Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:30

Aİ Gazprom-un bəyanatını pisləyir


Gazprom Almaniya şirkətinin ofisi
Gazprom Almaniya şirkətinin ofisi

Gazprom iyulun 25-də bildirib ki, iyulun 26-dan Almaniya ərazisindən Şimal axını 1 kəməriylə qaz axını günə 33 milyon kubmetrə salınacaq

Aİ üzv ölkələri qaz istehlakını azaltmaq üçün fövqəladə planı təsdiqləyiblər.

Blokun enerji nazirləri iyulun 26-da Aİ-nin bütün üzv ölkələri üçün ixtisar təklifini təsdiqləyib. Onların gələn aydan başlayaraq martın sonunadək qaz istehlakını könüllü şəkildə 15 faiz azaltması nəzərdə tutulur.

Fövqəladə hallarda bu ixtisar məcburi ola bilər. Brüsselin ilkin təklifi hər bir üzv ölkənin istehlakı məcburi 15 faiz azaltmasıyla bağlı idi.

Çex Respublikasının Sənaye və Ticarət naziri Jozef Sikela toplantının nəticəsini Avropa həmrəyliyinin modeli adlandırıb.

“Aİ birləşib, həmrəydir”, – Sikela bəyanatında deyib.

Aİ-nin digər ölkələrinin qaz şəbəkələrinə bağlı olmayan İrlandiya və Malta istisna təşkil edən ölkələrdəndir.

Razılaşmaya bircə Macarıstan qarşı çıxıb. Bu ölkənin sağ-qanad millətçi Baş naziri Viktor Orbanın Rusiya Prezidenti Vladimir Putinlə isti münasibətləri var.

Rusiya Ukraynanı işğal edənəcən Aİ-nin qazının 40 faizini verirdi.

Rusiyanın təchizatı azaltması xəbəri qazı daha da bahalandırıb.

***

Avropa İttifaqının (Aİ) enerji siyasəti üzrə başçısı Kadri Simson Rusiyanın Gazprom şirkətinin Avropaya tədarükü azaldacağına dair bəyanatını pisləyir. Blok üzvləri Moskvanı Ukraynada müharibə apardığı bir dönəmdə enerjidən silah kimi istifadədə suçlayır.

Gazprom iyulun 25-də bildirib ki, iyulun 26-dan Almaniya ərazisindən Şimal axını 1 kəməriylə qaz axını günə 33 milyon kubmetrə salınacaq. Bu isə indiki axının yarısına bərabərdir. Kəmər onsuz da texniki xidmətdən sonra açılandan normal gücünün 40 faizi həcmində işləyir.

“Buna texniki səbəb olmadığını bilirik. Bu, siyasi motivli addımdır və buna hazır olmalıyıq. Məhz elə bu səbəbdən qaz tələbatımızı öncədən azaltmaq müdrik strategiyadır”, – iyulun 26-da Brüsseldə Aİ enerji nazirlərinin toplantısına gedən Simson deyib.

Nazirlərin toplantında Aİ-nin fövqəladə qaydaları üzrə razılaşma əldə edəcəyi gözlənir. Üzv ölkələrdən qaz tələbatlarını məhdudlaşdırmaq tələb olunur. Ancaq bir sıra ölkələrin bundan imtina edəcəyi gözlənir.

Çex Respublikasının Sənaye və Ticarət naziri Jozef Sikela ixtisarın gərəkdiyi haqda xəbərdarlıq edib. Çünki Rusiya Prezidenti Vladimir “Putin qaz tədarükündən sui-istifadə və şantajla çirkli oyunlarını oynamağa davam edəcək”.

Gazprom-un bəyanatı “bizim oyunu öz əlimizə almalı, Rusiyadan təchizatdan asılılığı mümkün qədər tez azaltmalı olmağımıza... əlavə sübutdur”, - o deyib.

Çex Respublikası hazırda Aİ-nin rotasiyalı prezidentidir.

XS
SM
MD
LG