Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

Aİ İrana sanksiyalar elan edib


Rəşt şəhərtində etirazçı qadınlar
Rəşt şəhərtində etirazçı qadınlar

Aİ-nin oktyabrın 17-də elan etdiyi sanksiya siyahısına 11 fərd və 4 vahid salınıb

Avrtopa İttifaqı gənc qadın Məhsa Əmininin polisdə ölməsinə və bunun ardınca başlanan etirazların iştirakçılarının üzərinə hücumlara görə İranın informasiya nazirinə, ölkənin “əxlaq polisinə” və başqa vəzifəli rəsmilərə sanksiyalar qoyub.

Aİ-nin oktyabrın 17-də elan etdiyi sanksiya siyahısına 11 fərd və 4 vahid salınıb.

Bu siyahıda “əxlaq polisi” kimi tanınan Bəsic qüvvələrinin rəsmiləri də var.

Ukrayna deyir ki, Rusiya Kiyevi İran dronları ilə vurub
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

Bəsic İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) tərkibinə daxildir.

Tehran bildirib ki, bu sanksiyalara dərhal reaksiya veriləcək.

Məhsa Əmini sentyabrın 16-da Tehran polisinə aparıldıqdan sonra vəfat edib.

Bəzi məlumatlara görə onu hicab qaydasını pozduğuna görə əxlaq polsi həbs etmişdi.

Azı 215 nəfər ölüb

Şahidlər qadının polisdə döyülərək öldürüldüyünü bildirirlər, amma rəsmi ekspertiza onun ölümünün xəstəliklə bağlı olduğunu bəyan edib.

Qadının ölümünə görə etirazlar bütün ölkəni bürüyüb və hökumətin sərt hərəkətinə baxmayaraq sənğimək bilmir.

Aİ sentaybrın 25-də yaydığı bəyannamədə Əmininin ölümündə əli olanların məsuliyyətə cəlb olunmasını tələb etmişdi.

Bəyannamədə habelə İran hakimiyyəti interneti məhdudlaşdırdığına görə ifadə azadlığını pozmaqda ittiham edilirdi.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı oktyabrın 17-də bildirib ki, etirazlar başlanandan aksiyalarda 27 uşaq da daxil azı 215 nəfər ölüb.

Birləşmiş Ştatklar, Britaniya və Kanada insan haqlarını pozduğuna görə İrana sanksiyalar qoymuşdu.

XS
SM
MD
LG