Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:30

«MTN əməkdaşlarının üzərindən ittihamın götürülməsi təəssüf doğurur»


«Sərhədsiz reportyorlar» Parisdə yerləşən qeyri-hökumət təşkilatıdır
«Sərhədsiz reportyorlar» Parisdə yerləşən qeyri-hökumət təşkilatıdır

«Azərbaycan hakimiyyətinin fevralın 22-də «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə basqında iştirak etmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki əməkdaşının üzərindən ittihamı götürməsi qərarı təəssüf doğurur».


«Turan»ın məlumatına görə, beynəlxalq hüquq-müdafiə təşkilatı «Sərhədsiz reportyorlar»ın mayın 26-da yaydığı bəyanatda belə deyilir.


Qurum bildirir ki, Baş Prokurorluğun beynəlxalq ictimaiyyətin müraciətlərini eşitməməsi təəssüf doğurur: «Jurnalistə basqında iştirak etmiş şəxslərin üzərindən ittihamın götürülməsi və zərərçəkmişin özünün-özünə xəsarət yetirməsi haqda iddialar ədalət sisteminə etibar və onun müstəqilliyinə inam yaranmasına imkan vermir».


Bəyanatda Baş Prokurorluğun MTN zabitləri Dağbəyi Allahverdiyev və Akif Çovdarovun şəkillərini çəkməyə icazə verməməsi haqda məlumatı göstərilib.


Prokurorluğun həmin məlumatında deyilirdi ki, Aqil Xəlil fevralın 22-də Bakının «Zeytun bağı» adlanan ərazisində döyülməyib. MTN əməkdaşlarının çəkilmiş şəkillərini tələb etməsindən sonra jurnalist yerə uzanıb və qışqırmağa başlayıb.


Öz növbəsində, A.Xəlil və onun vəkili bunu «yalan» adlandırıblar. İşdə jurnalistə qarşı basqın olduğunu təsdiq edən şahid ifadələri və fotosənədlər var.


Baş Prokurorluq Aqil Xəlilin fevralın 22-də «Zeytun bağı» adlanan ərazidə döyülməsi ilə bağlı cinayət işinə xitam verib. Prokurorluq bildirib ki, məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində hər hansı xəsarətin əlamətləri aşkar olunmayıb.


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğu deyilən Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir. Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanıb. Baş Prokurorluq A.Xəlilin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir. Aqil Xəlil isə bunun iftira olduğunu və istintaq zamanı müstəntiqlərin təzyiqinə məruz qaldığını bildirir.


XS
SM
MD
LG