Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Asiya İnkişaf Bankı Azərbaycana 1, 5 milyard dollarlıq krediti niyə təxirə salıb?


Beynəlxalq Maliyyə İnstitutu kredit barədə ilkin qərarın dəyişdirilməsi səbəbini açıqlamayıb

Asiya İnkişaf Bankı (Asian Development Bank) Azərbaycanın nəhəng qaz layihəsi üçün vəd etdiyi 1, 5 milyard dollarlıq kreditin verilməsini sentyabr ayınadək təxirə salıb.

Azərbaycanın Şahdəniz 2 layihəsi üçün nəzərdə tutulan kreditin təxirə salındığı barədə xəbəri Beynəlxalq Maliyyə İnstitutu (International Financial Institution - IFI) yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan bu layihəyə artıq dövlət büdcəsindən və avrobondların tədavülündən 5 milyard dollar xərcləyib, bununla belə layihənin başa çatdırılması üçün ona daha 8 milyard dollar vəsait lazımdır.

Bu layihəyə Şahdəniz qaz yataqlarının inkişaf etdirilməsi və bir-birinə bağlı üç kəmərdən ibarət şəbəkənin yaradılması daxildir.

Bu şəbəkə 2019-cu ildən başlayaraq Türkiyə və Avropaya 16 milyard kubmetr qaz nəql etməlidir.

Səbəb açıqlanmır

IFI kredit barədə ilkin qərarın dəyişdirilməsi səbəbini açıqlamayıb.

Mayın əvvəllərdində Human Rights Watch təşkilatı Asiya İnkişaf Bankını Azərbaycan və Özbəkistan da daxil repressiv rejimlərlə işbirliyi zamanı insan haqlarının vəziyyətinə diqqət yetirməyə çağırmışdı.

O vaxt təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson demişdi ki, “inkişaf naminə səylər yüksəkrütbəli hökumət rəsmiləri deyil, icmalar tərəfindən dəstəklənəndə və onlara xeyir verəndə, davamlı ola bilər. Özbəkistan və Azərbaycan kimi repressiv ölkələrdə Aşıya İnkişaf Bankı bu səylərin xalqa fayda verməsinə, repressiyanı gücləndirməməsinə daha çox çalışmalıdır”.

Yeni kreditlər

Xəbər verilir ki, Azərbaycan Dünya Bankına daha 500 milyon dollar borc üçün müraciət edib və avrobond tədavülündən ilin sonunadək daha 1 milyard dollar qazanmağı planlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (The European Bank for Reconstruction and Development) bu layihənin bir hissəsinin, habelə qısaca TAP adı ilə tanınan Transadriatikkəmərlərindən birinin maliyyələşdirilməsində marağını bildirib.

Azərbaycanın enerji naziri Natiq Əliyev iyunun 3-də jurnalistlərə demişdi ki, tikinti materialları xərclərinin azaldılması hesabına layihənin ümumi qiyməti 2013-cü ildə müəyyən edilmiş 45 milyard dollardan 39 milyard dollara düşüb.

XS
SM
MD
LG