Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

London Vahid Ələkbərova, Medvedçuka sanksiyalar qoydu


Vahid Ələkbərov (sağda)
Vahid Ələkbərov (sağda)

Britaniya bu ilin sonunadək Rusiyadan neft və kömürün idxalını dayandıracağını bildirib

Britaniya aprelin 13-də Ukraynadakı müharibə ilə bağlı Rusiyadan olan 206 fiziki və hüquqi şəxsə sanksiyalar elan edib.

Bu dəfə Britaniya Maliyyə Nazirliyinin saytında dərc edilmiş sanksiya siyahısına Lukoil şirkətinin rəhbəri Vahid Ələkbərovun, Dövlət Dumasının deputatı və məşhur hokkeyçi Vyaçeslav Fetisovun, AFK “Sistema” şirkətinin təsisçisi Vladimir Yevtuşenkovun, Putinin köməkçisi Andrey Fursenkonun, Gazprombankın vitse-prezidneti Sergey Fursenkonun, xarici işlər naziri Sergey Lavrovun arvadı Mariya Lavrovanın, “Alyans qrup”un prezindeti Musa Bajayevin və biznesmen Suleyman Kerimovun oğlu Said Kerimovun adları da daxil edilib.

Sanksiyalar habelə Ukrayna parlamenti – Verxovna Radadakı keçmiş müxalifət platformasının rəhbəri, Vladimir Putinin kirvəsi kimi tanınan Viktor Medvedçuku hədəfləyir.

O ev məhbusluğundan qaçdıqdan sonra aprelin 12-də Kiyevdə həbs olunub.

Medvedçuk Ukraynada dövlət xəyanətində və terrorçuluğa dəstəkdə ittiham olunur.

Bundan əvvəlki sanksiyalar

Rusiya Ukraynaya səbəbssiz və əsassız hərbi müdaxilə edəndən bəri Britaniya Rusiyaya qarşı sanksiyalarlın bir neçə paketini qəbul edib.

Bundan əvvəlki sanksiyalar Vladimir Putini, Sergey Lavrovu, Rosneftin direktorlar şurasının sədri İqor Seçini, milyarder Roman Abramoviçi, Gazpromun sədri Aleksey Milleri, habelə Putinin və Lavrovun qızlarını hədəfləyirdi.

Britaniyanın son sanksiya siyahısına habelə Gazprombank, Rosselxozbank, Alfa-bank, Rusiya Dəmir Yolları, Alrosa, RusHidro və başqa şirkətlər salınıb.

Bundan başqa Sberbankın və Moskva Kredit Bankının hesabları dondurulub.

London habelə Rusiya iqtisadiyyatına hər hansı investisiyaların qoyulmasını, Rusiyaya neft emalı avadanlığının ixracını, Rusiyadan isə poladəritmə məhsullarının idxalını qadağan edib.

Britaniya bu ilin sonunadək Rusiyadan neft və kömürün idxalını dayandıracağını bildirib.

XS
SM
MD
LG