Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:48

'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'


Kənd kitabxanasının yerləşdiyi binanın yarım əsrdən çox yaşı var.
Kənd kitabxanasının yerləşdiyi binanın yarım əsrdən çox yaşı var.

Astara rayonunun Siyətük kənd kitabxanasının yerləşdiyi binanın yarım əsrdən çox yaşı var.

“KİTABXANA BİNASI ƏVVƏL TÖVLƏ OLUB”

Deyilənə görə ötən əsrin 50-ci illərində inşa edilib. Divarları gildəndir, çat-çat olub. Kənd sakinlərinin demələrinə görə, binanın damı ilk vaxtlarda qamışdan olub, sonra onu asbest örtüklə əvəz ediblər.

O da, artıq çürüyüb tökülür. Dama vurulmuş yamaqlar aydın görünür. Kitabların yerləşdiyi otaq 12 kvadratdır. Qış aylarında soba yandırılmır.

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Kənd sakini Elman Babayev əli ilə kitabxana binasını göstərərək bildirir ki, orda işləmək mümkün deyil:

Elman Babayev
Elman Babayev

“Kitabxana demək olar ki, bərbad haldadır. Üstü damır, köhnə binadır. Yeni kitabxana tiksinlər. Bir neçə dəfə gəliblər, heç bir tədbir görməyiblər. Xahiş edirik dövlətimizdən, prezidentimizdən kitabxananı daha münasib yerdə yerləşdirsinlər, kənd adamları da ondan rahat istifadə etsinlər”.

Elman Babayev deyir ki, bina əvvəl mal tövləsi olub, sonra anbara çeviriblər. Yaxın vaxtlara kimi isə orada ibtidai məktəb fəaliyyət göstərib.

Kənd sakini Abil Əhmədov da kitabxana binasının yararsız olduğunu dilə gətirir:

Abil Əhmədov
Abil Əhmədov

“Kənddə həmişə kitabxana olub, onu saxlamaq hamımızın borcudur. Şagirdlər, kənd əhalisi kitabxanadan istifadə edirlər...”

“PREZİDENT DEYİR Kİ, VARLI ÖLKƏYİK”

Adının çəkilməsini istəməyən bir kənd sakinin dediyinə görə, orada nə varsa SSRİ dövründən qalıb:

“Bizim hökumət dünyaya qaz, neft verir. Prezident özü deyir ki, varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı? Kitabxana, məktəb inşa etmək elə də böyük xərc istəmir. Xaricdə aldıqları villaların pulu ilə yüz belə məktəb, kitabxana inşa etmək olar. Əslində köhnə kitabxana binası əhalinin hansı vəziyyətdə yaşadığının göstəricisidir”.

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

Kitabxanaçı uşaqlara nağıl danışır

Kitabxanaçı Şakir Tahirov isə binanın problemləri haqda danışmaq istəmir. Deyir ki, kitabların üstünə hələ ki, yağış yağmır:

”1970-ci ildən kitabxanada işləyirəm, kitabxanaçıyam. Azyaşlı uşaqlara aid olan ədəbiyyatlar çatışmır. Uşaq ədəbiyyatına ehtiyac var. Məktəbli uşaqlar gəlir, onlara nağıl danışıram. Kitabxanada həm kiril, həm də latın qrafikası ilə əsərlər var. Onlar kiril əlifbasını bilmirlər. Belə kitabları onlar üçün oxuyuram...”

Şakir Tahirov deyir ki, kitabxananın 500-ə qədər oxucusu var.

Şakir Tahirov
Şakir Tahirov

“YARARSIZ BİNALARDA YERLƏŞƏN KƏND KİTABXANALARI LƏĞV OLUNUR”

Rayonun Seləkəran kəndində yerləşən kitabxananın da binası sakinlərin ürəyincə deyil. Üstü damır. Kitabxananın qapısına qıfıl vurulub. Kənd sakinlərinin demələrinə görə, kitabxana oktyabrın 1-dən bağlıdır.

Adının çəkilməsini istəməyən bir mədəniyyət işçisi də deyir ki, bu illər ərzində kənd kitabxanaların inkişafı ilə bağlı ciddi iş görülməyib:

”Deyirlər, danışırlar. Ancaq ortada heç nə yoxdur. Kitabxanaçıların maaşı azdır. Son aylarda o qədər onlara hədə-qorxu gəlirlər ki...Elə kəndlər var ki, orda nə qəzet, nə də kitab oxuyan var. İqtisadi problemin çoxluğu kitab oxumağı da yaddan çıxardıb...”

Buna da bax: Ucar sakini: ‘Bu suyu içmirik, içsəydik, binada salamat adam qalmazdı’

Rəsmilər nə deyir?

Astara Mərkəzi Kitabxanasından aldığımız məlumata görə rayonda 50-dən çox kənd kitabxanası var. Yararsız binalarda yerləşən 10 kənd kitabxanası ləğv olunub. Bəzilərinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.

Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran regional idarəsinin Astara rayon üzrə nümayəndəsi Şadoğlan Bayramov da kənd kitabxanaların müvəqqəti bağlandığını deyir:

Astara rayonunun Siyətük kənd kitabxanası
Astara rayonunun Siyətük kənd kitabxanası

“Hansı kitabxananın maddi-texniki bazası müasir tələblərə cavab vermir onlar bağlanıb. Araşdırma olacaq, ola bilər ki, onların bəzilərini açsınlar. Binanın yararlı olması da nəzərə alınır”.

Nə gündəsən, ay kənd kitabxanası [Video]
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

XS
SM
MD
LG