Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

General ekspertizadan narazıdır


Akif Çovdarov
Akif Çovdarov

Ləğv edilən MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin rəisi olmuş general Akif Çovdarov yanvarın 17-də keçdiyi tibbi ekspertizadan narazıdır.

AzadlıqRadiosu-na bu məlumatı generalın vəkili Kamandar Nəsibov verib.

Müdafiəçi deyir ki, A. Çovdarovun işinə baxan məhkəmə onun ekspertizadan keçirilməsinə qərar versə də, qərarın icrasına problemlər törədilib:

Buna da bax: 'Prokuror yanımda çıxarıb 10 min verdi...'

"Biz "MediClub” tibb müəssisəsinin həkim-kardioloqu Fərhad Səmədli və tibb bacısı Samiyə Tağızadənin A. Çovdarovun yanına buraxılmalarını xahiş etdik. Ancaq Ədliyyə Nazirliyinin Tibb-Baş İdarəsi rəisinin müavini İftixar Qurbanovla, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komisyon Ekspertizalar şöbəsinin rəisi Ziyafəddin Məmmədov həmin tibb işçilərinin onu müayinə etməsinə icazə vermədilər. Yanvarın 17-də ekspertiza keçirildi, ertəsi gün mən məktubla 318 vərəqlik tibbi sənədləri ekspert komissiyasına təqdim olunması üçün Bakı Hərbi Məhkəməsinə göndərdim. Bu günədək işə baxan hakim tibbi sənədləri nə komissiyaya göndərir, nə də imtina məktubu ilə mənə qaytarır".

Kamandar Nəsibovun fikrincə, bu ekspertizanın rəyi obyektiv olmayacaq.

Məhkəmə ekspert qarşısında A. Çovdarovun xəstəliklərinin ağırlıq dərəcəsi, durumunun həbsdə saxlanılmasına imkan verib-verməməsi kimi suallar qoyub: "Belə görünür ki, rəylərini əvvəlcədən hazırlayıblar, ona görə ciddi araşdırmaya, müayinəyə ehtiyac görmürlər”, - vəkilin sözləridir.

Buna da bax:​ General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

Xatırlatma

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Akif Çovdarov: 'Döymədim, başa saldım ki, pulu qaytarsın'

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG