Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:36

Ağ Ev Gürcüstan nümayəndə heyətinin BMT-nin nüfuzlu qəbul mərasiminə dəvətini geri çağırıb


Baş nazir İrakli Kobaxidze BMT Baş Assambleyasında çıxış edib
Baş nazir İrakli Kobaxidze BMT Baş Assambleyasında çıxış edib

Ağ Ev Gürcüstanın baş naziri İrakli Kobaxidzenin BMT Baş Assambleyasının nüfuzlu qəbul mərasiminə dəvətnaməsini ləğv edib.

Ağ Evin sözü gedən dəvəti geri götürməsinə dair media xəbərlərini AzadlıqRadiosuna sentyabrın 25-də ABŞ-ın Tbilisidəki səfirliyi də təsdiq edib.

Səfirlik əlavə edib ki, üstəlik Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətinin bütün görüşləri ləğv olunub.

ABŞ səfirliyinin məlumatında deyilir ki, buna səbəb Gürcüstan hakimiyyətinin hərəkətlərindən, yaydığı dezinformasiyalardan, ABŞ və Qərb barədə neqativ ritorikasının artmasından narahatlıq olub.

Əsasən “Gürcü arzusu” partiyasının nümayəndələrindən ibarət Gürcüstan hökuməti “xarici təsirin şəffaflığı” adlı ziddiyyətli qanunu qəbul etdikdən sonra Qərblə Tbilisi arasında münasibətlər son dərəcə gərginləşib. Müstəqil ekspertlər, müxalifət fiqurları və insan haqları fəalları bu qanunu Rusiyanın “xarici agent” qanunu ilə müqayisə edilər.

Rusiyada bu qanun qəbul edildikdən sonra, müxalifət, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri üzərinə hücum və təqiblər artıb, ardınca daha mürtəce qanunlar qəbul olunub.

ABŞ-ın sərt qərarları

Bu ay ABŞ hökuməti Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollarlıq yardımın çatdırılmasına fasilə verdiyini bəyan etmişdi.

Reuters agentliyinin yazdığına görə dövlət katibi Antoni Blinken demişdi ki, bu, Gürcüstanda hakim partiyanın təşəbbüsü ilə “xarici təsirin şəffaflığı” adlı qanunun qəbul edilməsi ilə bağlıdır.

Xəbərdə deyilirdi ki, qərar iki ölkə arasında münasibətlərə yenidən baxıldıqdan sonra qəbul olunub.

ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinin hərəkətini “antidemokratik” adlandırıb.

Blinken bəyan edib ki, “Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO üzvlüyü ilə bir araya sığmır”.

Sözü gedən qanunun imzalanmasından bir neçə gün sonra ABŞ bildirmişdi ki, Gürcüstanın onlarca vətəndaşına qarşı viza qadağanları tətbiq ediləcək. Bunların əksəriyyəti hakim partiyadan olan deputatlar və hökumət nümayəndələridir.

ABŞ səfirini tənbeh etmək üçün çağırmaq

Elə ötən həftə ABŞ-ın Gürcüstandakı səfiri Robin Daninqan demişdi ki, Gürcüstan iqtidarının son bəyanatları Gürcüstanı Qərbdən getdikcə daha artıq uzaqlaşdırır:

"Gürcü xalqı əksəriyyətlə bəyan edib ki, gələcəyini Avropa və Qərblə görür və bu mənada hökumətin sözü gedən hərəkət və bəyanatları Gürcüstanı beynəlxalq aləmdə təklənməyə aparır. Mən bir daha bəyan etmək istəyirəm ki, gürcü xalqının və gürcü xalqının Avroatlantikaya inteqrasiya istəyinin Birləşmiş Ştatlardan daha böyük dəstəkçisi yoxdur”.

AzadlıqRadiosu xəbər verir ki, Daninqan bu bəyanatı Kobaxidze onu etiraz notası təqdim etmək üçün hökumət iqamətgahına dəvət edəndən sonra verib. Kobaxidze ABŞ-ın iki Gürcüstan rəsmisinə və dinc etirazçılar üzərinə hücumlarla bağlı olan iki Gürcüstan vətəndaşına qarşı sanksiyalar qoymasına etiraz edirdi.

Gürcüstana ötən ilin 14 dekabrında Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilib, lakin hələ ki, bu istiqamətdə danışıqlara başlanmayıb. Bundan başqa Gürcüstana Şengen zonasına vizasız giriş icazəsi də verilməli idi.

Lakin Gürcüstan hakimiyyətinin son addımları bütün bunları şübhə altında qoyur.

XS
SM
MD
LG