Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Almatıda internet bərpa olunub


Almatı, 10 yanvar, 2022-ci il
Almatı, 10 yanvar, 2022-ci il

Hakimiyyət əməliyyatlarda 6 minə yaxın şəxsin saxlandığını bildirir

Qazaxıstanın ən böyük şəhəri Almatıda beş günlük fasilədən sonra internetin işi bərpa olunub. 1.8 milyon sakini olan bu kommersiya mərkəzində iğtişaşlar vaxtı hökumət interneti bloklamışdı.

AzadlıqRadiosu-nun Qazaxıstan xidməti yanvarın 10-da səhərdən istifadəçilərin vebsaytlara, mesajlaşma xidmətlərinə girişi bərpa olunub.

İnternet məhdudlaşdırıldığından ötən həftə ölkədə etirazlarla bağlı dolğun məlumat almaq mümkün olmurdu.

Ancaq Almatında İnternet xidmətinin daimi bərpa olunub-olunmadığı bəlli deyil. Son bir neçə gündə paytaxt Nur-Sultdan internet gün ərzində bir neçə saat verilir.

İnternet “mərhələlərlə” bərpa edilir

Elektron kommunikasiyalara cavabdeh nazirin yanvarın 8-də deməsinə görə, internet şəhərlərdə “mərhələlərlə” bərpa ediləcək, zorakılığın arxasında durduğu bildirilən şəxslərin xidmətdən sui-istifadəsinə yol verilməyəcək.

İnternetin olmaması bankçılıq və ödəniş xidmətlərinə də təsir göstərib, bəzi şəxslər ərzaq almağa nağd pul tapmayıb.

Almatıda internet ümumilikdə 111 saat bloklanıb. Təkcə ötən həftə dörd saata yaxın bərpa olunub. Onda Prezident Kasım Jomart Tokayev hökumətin buraxıldığını, dövlətin başında təhlükəsizliklə bağlı bəzi dəyişiklikləri elan edib.

Tokayev Almatıda baş verən zorakılıqlatı “terrorçu qruplar”ın hücumu kimi qələmə verir, xarici və müstəqil medianın hadisələri işıqlandırmasından qəzəbini ifadə edib.

İğtişaşlar nəticəsində ölənlərin dəqiq sayı bəlli deyil. Yanvarın 9-da hökumətin idarə etdiyi Telegram kanalı 164 nəfərin öldüyü haqda xəbər yayıb. Amma sonradan Səhiyyə Nazirliyi məlumatı təkzib edib.

6 minə yaxın saxlanan

Hakimiyyət əməliyyatlarda 6 minə yaxın şəxsin saxlandığını bildirir.

Qazaxıstanda iğtişaşlar qərbi Mangistau regionunda yanacağın iki dəfə bahalanmasına etiraz olaraq başlanıb.

Almatı da dinc, lidersiz etirazlarda islahat çağırışları səslənib. Sonradan etirazlar iğtişaşlara çevrilib. Şirkətlər, dövlət binaları talan edilib, yandırılıb.

Tokayev fövqəladə vəziyyət elan edib. Yanvarın 5-də isə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Şurası ölkəyə hərbçilər göndərməyə sürətlə razılıq verib.

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanın daxil olduğunu KTMT liderləri yanvarın 10-da videokonfrans vasitəsilə ölkədəki vəziyyəti müzakirə edəcəklər.

Yanvarın 10-u Qazaxıstanda matəm günü elan olunub.

XS
SM
MD
LG