Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:45
Donald Tramp ABŞ prezident seçkilərinin ilkin nəticələrindən sonra Melaniya Trampın müşayiəti ilə rəqs edir.
Donald Tramp ABŞ prezident seçkilərinin ilkin nəticələrindən sonra Melaniya Trampın müşayiəti ilə rəqs edir.

Harris Trampı təbrik etdi

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Tramp qalib gəlib.

AP yazır ki, Donald Trampın Corciya və Şimali Karolinada qələbəsi Kamala Harrisin qələbə şansını daha da azaldıb. Vaxtilə respublikaçıların istehkamı olan Corciya dörd il öncə demokratlara səs vermişdi.

Belçikada seçkini izləyənlər

Amerikalıların səs verdiyi, nəticələrin hesablandığı bir vaxtda Belçika paytaxtında siyasətçilər, diplomatlar, təhlilçilər, adi amerikalılar və avropalılar nəticələri izləməyə yığışıblar.

Brüsseldə belə bir izləmə tədbiri təşkil edən Lari Moffet deyib ki, seçkiyə maraq ABŞ siyasətinin dünyanın qalan hissəsinə dərin təsirini əks etdirir: "Burada, Avropanın paytaxtı Brüsseldə Avropa siyasətinə qatılan bir çox adam yığışıb. Məncə, onların ABŞ seçkisinə marağı təbiidir, çünki bu gecə baş verənlər Avropa və ABŞ-ın münasibətlərinin gələcəyini müəyyənləşdirə bilər...".

Tramp Şimali Karolinada qalibdir. Bu, nəticəsi bilinən ilk həlledici ştatdır.

Respublikaçılar 2020-ci ildə bu ştatda udmuşdu, ancaq bu dəfə nəticənin Harrisin xeyrinə dəyişə biləcəyi ehtimal olunurdu.

Seçkidə qələbə üçün həlledici ştatlar Arizona, Corciya, Miçiqan, Şimali Karolina, Nevada, Pensilvaniya, Viskonsindir.

Davamı

XS
SM
MD
LG