əliyevin fikrincə, bütün bunlar və verdiyi bəyanatlar yüksək vəzifəli məmurların böyük gəlirlər əldə etməsinə mane olurdu.


«İqtisadi İnkişaf Nazirliyi hər il büdcənin proqnozlaşdırılması ilə məşğul olur. Bu zaman ciddi problemlər olduğunu aşkarladıq. Proqnozlaşdırma zamanı məlum olub ki, hər il dövlət büdcəsindən ən azı 3 milyard dollar yayınır. Buna isə daha çox Vergilər Nazirliyi və Gömrük Komitəsi səbəb olur».


Sabiq nazirin sözlərinə görə büdcənin gəlir hissəsindən də ildə 1 milyard dollar əhəmiyyətsiz layihələrə sərf edilmə adıyla yayındırılırmış. Bununla bağlı o açıq məlumatlar hazırlayırmış. Elə buna görə də ona qarşı təzyiqlər artıb.


Fərhad Əliyev həbsinin sifarişli olduğunu bildirdi və dedi ki, o məsələnin məhkəmədə həll olunmadığını anlayır. «Mən səbirliyəm, əzmim qırılmayıb. Başqa məhkəmə instansiyalarında hüquqlarımın qorunmasını davam etdirəcəyəm».


Təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə hökm hazırlamağa getdi. Vəkillərin dediyinə görə hökm bir həftə və ya on günə oxuna bilər.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı Nazir Bayramov təqsirləndirilən şəxslərə iş istəyib. O, sabiq nazir Fərhad Əliyevi qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadə də, mütəşəkkil cinayətkar dəstə yaratmaqda və s. ittiham edib. Prokuror Fərhad Əliyevə 11 il, qardaşı, «Azpetrol» Şirkətinin keçmiş prezidenti Rafiq Əliyevə isə əmlakı müsadirə olunmaqla 10 il iş istəyib.


Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı və daha 16 nəfər iqtisadi cinayətkarlıqda təqsirli bilinirlər.


XS
SM
MD
LG