Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:29

Azərbaycanın 'Avropa dəftəri' bağlanıbmı?


Azərbaycanla Avropa Birliyi nələri razılaşdıra bilmirlər?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Azərbaycanla Avropa Birliyi nələri razılaşdıra bilmirlər?

Ötən həftə Ukrayna və Moldovaya Avropa İttifaqı üzvlüyünə namizəd statusu verildi. Gürcüstana isə, hələlik, namizəd statusu verilmədi. Bundan sonra bu ölkədə etirazlar başladı.

Bəs Azərbaycanın Avropaya inteqrasiya prosesi necə gedir? 2017-ci ildə Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi ilə bağlı başlayan danışıqlar nə yerdədir?

"Biz Qoşulmama Hərəkatının üzvüyük"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycan dövlətinin Avropa İttifaqına üzv olmaq niyyəti yoxdur: "Biz Qoşulmama Hərəkatının üzvüyük, həm də ona sədrlik edirik".

Lakin o qeyd edib ki, Azərbaycan Avropaya inteqrasiya addımları atır: "Biz Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsi xəttinə sadiqik".

E.Nəsirov
E.Nəsirov

Deputatın sözlərinə görə Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq sənədi üstündə iş gedir. O xatırladıb ki, bu, assosiativ saziş deyil: "Biz strateji tərəfdaşlıq sənədinə üstünlük veririk. Assosiativ sazişi Avropa İttifaqı təqdim edir və şərtləri o orada diktə edir. Strateji tərəfdaşlıq sənədini isə dövlətin özü Avropa İttifaqına verir və burada qarşılıqlı razılaşmalar olur. Strateji tərəfdaşlıq sənədinin müəllifi Azərbaycandır. Burada 95 faizdən yuxarı artıq razılaşmalar var".

Komitə üzvü bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın qorunub saxlanmasında, inkişafın dərinləşməsində maraqlıdır: "Xüsusilə də enerji təhlükəsizliyi nöqteyi-nəzərindən buna daha böyük ehtiyac var və Avropa İttifaqı Azərbaycanı yeni, alternativ enerji mənbəyi kimi qəbul edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerjiyə artan tələbatını nəzərə alsaq, Azərbaycan-Avropa İttifaqı enerji dialoqunun təsis edilməsi məntiqlidir və artıq bu proses başlayıb".

E.Şahinoğlu
E.Şahinoğlu

"Cəmiyyətdə bu barədə müzakirələr getmir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hakimiyyəti Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqına üzv olmağa can atmır: "Cəmiyyətdə belə bu barədə müzakirələr getmir".

Onun sözlərinə görə, bu mənada NATO daha problemlidir: "Çünki NATO-ya üzvlük o deməkdir ki, Azərbaycanın avtomatik Rusiya və İranla münasibətləri gərginləşəcək. Azərbaycan hətta NATO-ya üzvlüyünü hədəf qoysa, bizi ora qəbul etməyəcəklər, əvəzinə isə təzyiqlər artacaq. Buna baxmayaraq biz Türkiyə ilə sıx müttəfiqik, ordumuz da Türkiyə standartları üstündə qurulub".

"Danışıqları süni şəkildə uzatmaq olmaz"

Amma politoloq hesab edir ki, Avropa İttifaqı ilə sıx əməkdaşlığa can atmaq lazımdır: "Avropa İttifaqı indi özü də maraqlıdır ki, Azərbaycan Avropaya daha çox enerji resurslarını nəql etsin. Avropa İttifaqı ilə danışıqları süni şəkildə uzatmaq olmaz. İllərdir bu strateji sazişlə bağlı danışıqlar gedir və, çox təəssüf ki, nəticə yoxdur".

Avropadan Bakıya verilən 2 milyard avro yardımdır, ya borc?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ ilə assosiasiya sazişi imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı dayandırıb.

XS
SM
MD
LG